Azərbaycan
ilə Lüksemburq arasında əlaqələr həm də
Avropa İttifaqı çərçivəsində əməkdaşlıq
baxımından önəmlidir
Prezident
İlham Əliyev Lüksemburqun Azərbaycanda yeni təyin
olunmuş səfirini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də
Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Alain de Muyserin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra dövlətimizin
başçısı səfirlə
söhbət etdi.
Səfir Alain de Muyser Lüksemburqun
Azərbaycanda akkreditə
edilən ilk səfiri olmasından məmnunluğunu bildirərək,
bu təyinatın və səfir kimi fəaliyyətinin ölkələrimiz arasında
siyasi və iqtisadi əlaqələrin
inkişafına, eyni zamanda, insanlar arasında təmasların
artmasına xidmət göstərəcəyini qeyd
etdi.
Prezident İlham
Əliyev Lüksemburq
Böyük Hersoqluğunun
səfirinin Azərbaycanda
akkreditə olunmasını
əlaqələrimizin yaxşı
göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin
başçısı Azərbaycan
ilə Lüksemburq arasında əlaqələrin
həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından
önəmini qeyd etdi. Prezident İlham Əliyev əməkdaşlığın inkişafı üçün
səylərin fəallaşdırılmasının
zəruriliyini bildirdi.
Alain de Muyserin səfir kimi əlaqələrimizin
genişləndirilməsi işinə
töhfə verəcəyinə
ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti ona fəaliyyətində uğurlar arzuladı.
Söhbət zamanı
ölkələrimiz arasında
qarşılıqlı surətdə
məlumatlandırmanın və
iqtisadi təmasların
artırılmasının vacibliyi qeyd olundu.
Səfir COP29-un Azərbaycanda
keçirilməsi barədə
qəbul edilmiş qərarla bağlı təbriklərini dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham
Əliyev təbriklərə
görə minnətdarlığını
bildirdi.
Yaşıl enerjiyə
keçid, yüksək
və kosmik texnologiyalar sahələrində
Lüksemburqun zəngin
təcrübəyə malik
olduğunu deyən səfir bu sahədə
də əməkdaşlıq
üçün böyük
imkanların olduğunu
qeyd etdi. O, Lüksemburqun əsas daşıma şirkəti
olan "Cargolux" ilə Azərbaycanın uğurlu əməkdaşlıq
etdiyini vurğuladı.
Söhbət zamanı
ölkələrimiz arasında
bank, maliyyə, nəqliyyat və digər sahələrdə
əməkdaşlıq imkanlarına
dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.-
8 yanvar, № 1.- S.1-2.