Torpaqlarımızın
azadlığına görə
şəhidlərə minnətdarıq
Yurdumuzun azadlığı
uğrunda şəhid
olanların şərəf
dolu ömür və döyüş yolu hamımız üçün bir örnəkdir.
Ona görə
də bu cəsur oğulları hamımız yaxından tanımalı, xatirələri
qarşısında ehtiramla
baş əyməli və onları gələcək nəsillərə
tanıtmalıyıq. Ərazi
bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizdən
biri də Qarazadə Nicat Malik oğludur. O, 24 oktyabr 2002-ci ildə Yardımlı rayonunda, dağlar qoynunda dünyaya göz açıb. Bir müddətdən sonra ailələri Bakı şəhərinə köçüb.
Nicat orta təhsilini Ceyranbatan qəsəbəsindəki 2 nömrəli
məktəbdə alıb.
2020-ci ildə - 18 yaşı
tamam olanda yaşıdları ilə
bərabər o da ordu sıralarına çağırılıb. Hələ
kiçik yaşlarından
hərbi biliklərə
böyük maraq göstərən Nicat Qarazadə əsgəri xidmətinin ilk günlərindən keçirilən
təlim-məşqlərdə fəal iştirak edib, hərbi bilik və döyüş
vərdişlərinə həvəslə
yiyələnib. Məşğələdən-məşğələyə
təcrübəsi daha
da artıb. Daim artan bu
təcrübə Nicatı
ordu həyatına, hərbi sahəyə qırılmaz tellərlə
bağlayıb.
Xidmət günləri
maraqlı olduğuna görə sanki zaman tez keçib.
Günlərin birində
Vətən qarşısındakı
övladlıq borcunu şərəflə yerinə
yetirən əsgər
Nicat Qarazadə 2022-ci
ildə ordu sıralarından tərxis
olunaraq doğmalarının
yanına dönüb.
Hərbi həyata ürəkdən bağlı
olan Nicat bir neçə aydan sonra hərbi
qulluqçu kimi doğma ordumuzun sıralarına qayıdıb.
Yenidən əyninə
hərbi forma geyinərək xidmətə
başlayıb.
Əsgər Nicat
Qarazadə 44 günlük
Vətən müharibəsi
zamanı erməni qəsbkarlarının işğalına
məruz qalmış
ərazilərdə yerləşən
hərbi hissələrin
birində xidmət edirdi. Üzərinə düşən tapşırıqların
öhdəsindən bacarıqla
gəlir, həm komandirlərinin, həm də əsgər yoldaşlarının rəğbətini
qazanırdı.
...İkinci Qarabağ
müharibəsində Azərbaycan
Ordusunun hərbi qulluqçularından sarsıdıcı
zərbələr alan
ermənilər geri çəkilmişdilər. Geri
çəkilsələr də,
düşmən sakit
dayanmır, tez-tez təxribatlar törədirdi.
Bu təxribatların qarşısını almaq
üçün komandanlıq
12 sentyabr 2022-ci ildə
Qarabağda "Qisas"
əməliyyatı keçirdi.
Vətəninə, yurduna
ürəkdən bağlı
olan Nicat Qarazadə də bu əməliyyatda iştirak edirdi. Düşmən addım-addım
geri çəkilirdi.
Təəssüf ki, döyüşün qızgın
çağında - sentyabrın
13-də cəsur əsgər
Nicat Qarazadə yaralandı. Həkimlər
nə qədər cəhd göstərsələr
də, onun həyatını xilas edə bilmədilər. Ertəsi gün yaxınları, doğmaları
göz yaşları içində onu İkinci Şəhidlər
xiyabanında torpağa
tapşırdılar.
Əsgər Nicat
Qarazadə müdafiəsinə
qalxdığı Vətən
torpaqları uğrunda
gedən döyüşlərdə
şəhid oldu. Şəhid oldu, amma amalından dönmədi. Qarazadə Nicat Malik oğlu
ərazi bütövlüyümüz
uğrunda gedən döyüşlərdə göstərdiyi
igidliyə və qəhrəmanlığa görə
dövlət başçısının
müvafiq sərəncamları
ilə 3-cü dərəcəli
"Vətənə xidmətə
görə" ordeninə
və "Vətən
uğrunda" medalına
layiq görülüb.
M.VAHİD,
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.15.