Milli
qürur və qəhrəmanlıq tariximiz
20 Yanvar faciəsi
Ümummilli Lider Heydər Əliyevin sayəsində əsl siyasi-hüquqi qiymətini
aldı
34 il əvvəl
- 1990-cı il yanvarın
- 19-dan 20-ə keçən gecə Bakıda və respublikamızın
müxtəlif bölgələrində
baş verən hadisələr həm də öz azadlığı uğrunda
mübarizə aparan xalqımızın milli mücadilə tarixinin mühüm səhifələrindən
biridi. Başqa cür desək, 20 Yanvar faciəsi milli azadlıq hərəkatımızın yüksəliş
zirvəsi idi. Həmin gün Bakı qırmızı rəngə boyanmışdı,
şəhid oğul və qızlarımızın
qanından rəng almışdı. Azadlıq
harayımızı boğmaq
istəyən sovet
rəhbərliyi həmin
gün xalqımıza
qarşı qətliam
həyata keçirmişdi.
Faciəyə etiraz
səsini ilk ucaldan Heydər Əliyev oldu
Ən acınacaqlı
hal isə o idi ki, respublika
rəhbərliyi əvvəlcədən
xalqa xəyanət yolu tutaraq bu
qəsdin qarşısını
almaq üçün
heç bir tədbir görməmiş,
cinayətin iştirakçısı
ola-ola zahirən hadisələrdən kənarda
qalmağa çalışmışdı.
O ağır günlərdə
20 Yanvar faciəsi ətrafında xəyanət
sükutunu ilk və mütəmadi olaraq yaran Heydər
Əliyevin haqq səsi və dəyişməz mövqeyi
oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə,
qanlı təcavüzə
qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb
maşınının gücünü
nümayiş etdirmək
məqsədilə həyata
keçirilən bu müdhiş faciə qəlbi Vətən eşqi ilə döyünən xalqın
mərd və mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən
şəxsiyyət yaxşı
bilirdi ki, bu faciə totalitar
kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir. Heydər Əliyev hadisənin ertəsi günü Moskvada
Azərbaycanın daimi
nümayəndəliyinə gələrək keçirdiyi
mətbuat konfransında
bu vəhşiliyi qətiyyətlə pisləməklə
yanaşı, onun törəmə səbəblərini
də açıqladı, təşkilatçılarının,
günahkarlarının adını
bütün dünyaya
bəyan etdi.
Azərbaycanda baş
vermiş hadisələrin
hüquqa, demokratiyaya yabançı, humanizmə
və ölkəmizdə
elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə
zidd olduğunu
bildirən Ulu Öndər bəyan etdi ki, ilk
növbədə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
sabiq birinci katibi Vəzirov müqəssirdir. "Belə
qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan
əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov,
xalqı qarşısında
məsuliyyət daşımalıdır.
Ölkənin ali siyasi rəhbərliyinə
yanlış məlumat
verənlər də məsuliyyət daşımalıdır.
Zənnimcə, ölkənin
ali siyasi rəhbərliyinə vəziyyət
barədə vaxtında
kifayət qədər
düzgün, dəqiq,
obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa
salındığından belə
qərar qəbul etmişdir. Qırğın
törədənlərin hamısı
layiqincə cəzalandırılmalıdır",
- deyə Heydər Əliyev bəyan etdi.
Heydər Əliyev
bu bəyanatı verməklə ittifaq rəhbərlərinin kəskin
təzyiq və təsirlərinə məruz
qalacağını gözləri
önünə gətirsə
də, özünəməxsus
qətiyyət və cəsarət nümayiş
etdirdi. Həyatının
hər an təhlükədə olmasına
baxmayaraq, qətiyyətlə
dünyaya faciənin hüquqi-demokratik prinsiplərə
zidd olduğunu, Azərbaycan xalqına qarşı hərbi təcavüzün SSRİ və
Azərbaycan SSR rəhbərliyi
tərəfindən həyata
keçirildiyini bəyan
etdi.
Elə həmin
gün Heydər Əliyev Azərbaycan xalqına başsağlığı
teleqramı göndərdi.
Teleqramda deyilirdi:
"Bakı şəhərinə
sovet ordusu hissələrinin yeridilməsi
ilə əlaqədar
xalqımızın başına
gəlmiş faciədən
- dinc əhalinin qırılmasından böyük
ürək ağrısı
ilə xəbər tutdum. Bu matəm
günündə həlak
olanların ailələrinə
və yaxınlarına,
Azərbaycan xalqına
dərin hüznlə
başsağlığı verirəm. Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa,
həmrəyliyə və
birliyə çağırıram".
İlk siyasi-hüquqi
qiymət
Heydər Əliyev
1990-cı ildə Naxçıvana
gəldi və həmin ilin payızında keçirilən
seçkilərdə Naxçıvan
və Azərbaycan parlamentinə deputat seçildi. 20 Yanvar faciəsinə hüquqi-siyasi
qiymətin verilməməsi
Ulu Öndəri ciddi narahat edirdi.
Təsadüfi deyil ki, ilk dəfə
1990-cı ilin noyabrında
Ulu Öndərin böyük
siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə hüquqi-siyasi
qiymət verilməsi məsələsi gündəliyə
çıxarıldı. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının həmin il noyabrın
21-də keçirilən iclasında
Heydər Əliyev "1990-cı ilin yanvar ayında
törədilmiş Bakı
hadisələrinə siyasi
qiymət verilməsi haqqında" qərar layihəsini Ali Məclisin müzakirəsinə
təqdim etdi.
Elə həmin
sessiyadakı çıxışında
xalqımızın hərbi,
siyasi, mənəvi təcavüzə məruz
qalmasından narahatlıqla
danışan Ulu Öndər Heydər Əliyev ürək yanğısı və qətiyyətlə deyirdi:
"Başımıza böyük
bəla gəlib, millət əzilib, millətə qarşı
təcavüz olub, ancaq indiyə qədər Azərbaycan xalqının həyatında
baş vermiş bu faciəli hadisəyə qiymət verilməyib... Bu qədər qanunsuzluğa,
demokratiyanın pozulmasına
dözmək olmaz. Bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın
ali hakimiyyət orqanından tələb etməliyik ki, bu məsələyə baxsın və günahkarlar cəzalandırılsın".
Heydər Əliyevin
xalqın milli faciəsi ilə bağlı qaldırdığı
taleyüklü məsələ
xalq deputatları tərəfindən qətiyyətlə
müdafiə olunurdu.
Ali Məclisin birinci sessiyasında
"1990-cı ilin yanvar
ayında törədilmiş
Bakı hadisələrinə
siyasi qiymət verilməsi haqqında"
qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələri Azərbaycanın suveren hüquqlarına, dinc əhaliyə, heç bir müqavimət göstərməyən günahsız
adamlara, Azərbaycan xalqına qarşı açıq təcavüz
kimi qiymətləndirildi.
Həmçinin Azərbaycanın
ovaxtkı rəhbərliyinin
cinayətkar fəaliyyəti
bir daha qeyd olunaraq bildirildi
ki, qanlı Yanvar hadisələrinin günahkarlarını üzə
çıxarmaq, onu təhlil etmək və siyasi qiymət vermək üçün respublika əhalisinin təkidli tələbinə baxmayaraq,
faktiki olaraq faciədən ötən
müddət ərzində
heç bir tədbir görülməmişdir.
Qəribə idi ki, respublika Ali Sovetinin Yanvar
hadisələrini təhqiq
etməli olan komissiyası da öz işi ilə məşğul olmamışdı. Respublika rəhbərliyinin
bu etinasızlığı
haqlı olaraq xalqda hiddət və etiraz doğururdu.
Ulu Öndər
Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı
siyasətini həyata
keçirməyə rəvac
verənlərlə mübarizəsini
ona qarşı az qala düşmən
mövqedə duran Ali Sovetdə və digər istiqamətlərdə də
davam etdirir, böyükdən-kiçiyə qədər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə
aşkar olunmasını,
faciəyə siyasi qiymətin verilməsini tələb edirdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı
çıxışında deyirdi: "1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən
Azərbaycan xalqına
qarşı hərbi təcavüz edilmişdir.
Heç bir əsas olmadan, xəbər vermədən,
dövlət qanunlarını
kobudcasına pozaraq Bakı şəhərinə
müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq
etmiş, nəticədə
nahaq qan tökülmüş, yüzlərlə
adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf
ki, bu təcavüz
indiyə qədər
davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı
fövqəladə vəziyyət
şəraitində yaşayır.
Bizim sessiyamız da bu şəraitdə
keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə
matəm saxlayır. Respublikanın şəhərlərində,
qəsəbələrində, kəndlərində şəhidlərin
xatirəsinə abidələr
ucaldılır. Fəqət,
qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq
olmaz. Bu məsələ müzakirə
olunmalıdır. 20 Yanvar
faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən
etməlidir".
Ulu Öndər
1991-ci il iyunun 19-da
SSRİ Nazirlər Kabinetinə
göndərdiyi məktubunda
yazırdı: "Yanvar
hadisələrində yüzlərlə
adam öldürüldü
və şikəst edildi... Artıq il yarım keçib.
Nəinki bu dəhşətli cinayətlərin
hamıya çoxdan məlum olan günahkarları üzə
çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən
gələni edirlər.
Ümid edirlər ki, zaman keçdikcə
bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə
sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı
cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq
mümkün deyil".
Azərbaycan Respublikası
Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında çıxışında isə
Heydər Əliyev deyirdi: "20 Yanvar faciəsi dövründən
il yarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda
cürbəcür söhbətlər
gedir. Bir qrup bir fikirdədir,
məndən qabaq çıxış edən
Rəhimov başqa fikirdədir. Mən sual verirəm, Ali Sovetin sədri
Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm
siyasi tərəfi var, həm hüquqi
tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı
adamların məsuliyyətə
cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu
ilə aydınlaşdırmaq
lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə
başqa tədbirlər
həyata keçirmək
mümkün olmur".
Milli Şura tərəfindən qəbul
edilmiş qərar xalqa xəyanət idi
Sovet hakimiyyətinin
süqutundan, Azərbaycanın
dövlət müstəqilliyinin
bərpa edilməsindən
də sonra başları hakimiyyət
uğrunda mübarizəyə
qarışmış siyasətbazlar
xalqımıza qarşı
törədilmiş bu
ağır cinayətin
səbəblərinin araşdırılması,
ona siyasi-hüquqi qiymətin verilməsi və cinayətkarların
müəyyən edilməsi
istiqamətində məqsədyönlü
iş aparmadılar. Onlar bu məsələdə
heç maraqlı da deyildilər, çünki həmin cinayətin törədilməsinin
məsuliyyəti bu və ya digər
dərəcədə onların
da üzərinə düşürdü. Düzdür,
həmin dövrdə
müxtəlif siyasi platformalardan çıxış
edən ayrı-ayrı
siyasi partiyalar 20 Yanvar faciəsi ilə bağlı bütün günahları
Moskvanın üzərinə
atmağa cəhd göstərmişdilər. Amma
Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışına qədər
nə A.Mütəllibov,
nə də AXC-Müsavat iqtidarı tərəfindən faciəyə
siyasi qiymət verilməsi üçün
heç bir iş görülmədi.
Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə
qayıdışından sonra
20 Yanvar faciəsinə
tam siyasi-hüquqi qiymətin verilməsi qarşıya qoyulmuş günün tələbi idi. Ulu Öndər
dövrün mürəkkəbliyinə
və görüləsi
işlərin çoxluğuna
baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə
səbəblərini və
günahkarlarının araşdırılması
ilə də məşğul oldu. Heydər Əliyevin
1994-cü il yanvarın
5-də 20 Yanvar faciəsinin
dördüncü ildönümünün
keçirilməsi ilə
bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə
tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində
məlum oldu ki, 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymətin
verilməməsində maraqlı
olan qüvvələr
var imiş.
1991-1993-cü illərdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək
istəyən müxalifət
nümayəndələri bu
dəhşətli faciədən
yararlanmağa çalışırmışlar.
Ulu Öndər Heydər Əliyev
1994-cü il yanvarın
12-də dövlət komissiyasının
geniş iclasında Azərbaycan Respublikası
Ali Soveti Milli Şurasının
1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu sənəddə 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını,
həqiqi günahkarların
aşkar edilmədiyini,
iki il ərzində
həmin qərarın
özünün yerinə
yetirilmədiyini nəzərə
çatdırdı. Respublika səviyyəsində 20 Yanvar
faciəsinə tam siyasi-hüquqi qiymətin verilməməsini ciddi tənqid edən Heydər Əliyev 1992-ci ildə Milli Şura tərəfindən
qəbul edilmiş səthi və başdansovdu qərarın
xalqa xəyanət olduğunu bəyan etdi: "Bu qərarı oxuyanda, doğrusu, çox həyəcanlandım. Düşündüm
ki, Milli Şura nə üçün öz millətinin, öz xalqının aqibətinə,
taleyinə bu qədər biganə qalıb? Qərarı oxuyandan sonra bir daha qəti
fikrə gəldim ki, bu faciəyə,
bu hadisəyə niyə indiyə qədər siyasi qiymət verilməyib... Mənim fikrim belədir ki, bu qərarın qəbul edilməsi Azərbaycan xalqına bəlkə də 20 Yanvar 1990-cı ildə olan faciə kimi böyük xəyanətdir. İki il keçəndən sonra deputat-istintaq komissiyasının ortaya bir şey çıxarmaması,
boş-boş sözlərlə
camaatı aldatması,
qərarda bu komissiyanın işinin qənaətbəxş hesab
edilməsi yenə də deyirəm, xəyanətdir".
1994-cü il martın
29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş
faciəli hadisələr
haqqında" adlı
xüsusi qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20
Yanvar hadisələri
Azərbaycanda vüsət
almış milli-azadlıq
hərəkatını boğmaq,
demokratik və suveren bir dövlət
amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm
qoyan xalqa sovet hərb maşınının gücünü
nümayiş etdirmək
məqsədilə totalitar
kommunist rejimi tərəfindən hərbi
təcavüz və cinayət kimi qiymətləndirildi. Sənəddə
Sovet İttifaqı Kommunist Partiyasının,
sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana
qarşı ağır
cinayət törətdikləri,
Əbdürrəhman Vəzirovun,
Ayaz Mütəllibovun,
Viktor Polyaniçkonun,
Vaqif Hüseynovun xalqımıza xəyanət
etdikləri siyasi-hüquqi
müstəvidə öz
əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin
birinci katibi Müslüm Məmmədovun
bu qanlı faciənin törədilməsində
məsuliyyət daşıdıqları
və digər məsələlər sənəddə
qeyd olundu. Beləliklə, Heydər Əliyevin təkidi və təşəbbüsü
sayəsində xalqımıza
qarşı törədilən
bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.
1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə
məruz qalmış
Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə
sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik
mübarizəsi tarixinə
faciə və xalqımızın qəhrəmanlıq
salnaməsi kimi yazıldı. Azərbaycan
xalqı həmin gün azad yaşamağa
layiq olduğunu bütün dünyaya sübut etdi.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
20 yanvar, ¹ 12.- S.1;7.