Azərbaycan yeni dövrə qədəm qoyur

 

 

"Dünyada baş verən hadisələr dəyişikliklər yeni reallıqlar yaradır, yeni hədəfləri şərtləndirir. Bu, Azərbaycan dövləti üçün xarakterikdir. Ölkəmizin sosial-iqtisadi inkişafı, düşmən üzərində qazandığımız tarixi qələbələrimiz, suverenliyimizin tam təmin olunması sair zəruri dəyişikliklər yeni reallıqlar formalaşdırıb. Azərbaycan artıq yeni dövrə qədəm qoyur. İnanırıq ki, bu dövr bizə yeni nailiyyətlər zəfərlər nəsib edəcək".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri qeyd edib ki, belə olan halda, yeni dövrün reallıqlarını təhlil etmək o istiqamətdə addımlar atmaq lazımdır: "Sual yaranır ki, yeni dövrün reallıqları ola bilər? Sözsüz ki, bura ilk növbədə vətəndaşların təhlükəsizliyinin təmin olunması, ölkənin müstəqilliyinin suverenliyinin qorunub saxlanılması, əhalinin rifah halının yaxşılaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi daxildir. Belə olan halda Azərbaycanın xoşbəxt gələcəyini təmin etmək mümkündür".

Tahir Rzayevin dediyinə görə, Azərbaycan dünyada iqtisadi cəhətdən davamlı inkişaf edən dövlətlərdən biridir: "Bunu statistik rəqəmlər sübut edir. Ötən 20 ildə büdcə gəlirlərinin 30 dəfədən çox, valyuta ehtiyatlarının isə 37 dəfədən çox artması bunun bir nümunəsidir. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir".

Komitə sədri onu da deyib ki, ölkəmiz, həmçinin beynəlxalq aləmdə daim artan nüfuzu ilə gündəmdədir: "Şanlı zəfərlərimiz, tarixi qələbələrimiz Azərbaycanı bütün dünyaya tanıdıb bizi mübariz xalq kimi şöhrətləndirib".

Tahir Rzayev əlavə edib ki, ümumilikdə pensiyaların, müavinətlərin, ödənişlərin dəfələrlə artırılması, vətəndaşlara diqqət qayğının yüksəldilməsi, işğaldan azad olunmuş ərazilərdə möhtəşəm işlərin görülməsi, yolların çəkilməsi, yeni yaşayış binalarının tikilməsi, mühüm layihələrin həyata keçirilməsi, nəticədə soydaşlarımızın dədə-baba yurdlarına qayıdışı günün reallıqlarıdır. Bütün bunlar Azərbaycanda yeni bir həyatın başladığını təsdiq edir. Əlbəttə ki, həyat gündən-günə yaxşılaşırsa, bu, həm yeni arzuların yaranmasına səbəb olur. Bu arzu-istəklər isə daha işgüzar şəraitin yaradılmasını, eləcə hər bir vətəndaşın öz işinə məsuliyyətlə yanaşmasını tələb edir".

Komitə sədri yekunda qeyd edib ki, fevralın 7-nə təyin olunmuş  növbədənkənar prezident seçkiləri məhz yeni dövrün reallığıdır. Suverenliyini tam bərpa etmiş dövlətin bütün ərazilərində vətəndaşların seçmək seçilmək hüququnun təmin edilməsi, əlbəttə ki, dövrün reallıqlarına uyğundur. Bu, xalqımızın arzu istəklərinin həqiqətə çevrilməsinin əyani ifadəsidir.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.12.