İtaliya
saytları Azərbaycanın
COP29-a ev sahibliyi etməsindən yazıb
İtaliyanın “Insideover”,
“Contropiano” və “Faro di Roma” kimi
mətbu orqanlarında
Azərbaycanda keçiriləcək
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu (COP29) sessiyasının əhəmiyyətindən bəhs
edən məqalələr
dərc olunub.
AZƏRTAC xəbər
verir ki, yazılarda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı
ilə COP29, Kioto Protokolunun Tərəflər
Görüşünün 19-cu sessiyasının və Paris
Sazişinin Tərəflər Görüşünün
6-cı sessiyasının keçirilməsi ilə əlaqədar
Təşkilat Komitəsinin yaradıldığı bildirilib.
Qeyd olunub ki, sənəd Azərbaycanın COP29-un ən
yaxşı şəkildə
təşkili üçün
bütün zəruri
tədbirləri görməsinə
sadiqliyini göstərir.
Həmçinin 2024-cü ilin
Azərbaycanda “Yaşıl
dünya naminə həmrəylik ili” elan edildiyi vurğulanır.
Azərbaycanın hazırkı
enerji siyasətinin əsas istiqamətlərinin
yaşıl enerjinin inkişafı və onun qlobal bazarlara
nəqlinin asanlaşdırılması
ətrafında cərəyan
etdiyi qeyd olunur, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun,
eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl
enerji zonası elan olunduğu bildirilir.
Məqalələrdə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərdə
aparılan geniş bərpa və yenidənqurma proseslərində
ətraf mühitin mühafizəsi prioritet məsələ kimi qəbul olunub. Bu ərazilərdə ekosistemin bərpasına töhfə verən “ağıllı şəhərlər”
və “ağıllı
kəndlər” kimi innovativ yanaşmalar həyata keçirilir. Azərbaycanın öz milli iqlim öhdəliklərini
qoruyub saxladığı,
çoxtərəfli tərəfdaşlığı
və qlobal əməkdaşlığı gücləndirməyi hədəflədiyi,
Qara dəniz vasitəsilə Avropaya bərpaolunan enerjinin ixracının nəzərdə
tutulduğu qeyd olunur. Avropa İttifaqının Azərbaycan
ilə enerji səmərəliliyi və
yaşıl enerji üzrə uzunmüddətli
tərəfdaşlığın əsasını qoyduğu
vurğulanır.
Yazılarda, həmçinin
ölkəmizin yaşıl
enerji mərkəzinə
çevrilmə potensialına
və yaşıl iqtisadiyyat sahəsində aparıcı rol oynamaq niyyətinə, Azərbaycan təbii qazını Avropaya və İtaliyaya çatdıran TAP boru kəmərinin əhəmiyyətinə
diqqət çəkilir.
Azərbaycanın BMT-nin
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasına tərəf
olmaqla 2050-ci ilə qədər istixana qazlarının miqdarının
40 faiz azaldılmasını
hədəf kimi müəyyənləşdirdiyi bildirilir.
Azərbaycan.-2024.-
20 yanvar, ¹ 12.- S.14.