Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə

 

Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramıAzadlıq Günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2024-cü il münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, dost Kuba xalqına daim əmin-amanlıq rifah diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2023-cü il

Azərbaycan.-2024.- 8 yanvar, № 1.- S.2.