Bəşəriyyətin gələcəyi naminə həmrəylik çağırışları

 

 

Ötən il Azərbaycan üçün müstəsna tarixi əhəmiyyətə malik bir çox hadisələrlə yanaşı, ölkəmizin evsahibliyi ilə keçirilən qlobal əhəmiyyətli tədbirlərlə əlamətdar oldu. Bu baxımdan, mart ayında təşkil edilmiş X Qlobal Bakı Forumu Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulda keçirilən nazirlər görüşü xüsusi qeyd olunmalıdır. Hər iki qlobal miqyaslı tədbirdə indiyə qədər əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr diqqətə çatdırıldı, gələcəklə bağlı strateji baxışlara nəzər yetirildi.

Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. X Qlobal Bakı Forumunun panel iclaslarında sessiyalarında da bəşəriyyətin qarşısında duran yeni çağırış perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin inkişafın axtarışı yolları digər bu kimi mühüm mövzular qoyulmuşdu.

 

 

 

Avropanın enerji xəritəsini dəyişən Azərbaycan

 

 

 

Öncə qeyd edək ki, X Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğun idi bu da həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş səmərəli fəaliyyətinin təzahürü kimi diqqəti cəlb edirdi. Açılış zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin adını daşıdığı dahi Azərbaycan şairinin xatirəsinə irsinə olan dərin hörmətin təzahürü olduğunun diqqətə çatdırılması tədbirin böyük rəğbət doğuran məqamlarından birinə çevrildi. Qeyd olundu ki, dahi şairimizin zəkası müdrikliyi Azərbaycan xalqının istedadını böyüklüyünü təcəssüm etdirir.

Forumun mövzusuna uyğun olaraq bu mötəbər yığıncaqda dünyada enerji təhlükəsizliyi məsələlərində baş verən yeniliklər, Azərbaycanın Avropa Komissiyası ilə imzaladığı memorandum, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin yeri rolu ilə bağlı fikirlər diqqətə çatdırıldı. Bu istiqamətdə gələcək perspektivlər üzrə strateji mövqelərdən bəhs olundu. Avropanın enerji xəritəsində mühüm dəyişikliklərin olacağı ilə əlaqədar gözləntilər dilə gətirilərək Azərbaycanın neft qaz boru kəmərlərinin inşası ilə Avropanın enerji xəritəsinin artıq dəyişildiyi, indi isə növbənin "yaşıl enerji"ni təmin edəcək elektrik xətlərinə çatdığı bəyan edildi. Bu forumda dünyanın ümumi mənzərəsinin parlaq təsviri verildi, müasir çağırışlarla bağlı fikirlər, birgə yerinə yetirilməli olan təşəbbüslər aktuallaşdırıldı.

 

 

 

Sülh zamanı

 

 

 

X Qlobal Bakı Forumunda ölkəmizin Vətən müharibəsindəki tarixi zəfərindən sonra yaranmış yeni reallıqlar, aparılan sülh prosesləri barədə fikirlər səsləndirildi. 2020-ci ilin noyabrında, müharibə bitdikdən dərhal sonra Azərbaycanın sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdüyü Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipin təqdim edildiyi xatırlandı. Bir daha bəyan olundu ki, sülh üçün vaxt yetişib, ölkəmiz daimi sülhün əldə olunmasını istəyir. Çoxkonfessiyalı, çoxmillətli ölkə olan Azərbaycanda azlıqların hüquqları Konstitusiyamızla qorunur. Ölkəmizdəki real vəziyyətlə tanış olan hər kəs Azərbaycanın yüksək dini etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc ləyaqətli şəkildə yaşadığı ölkə olduğunu təsdiqləyə bilər. Tədbirdə o da qeyd olundu ki, hər münaqişənin öz tarixi, öz dinamikası sonu var. Vacib məqam odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həllini tapsın, onların ərazi bütövlüyü suverenliyi güc hesabına dəyişdirilməsin. Bildirildi ki, hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb.

X Qlobal Bakı Forumunun panellərindən birinin məhz multilateralizmə həsr olunması xüsusilə təqdir edildi. Siyasi ədəbiyyatdan məlum olduğu kimi, multilateralizm, beynəlxalq əlaqələrin hər bir ölkənin bütün tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə etməsinə imkan verən mexanizmlərə əsaslanaraq təşkil edilməsi deməkdir. Müasir dünyamızda multilateralizm böyük dövlətlərin birtərəfli siyasətinə qarşı çıxır, başqa dövlətlərin xalqların da milli maraqlarının müdafiəsi, bərabərhüquqlu münasibətlər prinsipinin qorunması zərurətini aktuallaşdırır.

Multilateralizmin əsas məqsədlərindən biri beynəlxalq münasibətlərin inkişafını təmin etmək, mövcud siyasi iqtisadi sistemlərini düsturlaşdırmaq, hüquq ədalət prinsiplərinə əsaslanan beynəlxalq qaydalara riayət etmək, qlobal təhdidlərə qarşı birgə mübarizə aparmaqdır.

Bu gün bütün dünyada multilateralizmin əsl müdafiəçisi qismində BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatı çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatına 2019-cu ildən başlamış üzv dövlətlərin istəyi ilə bir il uzadılaraq 2023-cü ilə qədər davam edən sədrliyi bu təşkilatın yenidən formalaşan dünya nizamında öz yerini tapmasına böyük töhfələr verib. Forumda qeyd olundu ki, 2019-cu ilə kimi passiv fəaliyyəti ilə yadda qalan, qlobal proseslərdə rolu, təsiri bir o qədər nəzərə çarpmayan Qoşulmama Hərəkatının fəaliyyəti bu illərdə kifayət qədər canlandırılıb. Bu məqsədlə beynəlxalq tədbirlər, zirvə toplantıları təşkil edilib. COVID-19 pandemiyasının ən gərgin vaxtlarında Azərbaycanın təşəbbüsü, Qoşulmama Hərəkatının dəstəyi ilə BMT Baş Assambleyasının pandemiya ilə bağlı Xüsusi Sessiyasının təşkili mümkün olub. COVID-19-la mübarizə üzrə məlumat bazası yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı bu bazadan səmərəli şəkildə istifadə edə bilib. Pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsinin ucaldılması, postpandemiya dövrü ilə bağlı aktual məsələlərin gündəmə gətirilməsi, əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə humanitar yardımların edilməsi, koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə yardımının göstərilməsi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü real tarixi işlərdir. Azərbaycan quruma sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafına nail olub, o cümlədən bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi, ardınca gənclər şəbəkəsi yaradılıb.

 

 

 

BMT- ciddi islahatlar aparılmalıdır

 

 

 

X Qlobal Bakı Forumunda da bəşəriyyətə töhfə verən bütün bu nailiyyətlər diqqətə çatdırıldı. Eyni zamanda bildirildi ki, bugünkü parçalanmış dünyamızda belə bir hərəkata böyük ehtiyac var.

"Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması Qoşulmama Hərəkatının təməl prinsiplərinin - Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər oynamalıdır. Həmin prinsiplər - sülh, əməkdaşlıq, ərazi bütövlüyünə suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir" - forumda bu fikirlər xüsusilə səsləndirildi.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun 5 iyul 2023-cü il tarixində Bakıda keçirilən Nazirlər Görüşündə müasir dünyamızın reallıqları açıqlandı qeyd olundu ki, hərəkata üzv dövlətlər "Bandunq prinsipləri" ətrafında qətiyyətlə dayanmalı, suverenliyin ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini ucaltmalıdır. İndi hərəkatın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir. Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT- ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq.

 

 

 

Fransa neokolonializm siyasətini davam etdirir

 

 

 

Bu nüfuzlu görüşdə neokolonializm meyillərinin artmasından Azərbaycanın  narahatlığı da vurğulandı. Neokolonializmi hələ davam etdirən ölkələrdən biri kimi Fransanın adı çəkildi qeyd olundu ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

"Özünü yalandan insan haqlarının beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi" - kimi fikirlərə tədbirdə xüsusi yer verildi.

Bildirildi ki, mədəniyyətlərarası dinlərarası dialoqun təşviqi Qoşulmama Hərəkatının gündəliyindəki əsas məsələlərdən olmalıdır. Geniş vüsət alan islamofobiya ksenofobiya halları, həmçinin islamın zorakılıq terrorla eyniləşdirilməsi cəhdləri hamıda narahatlıq doğurur. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır bu, pislənilməlidir.

Hər iki tədbirdə səslənən çıxışlar müasir dünyamızın gələcəyinə işıq saldı, qlobal problemlərin həlli, bəşəriyyətin xoşbəxtliyi naminə birlikdə, həmrəy şəkildə yerinə yetirilməli olan vəzifələr dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.13.