Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının
həyata keçirilməsinə
dövlət nəzarəti
Qaydası”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 5, maddə 419 (Cild I) ilə təsdiq edilmiş
“Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarəti Qaydası”nda
aşağıdakı dəyişikliklər edilsin:
1.
2.2.3-cü yarımbənddə “cinayət əməllərinə
və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə,
fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak
etməyə” sözləri ilə əvəz edilsin.
2. 2.7.12-ci
yarımbəndə “insan alverinin” sözlərindən sonra “,
həmçinin cinsi istismarın və ya cinsi
zorakılığın” sözləri əlavə edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 19 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
20 yanvar, ¹ 12.- S.3.