Fransada Azərbaycanın hədəfə alınması dövlət səviyyəsində həyata keçirilir

 

 

"Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamə tamamilə qərəzli, əsassız qeyri-obyektivdir. Sənəd qətiyyən reallığı əks etdirmir. Senatın qəbul etdiyi qətnamə Fransada azərbaycanofobiyanın irqi ayrı-seçkiliyin açıq-aşkar nümayişidir. Özünü "demokratiyanın beşiyi" adlandıran BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa parlamentinin bu qətnaməsi beynəlxalq hüququn açıq şəkildə tapdanması, işğalçılıq siyasəti yürütmüş Ermənistanın erməni separatçılarının dəstəklənməsi isə hərbi cinayətlərə şərik olmaq deməkdir".

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva AZƏRTAC-a açıqlamasında deyib.

Deputatın sözlərinə görə, sənədin Senatda müzakirə olunması zamanı Fransanın yeni təyin olunmuş Avropa xarici işlər naziri Stefan Sjurnenin çıxışı, "fəxri qonaq" qismində isə Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan separatçıların Fransadakı nümayəndəsi Hovhannes Gevorqyanın iştirakı Fransa tərəfindən Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizliyi nümayiş etdirir. Bu fakt Ermənistanla Fransanın Cənubi Qafqazda sülh istəklərinin yalan qeyri-real olduğunu göstərir.

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsindən sonra Fransanın hər iki palatasının ölkəmiz əleyhinə qətnamələr qəbul etdiyini xatırladan S.Fətəliyeva deyib: "Bütün bunlar göstərir ki, Fransada Azərbaycanın hədəfə alınması dövlət səviyyəsində həyata keçirilir. ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi, ilk növbədə, Fransanın özünə zərbədir. Bilirik ki, Fransa həmsədr ölkə kimi heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında vandalizm aktları törədib. Amma Fransa heç vaxt Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa aşkar şəkildə Ermənistana dəstək verdi. Bütün bunlar, o cümlədən Fransa parlamentində qəbul olunmuş qətnamələr Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vurur".

Hazırda Fransanın gerçək simasını ortaya qoyduğunu bildirən deputatın sözlərinə görə, indiki şəraitdə Fransanın bu mövqeyi, Senatın qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Fransa beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə normallaşma prosesində vasitəçi ola bilməyəcəyini bir daha təsdiqləyir.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin məsələ ilə bağlı artıq bəyanat verdiyini qeyd edən S.Fətəliyeva bildirib: "Bəyanatda Fransa Senatının qətnaməsi kəskin pislənilib Azərbaycan Hökumətinə Fransa ilə münasibətlərə dair təkliflər verilib. Sənəddə Fransa Senatının bu qətnaməsi qəti şəkildə rədd edilir siyasi riyakarlıq kimi qiymətləndirilir. Bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentinin təxribatçı addımları, Parisin Ermənistanı silahlandırması Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist təcavüzkar separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir".

Deputat Fransanın öz tarixində insanlığa qarşı çoxsaylı cinayətlər törətdiyini, Afrikanın bir sıra xalqlarını bu gün öz müstəmləkəsi altında saxlamağa çalışdığını diqqətə çatdıraraq deyib ki, Paris, ilk növbədə, bu cinayətlərin hesabını verməlidir.

 

Azərbaycan.-2024.- 20 yanvar, № 12.- S.14.