Qeyri-neft sektorunun əsas ünvanı - sənaye zonaları

 

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar bəhrəsini verir. Hesabat dövrü olan son 20 il ərzində  ölkədə yüzlərlə sənaye müəssisəsi fəaliyyətə başlayıb. Əvvəllər idxal edilən bir çox sənaye məhsulları indi ölkəmizdə istehsal olunur hətta xarici bazarlara da ixrac edilir.

Aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində iki onillik  ərzində ümumi daxili məhsul istehsalı 4 dəfə, büdcə gəlirləri 30, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Bu dövrdə ölkə iqtisadiyyatına 300 milyard dollar investisiya qoyulub. Sosial sahədə böyük nailiyyətlər qazanılıb. Tək bir fakt: yoxsulluq 50 faiz səviyyəsindən 5,5 faizə düşüb.  

 Məlumdur ki, dayanıqlı inkişaf istehsalyönümlü sənayenin miqyasından asılıdır. Bunun üçün hər bir ölkədə sənaye məhsulları istehsalı ümumi istehsalda yüksək çəkiyə malik olmalıdır. Odur ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sənayesinin inkişafı ön plana çəkilmişdir.

Məlumdur ki, Azərbaycanda sənayeləşmə prosesini sürətləndirmək üçün "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qəbul olunmuşdur. Sənəddə sənayenin inkişaf perspektivləri müəyyən edilmiş, hazırlanan tədbirlər planına əsasən, sənaye potensialının gücləndirilməsi, rəqabətqabiliyyətliliyin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Dünyanın sənaye tarixi sübut edir ki, zaman-zaman onun müxtəlif inkişaf formaları meydana gəlir. Bunlardan biri texnopark adlanan yeni istehsal xidmət sahələridir. Ölkəmizin sənayeləşməsində texnoparkların əhəmiyyəti böyükdür. Bu cür parklar yüksəkkeyfiyyətli məhsul hazırlamaq qabiliyyətinə malikdirlər ona elmin son uğurlarından müasir texnologiyalardan istifadə etməklə nail olunur. Bakıda, həmçinin regionlarda texnoparkların sənaye məhəllələrinin yaradılması istiqamətində böyük işlər görülür. Nəticə pis deyil - 7 sənaye parkı 5 sənaye məhəlləsi.

Sumqayıt  Kimya Sənaye Parkının yaradılmasında məqsəd ölkədə innovativ yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul istehsal etmək, onları dünya bazarına  çıxarmaq, qeyri-neft sektorunun davamlı inkişafına nail olmaq, həmçinin  əhalinin məşğulluğunu təmin etmək idi. Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi digər sənaye sahələri üzrə müəssisələrin - parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılmışdır. Hazırda həmin müəssisələrdə istehsal edilən məhsullar ölkənin daxili tələbatını ödəməklə yanaşı, dünya bazarına da ixrac olunur.

Balaxanı Sənaye Parkının ərazisində isə məişət tullantılarının emalı (təkrar emalı) xidmət müəssisələri yaradılıb. Bu səbəbdən parkın idarəedici təşkilatı "Təmiz Şəhər" ASC-dir. "Yaşıl iqtisadiyyat"ın inkişafında xüsusi əhəmiyyətə malik olan bu parkın təşkilində başlıca hədəf təkrar istehsal sahəsinə maraq göstərən potensial sahibkarlar investorlar üçün əlverişli şəraitin yaradılması idi ki, ona da nail olunub.

Regionlardakı analoji müəssisələrə gəldikdə, bu sırada ilk növbədə Mingəçevir Sənaye Parkını misal göstərmək olar.  2016-cı ildə təməli qoyulan parkda rezident kimi qeydiyyata alınmış "Mingəçevir Tekstil" MMC-nin 2 fabriki 2018-ci il fevralın 27-də istifadəyə verilmişdir. İllik istehsal gücü

20 min ton olan fabriklərin avadanlıqları Almaniya, İsveçrə, İspaniya Yaponiyanın aparıcı şirkətlərindən alınmışdır. Müəssisələrdə 750 yeni yeri açılmışdır.

Çox müsbət haldır ki, işğaldan azad olunmuş ərazilərdə texnoparklar yaradılır. Ağdamda Cəbrayıl rayonunun Soltanlı kəndində yaradılan texnoparkların fəaliyyəti ilk növbədə işğaldan azad olunmuş ərazilərin potensialından istifadə etməyə hesablanıb. Bununla yanaşı, doğma yerlərə dönəcək soydaşlarımızın məşğulluğunun təmin ediləcəyinin hədəf seçilməsini unutmaq olmaz. Bu isə o deməkdir ki,  həmin  texnoparklar bölgənin iqtisadi inkişafını təmin etməklə yanaşı, həm sosial məsələlərin  həllinə müsbət təsir göstərəcək.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq var. Artıq bir neçə sahibkara sənaye parkının rezidenti statusu verilib. Müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq "Dadaş-N" MMC Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan fabrikdə il ərzində 1 milyon kvadratmetrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. "Veliev" MMC tərəfindən isə "Prefabrik dəmir-beton məmulatları istehsalı" layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində körpülərin, sənaye yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir-beton tirlərin, kirişlərin, fermaların, döşəmə panellərinin, üfüqi su novlarının, dəmir-beton dirəklərin, müxtəlif növ hasarların, kanalizasiya borularının, səki divar daşlarının, yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellərin s. istehsalı planlaşdırılır. Dəyəri 2,5 milyon manat olan layihə çərçivəsində il ərzində 200 min kvadratmetr dəmir-beton məmulatının istehsalı nəzərdə tutulur. 80 daimi yerinin açılacağı gözlənilən müəssisədə türk yerli texnologiyalardan istifadə ediləcək. Müəssisədə istehsal ediləcək məhsullar ilkin olaraq daxili bazarda satılacaq.

Digər sənaye birlikləri - sənaye məhəllələri texnoparklardan fərqli olaraq kiçik yığcamdır. Buradakı müəssisələrdə əsasən yerli xammaldan istifadəyə üstünlük verilir. Buna baxmayaraq, sənaye məhəllələrində yüksək texnologiyalardan istifadə edilərək keyfiyyətli məhsul istehsal olunur. Belə məhəllələrin digər bir üstün cəhəti  bölgələrdə yerləşməsidir. Bu, yerli sahibkarlara az məbləğdə investisiya qoymaqla dövlətin güzəştlərindən istifadə etmək imkanı yaradır.

Götürək Neftçala Sənaye Məhəlləsini. Burada hətta minik avtomobilləri istehsal olunur. Gələcəkdə müəssisədə ildə 10 min "Xəzər" avtomobilinin istehsalı nəzərdə tutulur. Məhəllədə "Kəhf" MMC fəaliyyət göstərir. Müəssisənin illik istehsal gücü 25 ton balıq yemi istehsal etməkdir. Qarşıdakı illər müəssisədə mal-qara üçün, eləcə digər yemlərin istehsalı planlaşdırılır. Məlumat üçün bildirək ki, müəssisənin yaradılması üçün 12 milyon manat investisiya qoyulub. Onun 5,9 milyon manatı Sahibkarlığın İnkişafı Fondundan alınmış güzəştli kreditdir.

Masallı Sənaye Məhəlləsinin ümumi sahəsi 10 hektardır. Məhəllədə dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub, su və kanalizasiya sistemi, təbii qaz təchizatı, rabitə və nəqliyyat infrastrukturu yaradılıb. Eləcə də yüksək standartlara cavab verən 3 istehsal modulu, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib, genişmiqyaslı abadlıq işləri aparılıb. Hazırda burada mebel, dam örtükləri və aksessuarları, dəmir məmulatları, döşək, taxta emalı  məmulatları istehsal olunur.

Hacıqabul və Sabirabad sənaye məhəllələrinin də ölkənin iqtisadi inkişafında  rolu və payı az deyil. Bu yerdə son statistikaya nəzər salaq: ölkənin qeyri-neft-qaz istehsalının həcmi 2 milyard manatdan 17,7 milyard manata çatıb ki, bu da 4,1 dəfə real artım deməkdir. 2022-ci ildə sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə göndərilib. Əlimizdəki son statistikaya görə, sənaye zonalarında ümumilikdə 5,8 milyard manatlıq məhsul istehsal edilib ki, onun da 1,7 milyard manatlıq hissəsi ixrac olunub. 2020-ci ildə sənaye zonalarında 1,27 milyard manatlıq məhsul istehsal edilmişdirsə, sonrakı dövrdə bu rəqəm xeyli artmışdır.  Sənaye zonaları üzrə ixracın həcmi 2020-ci illə müqayisədə bir neçə dəfə  artaraq qeyri-neft sənayesi məhsullarının ixracında önəmli yer tutmuşdur.

 

Kamal, Rüstəm.

Azərbaycan.-2024.- 20 yanvar, ¹ 12.- S.13.