"Mühasibat
uçotu haqqında"
və "Dövlət
sirri haqqında" Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
20-ci və 27-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Mühasibat
uçotu haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 8, maddə
605; 2008, ¹ 12, maddə
1049; 2010, ¹ 4, maddələr 265, 276; 2012, ¹
6, maddələr 512, 529; 2013, ¹ 1, maddə 18; 2015, ¹ 7, maddə
819; 2016, ¹ 10, maddələr 1601, 1609, ¹ 11, maddə
1754; 2017, ¹ 3, maddə 333; 2018, ¹ 6, maddə 1179; 2019, ¹ 1, maddə
28, ¹ 4, maddə 599, ¹ 5, maddə
797, ¹ 8, maddə 1365; 2021, ¹ 1, maddə 6, ¹ 12, maddə
1298; 2023, ¹ 4, maddə 453, ¹ 8 (I kitab), maddə 1105) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 12.3-cü maddədə "İctimai"
sözü "Dövlət
sirri haqqında" və "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası
qanunlarının tələbləri
nəzərə alınmaqla,
ictimai" sözləri
ilə əvəz edilsin;
1.2. 15.1-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"15.1. Mühasibat uçotu sənədlərində
dövlət sirri və (və ya) kommersiya sirri hesab edilən
məlumatlar olduqda, bu məlumatların açıqlanması "Dövlət
sirri haqqında" və "Kommersiya sirri haqqında" Azərbaycan Respublikasının
qanunlarına uyğun
həyata keçirilir.".
Maddə 2. "Dövlət
sirri haqqında" Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 11, maddə
882; 2006, ¹ 2, maddə 65, ¹ 11, maddə 925; 2008, ¹ 8, maddə
699; 2013, ¹ 6, maddə 596; 2014, ¹ 7, maddə 762; 2015, ¹ 5, maddə
492; 2018, ¹ 7 (I kitab), maddə
1401, ¹ 11, maddə 2222; 2022, ¹ 5, maddə 430; 2023, ¹ 1, maddə
21) 5.2.4-cü maddəsində "məhsulları işləyib
hazırlayan və ya istehsal edən
müəssisələr, onların"
sözləri "məhsulların
işlənib hazırlanmasını,
istehsalını, ixracını,
satışını, habelə
onların istehsalının,
ixracının, satışının
təşkilini həyata
keçirən müəssisələr
və onların maliyyə hesabatları,"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2023-cü il
Azərbaycan.-2024.-
20 yanvar, ¹ 12.- S.2.