"Polis haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının hüquq pozuntularının profilaktikası haqqında" "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Polis haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277, № 12, maddə 1444; 2016, № 2 (I kitab), maddələr 197, 216, № 3, maddə 400, № 5, maddə 838; 2017, № 10, maddə 1770; 2018, № 1, maddə 15, № 7 (I kitab), maddə 1426; 2020, № 7, maddə 828; 2021, № 8, maddə 896; 2023, № 6, maddə 743; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1009-VIQD nömrəli Qanunu) 19-1-ci maddəsinin birinci hissəsinin  1-ci bəndinə "fahişəliyə" sözündən sonra, "pornoqrafiya tamaşalarında iştirak etməyə" sözləri əlavə edilsin.

Maddə 2. "Yetkinlik yaşına çatmayanların baxımsızlığının hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681; 2006, № 2, maddə 75; 2007, № 1, maddə 5; 2016, № 2 (I kitab), maddə 195,  № 12, maddə 2030; 2019, № 11, maddə 1684; 2021, № 6 (I kitab), maddə 547; 2022, № 8, maddə 831; 2023, № 6, maddə 748) 17.2.2-ci maddəsində "cinayət əməllərinə ya fahişəliyə" sözləri "cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə" sözləri ilə əvəz edilsin.

Maddə 3. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851, № 11, maddə 1335; 2021, № 2, maddə 109, № 6 (I kitab), maddə 548; 2022, № 6, maddə 588, № 8, maddə 829; 2023, № 1, maddə 43, № 2, maddə 207, № 7, maddə 896) 27.2.5-ci maddəsinə " ya" sözlərindən sonra "cinsi" sözü əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.2.