"Ələt azad iqtisadi zonasının yaradılması fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Ələt azad iqtisadi zonasının yaradılması fəaliyyətinin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 557 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə "1-3" rəqəmləri "1-4" rəqəmləri ilə, "inzibati ərazisində" sözləri " Salyan rayonunun inzibati ərazilərində" sözləri ilə əvəz olunsun həmin hissəyə "əlavələrdəki" sözündən sonra "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi" sözləri əlavə edilsin;

1.2. 5.1-ci 5.2-ci bəndlərdə "1-3" rəqəmləri "1-4" rəqəmləri ilə əvəz edilsin;

1.3. həmin Fərmana 1 nömrəli əlavə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi "Bakı şəhəri, Qaradağ rayonu inzibati ərazisində yerləşən Azad İqtisadi Zonaya ayrılması nəzərdə tutulan (I hissə) 433,0 hektar torpaq sahəsinin yerquruluşu planı" yeni redaksiyada verilsin;

1.4. həmin Fərmana aşağıdakı məzmunda 4 nömrəli əlavə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi "Bakı şəhəri, Qaradağ rayonu Salyan rayonu inzibati əraziləri daxilində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə digər təyinatlı torpaqlar, ehtiyat fondu torpaqları kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (IV hissə) 4312,56 hektar torpaq sahəsinin yerquruluşu planı" əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar  2024-cü il

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.3.