Fransa
siyasiləri iki ölkə arasında iqtisadi əməkdaşlığa
da zərbə vurur
Fransa 30 ilə
yaxın müddətdə
Ermənistan-Azərbaycan münaqişəsinin
həll edilməsini istəməmiş, danışıqlar
prosesində beynəlxalq
vasitəçi rolu oynayan dövlətlərin
biri kimi torpaqlarımızın işğalına
əsaslanan status-kvonu
qoruyub saxlamağa çalışmışdır.
Vaxtilə indiki
Ermənistan ərazisində
yaşamış yüz
minlərlə azərbaycanlının
ata-baba yurdlarından zorla kütləvi surətdə qovulmasına
səssiz qalmış,
onların geri qayıdış hüququnun
bərpasına çağırış
etməmişdir. Amma indi ermənilərin Azərbaycan ərazisində
yerləşdirilməsi üçün canfəşanlıq
edir. Bir sözlə, bu ölkə yenə də öz ikili standartlar
siyasətinə sadiqdir.
Bu il yanvarın 17-də isə
Fransada fəaliyyət
göstərən erməni
lobbisi rəhbərlərinin
və onların təsiri altında olan Fransa rəsmilərinin
və siyasətçilərinin
təhriki ilə Fransa Respublikası Senatı qərəzli, birtərəfli və əsassız qətnamə
qəbul etmişdir. Ümumiyyətlə, Fransa
hökumətinin apardığı
anti-Azərbaycan siyasəti,
o cümlədən Fransa
Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə
indiyədək qəbul
edilmiş qətnamələr
iki ölkə arasında münasibətlərə
olmazın zərbə
vurur. Bu günlər Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin qəbul
etdiyi bəyanatda deyildiyi kimi, həmin münasibətlər
tarixinin ən aşağı səviyyəsindədir
və mahiyyətcə
dayandırılmış hesab
edilə bilər. Komitə Fransanın davamlı anti-Azərbaycan
fəaliyyətini nəzərə
alaraq respublikamızın
hökumətinə bir
sıra tədbirlərin
görülməsi ilə
bağlı çağırış
edib. Çağırışlarda
iqtisadi məsələlər
də öz əksini tapıb. Belə ki , bəyanatda deyilir: "Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın. "Total" da daxil olmaqla,
bütün Fransa şirkətləri Azərbaycandan
çıxarılsın. Fransa
şirkətlərinin Azərbaycan
dövlətinin sifarişi
ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin".
Fransada fəaliyyət
göstərən erməni
lobbisinin, onun təsirinə düşən
Fransa rəsmilərinin
və siyasətçilərinin
əməlləri ancaq
pozuculuq fəaliyyətinə
yönəldilib. Erməni
fitvasına gedən Fransa gərək ki, bu yola
düşməyə. Dünyada
bol təbii sərvətləri, əlverişli
coğrafi mövqeyi ilə tanınmış,
etibarlı tərəfdaş
kimi şöhrət və rəğbət qazanmış Azərbaycanla iqtisadi münasibətlərin pozulmasına
yol verməyə.
Fransa niyə o
həddə çatdırmalıdır
ki, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsi yuxarıda
sözügedən məzmunda
bəyanat qəbul etsin. O cümlədən,
uzun illərdir Azərbaycanda çalışan,
enerji sahəsində möhkəm və uğurlu tərəfdaşlıq
əlaqələri quran,
birgə layihələr
həyata keçirən
"Total" şirkətinin ölkəmizdən çıxarılmasına
çağırış edək.
Qeyd edək ki, "Total" Azərbaycanda
artıq 27 ildir çalışır. Bu
şirkət Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəmərinin 11 səhmdarından
biridir və layihədə
5 faiz iştirak payına malikdir.
2009-cu ildə Xəzərin
Azərbaycan sektorundakı
"Abşeron" yatağının kəşfiyyatı,
işlənməsi və
hasilatın pay bölgüsü haqqında
SOCAR (Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti) və Fransanın "TotalEnergies"
şirkəti arasında
saziş imzalanıb.
2011-ci ilin əvvəlində qazma
prosesi başlanıb.
Yataqdan ilk qaz keçən il iyul ayının
əvvəlində hasil
olunub. Yatağın işlənməsinin İlkin
Hasilat Sxemi (İHS) mərhələsi sualtı
hasilat quyusunu "Neft Daşları"ndakı
mövcud qurğularla
əlaqəli yeni qaz emalı platformasına birləşdirir.
İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və
12 min barel kondensat təşkil edir. Yataqda illik
hasilatı 1,5 milyard kubmetrdən
6 milyard kubmetrədək
artırmaq planlaşdırılır.
Bütün bunlar
"Total"ın Azərbaycanla
birgə işinin məhsulu, uğurlu nəticəsidir.
Bu şirkətin
Azərbaycanla əməkdaşlıq
və tərəfdaşlığı
davam etdiyi bir halda Fransa
siyasətçilərinin düzgün
olmayan addımları
işə zərbə
vurur.
Xatırladaq ki,
keçən il iyunun 3-də "Bakı Enerji Həftəsi-2023" çərçivəsində
"Naxçıvan və
Şərqi Zəngəzurun
"yaşıl enerji"
potensialı" mövzusunda
xüsusi sessiya keçirilib. Həmin tədbirdəki çıxışında "TotalEnergies" şirkətinin
Azərbaycan üzrə
icraçı direktoru
Regis Agut Naxçıvan və Şərqi Zəngəzur
regionları da daxil olmaqla Azərbaycanın
zəngin bərpaolunan
enerji potensialına malik olduğunu bildirib. Regis Agut "TotalEnergies"in iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində "yaşıl enerji" istehsalının artırılması
kimi ümumi hədəflərinə töhfə
vermək məqsədilə
Azərbaycanla potensial
günəş və
külək enerjisi layihələri üzrə
tərəfdaşlıq etməyə
hazır olduqlarını
ifadə edib.
Azərbaycan Respublikasının
Energetika Nazirliyi və "TotalEnergies"
şirkəti arasında
"250 MVt gücündə
quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş-elektrik
stansiyaları, habelə
enerji saxlanc sistemləri layihələrinin
qiymətləndirilməsi və
həyata keçirilməsi
fəaliyyəti üzrə
əməkdaşlığa dair Anlaşma Memorandumu" da elə həmin vaxt imzalanıb.
Odur ki, Fransanın düzgün olmayan siyasəti iki ölkə arasında iqtisadi münasibətlərə də
zərbə vurur, o cümlədən "Total"ın
Azərbaycandakı fəaliyyətini
risk altına atır.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.14.