Şəhid
Kamal Alıyevin xatirə lövhəsi açılıb
Qarabağ müharibəsi
zamanı Vətənin
ərazi bütövlüyü
uğrunda canından keçərək şəhid
olmuş Kamal Alıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Badamdar
qəsəbəsi, Rafiq
İsgəndərov küçəsi,
4A ünvanında xatirə
lövhəsinin açılış
mərasimi olub.
Səbail Rayon İcra Hakimiyyətindən
AZƏRTAC-a verilən məlumata
görə, mərasimdə
şəhidin ailə
üzvləri, döyüş
yoldaşları və
rayon ictimaiyyətinin nümayəndələri iştirak
ediblər.
Mərasimdə çıxış
edənlər Birinci Qarabağ müharibəsinin
iştirakçısı Kamal
Alıyevin keçdiyi
şərəfli döyüş
yolunu xatırladıb,
onun həyat yolunun gənc nəsil üçün hərbi-vətənpərvərlik nümunəsi olduğunu bildiriblər.
Qeyd edək ki, Kamal Alıyev
1993-cü ildə könüllü
olaraq ordu sıralarına yazılıb,
Füzuli rayonunda Vətən uğrunda gedən döyüşlərdə
xüsusi fədakarlıq
göstərib. 1993-cü il
iyunun 17-də şəhidlik
zirvəsinə ucalıb.
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.15.