"Azərbaycan
Respublikası Cinayət-Prosessual
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında"
Azərbaycan Respublikası
Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında" Azərbaycan
Respublikası Qanununun
və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin tətbiq
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25
avqust tarixli 387 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, № 8 (III kitab), maddə
610 (Cild I) 2-ci hissəsinin
on beşinci - on səkkizinci abzasları müvafiq olaraq on doqquzuncu
- iyirmi ikinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda
on beşinci - on səkkizinci abzaslar əlavə edilsin:
"həmin Məcəllənin
487-5.2-ci maddəsinin ikinci
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
aşağıdakı orqanlar
həyata keçirirlər:
qeyri-kommersiya hüquqi
şəxslərinə və
xarici qeyri-kommersiya hüquqi şəxslərinin
filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyinin müəyyən
etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi və onun rayon (şəhər)
qeydiyyat şöbələri,
Naxçıvan Muxtar
Respublikasının ərazisində
təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət
təşkilatlarının filial və nümayəndəlikləri istisna
olmaqla, digər qeyri-kommersiya qurumlarına
münasibətdə isə
Naxçıvan Muxtar
Respublikasının Ədliyyə
Nazirliyi;
kommersiya hüquqi
şəxslərinə, xarici
kommersiya hüquqi şəxslərinin filial
və nümayəndəliklərinə,
publik hüquqi şəxslərə münasibətdə Dövlət
Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət
Vergi Xidməti;
dini qurumlara münasibətdə Azərbaycan
Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.3.