"Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2014-cü il 11 aprel tarixli 146 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 392 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
11 aprel tarixli 146 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, № 4, maddə 362 (Cild
I) 2-ci və 3-cü hissələrində
"olimpiya idman komplekslərinin" sözləri
"idman obyektlərinin"
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.3.