Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində, Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində,
"Azərbaycan Respublikası
Silahlı Qüvvələri
Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında"və
"İnformasiya, informasiyalaşdırma
və informasiyanın
mühafizəsi haqqında"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
17-ci, 18-ci və 20-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 4 (II kitab),
maddə 251, ¹ 5, maddə
323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7, maddə
455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə
326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276, 279, ¹ 8, maddələr
424, 425, ¹ 12 (I kitab), maddə
676; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə
321, ¹ 8, maddə 598, ¹ 10, maddə
762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə
462, ¹ 7, maddə 575, ¹ 10, maddə
904, ¹ 11, maddə 994; 2006, ¹ 2, maddələr 71, 72, 75, ¹ 5, maddə
390, ¹ 12, maddələr 1008, 1020, 1028; 2007,
¹ 2, maddə 68, ¹ 5, maddə
398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8, maddə 757, ¹ 10, maddələr
937, 941, ¹ 11, maddələr 1049, 1080, 1090,
¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr
454, 461, ¹ 7, maddə 602, ¹ 10, maddə 884, ¹ 12, maddələr
1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə
953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr 171, 178, ¹ 4, maddələr
275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4, maddə 253, ¹ 6, maddə
472, ¹ 7, maddələr 587, 601, 621, ¹ 11, maddə 980, ¹ 12, maddə
1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr 193, 196, ¹ 7, maddələr
666, 669, 673, ¹ 11, maddə 1068, ¹ 12, maddə 1223; 2013, ¹ 1, maddə
14, ¹ 2, maddə 102, ¹ 4 maddə
364, ¹ 5, maddələr 459, 479, 481, ¹ 6, maddələr 594, 600, ¹ 11, maddələr
1264, 1286, 1312, ¹ 12, maddə 1492; 2014, ¹ 2, maddələr 89, 95, ¹ 4, maddə
327, ¹ 6, maddələr 618, 622; 2015, ¹ 4, maddələr 339, 359, 368, ¹ 5, maddələr
504, 508, 510, ¹ 6, maddələr 678, 690, 692,
¹ 11, maddələr 1253, 1268, 1289, 1298, ¹
12, maddələr 1437, 1445; 2016, ¹ 4, maddələr 634, 636, 638, 653, ¹ 5, maddə 845, ¹ 6, maddələr
993, 1001, ¹ 12, maddələr 1983, 1999, 2008,
2019, 2038, 2048; 2017, ¹ 2, maddə 161, ¹ 3, maddə 330, ¹ 5, maddələr
694, 697,700, 702, 733, ¹ 7, maddələr 1268,
1271, 1293, ¹ 11, maddələr 1968, 1978, ¹ 12
(I kitab), maddə 2231;
2018, ¹ 3, maddə 403, ¹ 5, maddə
861, ¹ 6, maddə 1154, ¹ 7 (I kitab),
maddə 1441, ¹ 10, maddə
1972, ¹ 11, maddə 2213, ¹ 12 (I kitab), maddə 2472; 2019, ¹
4, maddə 586, ¹ 7, maddə
1201, ¹ 8, maddə 1367; 2020, ¹ 3, maddə 223, ¹ 5, maddə
518, ¹ 7, maddə 832, ¹ 8, maddə
1010, ¹ 11, maddələr 1332, 1333; 2021, ¹ 6
(I kitab), maddə 541,
¹ 8, maddə 894, ¹ 12, maddə
1336; 2022, ¹ 5, maddələr 434, 437, ¹ 7, maddə 703, ¹ 8, maddələr
821, 828, ¹ 12, maddələr 1363, 1373; 2023,
¹ 1, maddə 39, ¹ 2, maddə
207, ¹ 4, maddə 445, ¹ 6, maddə
755; Azərbaycan Respublikasının
2023-cü il 21 noyabr tarixli 1023-VIQD nömrəli
və 5 dekabr tarixli 1048-VIQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. aşağıdakı
məzmunda 281-1-ci və
284-2-ci maddələr əlavə
edilsin:
"Maddə 281-1. Azərbaycan
Respublikasının ərazi
bütövlüyünün parçalanmasına yönələn
atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə
281-1.1. Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
parçalanmasına yönələn
atributları və ya simvolları nümayiş etdirmə və ya yayma,
yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə
hazırlama, əldə
etmə, saxlama, daşıma və ya gəzdirmə -
beş ilədək
müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni
müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
281-1.2. Bu Məcəllənin
281-1.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər
qabaqcadan əlbir olan bir qrup
şəxs və ya mütəşəkkil
dəstə tərəfindən
törədildikdə-
beş ildən
səkkiz ilədək
müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
281-1.3. Bu Məcəllənin
281-1.1-ci maddəsində nəzərdə
tutulmuş əməllər
xarici təşkilatların
və onların nümayəndələrinin tapşırığı
ilə törədildikdə
-
yeddi ildən on iki ilədək
müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.";
"Maddə 284-2. Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin şəxsi
heyətinin, hərbi silah, sursat və
ya hərbi texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında məlumatları
yayma
284-2.1. Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
şəxsi heyətinin,
hərbisilah, sursat və ya hərbi
texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında məlumatları
yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə
və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə
tutulmuş əməllərin
əlamətləri olmadıqda
-
üç ildən
altı ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
284-2.2. Eyni əməllər
ağır nəticələrə
səbəb olduqda -
beş ildən
səkkiz ilədək
müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin şəxsi
heyətinin, hərbi silah, sursat və
ya hərbi texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə
açıqlanan məlumatların
yayılması hallarına
bu Məcəllənin
284-2-ci maddəsinin qüvvəsi
şamil edilmir.";
1.2. 328-ci maddənin "Qeyd" hissəsinin 1-ci və
3-cü bəndlərində "fəslin" sözü
"Məcəllənin" sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr
835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə
1608, ¹ 11, maddələr 1769, 1774, 1781,
1783, 1786, 1788, ¹ 12, maddələr 1984,
2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹
2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr
698, 701, 734, 749, 754, ¹ 6, maddələr
1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296,
1297, 1299, ¹ 11, maddələr 1964, 1966,
1969, 1979, ¹ 12 (I kitab), maddələr
2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr
160, 162, 163, ¹ 3, maddələr 383, 401, 404,
¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr
1153, 1188, ¹ 7 (I kitab), maddələr
1435, 1437, 1438, ¹ 10, maddə 1963, ¹ 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, ¹ 12 (I kitab), maddələr 2473,
2475, 2499, 2507, 2512, 2522; 2019, ¹ 1, maddələr
4, 6, 15, 18, 23, 44, ¹ 3, maddələr 374,
389, ¹ 4, maddələr 579, 581, 587, 595, ¹ 5,
maddələr 791, 800, 803, 804, 813, ¹ 6, maddələr 992, 998, 1007, ¹ 7, maddə
1193, ¹ 8, maddələr 1364, 1367, 1368,
1381,1383, ¹ 11, maddələr 1682, 1686, 1696,
¹ 12, maddələr 1883, 1900; 2020, ¹ 3, maddə 222, ¹ 5, maddələr
505, 515, 519, ¹ 6, maddələr 670, 672, 681,
¹ 7, maddələr 838, 841, 846, 854, ¹ 8, maddələr 1008, 1011, ¹ 9, maddə
1138, ¹ 11, maddələr 1332, 1333, 1336, ¹ 12
(I kitab), maddələr
1432, 1440; 2021, ¹ 4, maddə 306, ¹ 5, maddə 428, ¹ 6 (I kitab), maddələr 535, 541, 546, 560, ¹ 7, maddələr 701, 705, 711, ¹ 8, maddə
894, ¹ 11, maddə 1208, ¹ 12, maddələr
1306, 1334; 2022, ¹ 1, maddə 2, ¹ 2, maddə 89, ¹ 4, maddə
293, ¹ 5, maddə 435, ¹ 7, maddələr
694, 699, 703, ¹ 8, maddələr 822, 825, 828,
¹ 11, maddə 1236, ¹ 12, maddələr
1364, 1399; 2023, ¹ 1, maddələr 17, 20, 32,
39, ¹ 2, maddələr 149, 201, 204, ¹ 4, maddə 466, ¹ 6, maddələr
743, 754, ¹ 7, maddələr 905, 907, ¹ 8 (I kitab), maddələr 1096,
1122, 1128; Azərbaycan Respublikasının
2023-cü il 24 oktyabr tarixli 1008-VIQD nömrəli
və 5 dekabr tarixli 1048-VIQD nömrəli
qanunları) aşağıdakı
məzmunda 614-1-ci maddə
əlavə edilsin:
"Maddə 614-1. Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin şəxsi
heyətinin, hərbi silah, sursat və
ya hərbi texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında məlumatların
yayılması
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
şəxsi heyətinin,
hərbi silah, sursat və ya hərbi texnikasının
hərəkəti, yaxud
dislokasiyası haqqında
məlumatların mediada,
o cümlədən internet
informasiya ehtiyatında
və ya informasiya-telekommunikasiya şəbəkəsində
hərbi qulluqçular
və ya toplanışa çağırılmış
hərbi vəzifəlilər
tərəfindən yayılmasına
görə -
on gündən
bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd:
1. Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
şəxsi heyətinin,
hərbi silah, sursat və ya hərbi texnikasının
hərəkəti, yaxud
dislokasiyası haqqında
dövlət orqanları
(qurumları) tərəfindən
ictimaiyyətə açıqlanan
məlumatların yayılması
hallarına bu Məcəllənin 614-1-ci maddəsinin
qüvvəsi şamil
edilmir.
2. Bu Məcəllənin
614-1-ci maddəsi həmin
maddədə göstərilən
əməl Azərbaycan
Respublikasının Cinayət
Məcəlləsinin müvafiq
maddələrinə əsasən
cinayət məsuliyyətinə
səbəb olmadıqda
tətbiq edilir.".
Maddə 3. Azərbaycan
Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,
1995, ¹ 22, maddə 364; Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 5, maddə
312, ¹ 6, maddə 415; 2007, ¹ 8, maddə 754; 2008, ¹ 8, maddə
709; 2010, ¹ 4, maddə 274, ¹ 12, maddə 1056; 2011, ¹ 2, maddə
71; 2016, ¹ 1, maddə 9; 2018, ¹ 1, maddə 9, ¹ 10, maddə
1967; 2021, ¹ 6 (I kitab), maddə
544, ¹ 7, maddə 699; 2022, ¹ 5, maddə 433) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Daxili xidmət nizamnaməsi"nin 2-ci maddəsində
"saxlamalıdır" sözü "saxlamalı,
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
şəxsi heyətinin,
hərbi silah, sursat və ya hərbi texnikasının
hərəkəti, yaxud
dislokasiyası haqqında
məlumatları (dövlət
orqanları (qurumları)
tərəfindən ictimaiyyətə
açıqlanan məlumatlar
istisna olmaqla) yaymamalıdır" sözləri
ilə əvəz edilsin.
Maddə 4. "İnformasiya,
informasiyalaşdırma və
informasiyanın mühafizəsi
haqqında" Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998, ¹ 6, maddə 364; 2005, ¹ 6, maddə 466; 2006, ¹ 12, maddə
1005; 2007, ¹ 10, maddə 938; 2011, ¹ 3, maddə 162; 2012, ¹ 11, maddə
1051; 2017, ¹ 3, maddə 345; 2019, ¹ 12, maddə 1881; 2020, ¹ 3, maddə
225, ¹ 6, maddə 671; 2021, ¹ 12, maddə 1345; 2022, ¹ 7, maddə
693; 2023, ¹ 4, maddə 448, ¹ 5, maddə 626) aşağıdakı
məzmunda 13-2.3.3-1-ci maddə
əlavə edilsin:
"13-2.3.3-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi
heyətinin, hərbi silah, sursat və
ya hərbi texnikasının hərəkəti,
yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən
ictimaiyyətə açıqlanan
məlumatlar istisna olmaqla);".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2023-cü il
Azərbaycan.-2024.-
20 yanvar, ¹ 12.- S.2.