Milli
yüksəliş və
tərəqqi dövrü
Siyasi və iqtisadi müstəqillik Azərbaycanı
güc və söz sahibinə çevirib
Son 20 ildə uğurlu inkişaf yolu keçən Azərbaycan bu gün qüdrətli dövlətə çevrilib.
Dünya təcrübəsində
çox az ölkəni nümunə
göstərmək olar
ki, cəmi 30 illik müstəqillik tarixi ərzində belə genişmiqyaslı
uğurlara imza atsın.
Cənubi Qafqazın
lider ölkəsi olan Azərbaycanın bu qısa zamanda
əldə etdiyi uğurları şərtləndirən
ən mühüm amil əlbəttə ki, siyasi və
iqtisadi müstəqillikdir.
Son illərdə Azərbaycanın tam müstəqil siyasət yürütməsi ölkəmizi
dünyada etibarlı tərəfdaşa söz
və güc sahibinə çevirib. Bu gün Azərbaycan
dünyada sosial-iqtisadi
cəhətdən inkişaf
etmiş, sabit, təhlükəsiz və
müasir həyat səviyyəsinin təmin
olunduğu ölkə
kimi tanınır, beynəlxalq aləmdə nüfuzu əhəmiyyətli
dərəcədə artır.
Milli iqtisadiyyatımızın
liberallaşdırılması, ölkəmizin beynəlxalq
aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması,
sosial, iqtisadi inkişafın və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın
yüksələn xətlə
irəliləməsini şərtləndirib.
Azərbaycanın iqtisadi
modelini əksər hallarda ölkənin inkişafı modeli kimi dəyərləndirirlər.
Çünki son 20 ildə Azərbaycan nəinki dünyanın ən dinamik iqtisadiyyata malik ölkəsi kimi tanınıb, həm də beynəlxalq miqyasda müasir dəyərlər çərçivəsində
daha sürətlə
dəyişən ölkə
imicini qazanıb.
Tarixə qısa
ekskurs etsək görərik ki,
2003-cü ildən ölkəmizdə
yeni sosial-iqtisadi inkişaf modelinə keçidə start verildi. Bu model
çərçivəsində iqsadiyyatın şaxələndirilməsi
və rəqəmsallaşması,
özəl sektorun rolunun gücləndirilməsi
və investisiyaların
cəlb olunması üçün əlverişli
mühitin yaradılması,
sosial problemlərin həlli üzrə çox sürətli addımlar atıldı. Sosial-iqtisadi islahatlar nəticəsində böyük
uğurlar əldə
edildi və Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrildi.
Ölkəmizin əldə
etdiyi sosial-iqtisadi nailiyyətlərə diqqət
etsək görərik
ki, respublikamız Cənubi Qafqaz iqtisadiyyatında 64 faiz paya malik güclü
iqtisadiyyat formalaşdırıb.
Son illər ərzində ölkəmizin
iqtisadiyyatına yönəldilən
investisiyaların ümumi
həcmi 318,9 milyard dollar təşkil edib. İqtisadiyyata qoyulmuş birbaşa xarici investisiyaların həcmi isə 100,6 milyard dollar olub. Ölkədə ümumi daxili məhsul 7,3 milyard dollardan 72,4 milyard dollara çatıb. Bu isə 3,6 dəfə real artım deməkdir.
2003-cü ildə 1,6 milyard
dollar təşkil edən valyuta ehtiyatları 43 dəfə
artaraq 68,5 milyard
dollara çatıb. Xarici ticarət dövriyyəsi 5,2 milyard dollardan 51,2 milyard dollara çatıb. Ticarət tərəfdaşlarının
sayı 55 ölkə
artaraq 193-ə yüksəlib.
Bununla yanaşı,
orta aylıq əməkhaqqının nominal
məbləği 12 dəfə
artaraq 76,8 manatdan 923 manata çatıb. Yoxsulluq səviyyəsi
44,7 faizdən 5,2 faizə
enib. Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl
və məqsədyönlü
dövlət proqramları
yoxsulluğun kəskin
şəkildə azalmasını
şərtləndirib və
ölkəmiz bu sahədə müsbət
təcrübəsinə görə
BMT-nin Davamlı İnkişaf Məqsədlərinə
dair milli məsləhətləşmələrin aparılması üçün
seçilmiş ölkələr
sırasına daxil edilib. Kənd təsərrüfatı sektoru
2,1 dəfə, nəqliyyat
sektoru 4,1 dəfə,
turizm və ictimai iaşə sektorları 17,5 dəfə,
informasiya və rabitə sahəsi isə 20,9 dəfə artıb.
Məhz bu dövrdə minimum əməkhaqqı 38, orta
aylıq əməkhaqqı
12, minimum pensiya 14, orta aylıq pensiya 18, yaşa görə orta aylıq pensiya 19, əlilliyə görə
pensiya 14, ailə başçısını itirməyə
görə pensiya 19 dəfə artıb.
Azərbaycanın təşəbbüskarı
olduğu və tərəfdaşları ilə
birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr təkcə
ölkəmizin deyil, qonşu regionların da inkişafına mühüm töhfəsini
verir. Bu layihələr arasında
Bakı-Tbilisi-Ceyhan neft
kəməri, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında
başlıca rol oynamaq qabiliyyətinə malik "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr yer alır.
Ölkəmizdə həmçinin
sənayeləşmə prosesi
uğurla davam edir. Son vaxtlar
sənaye parklarının
fəaliyyətə başlaması
geniş vüsət alıb. Hazırda bu proses bir
neçə şəhərdə
gedir. Sənaye zonalarında 140 rezidentdən
74-ü fəaliyyət göstərir.
Aqroparkların yaradılması
çox müsbət
amil kimi dəyər qazanır.
Hazırda Azərbaycan
iqtisadiyyatı özü-özünü
təmin edir və kənardan dəstəyə ehtiyacı
yoxdur. Bundan başqa, Azərbaycan qısa müddət ərzində borcalan dövlətdən regional
və dünya səviyyəli donor ölkəyə çevrilib.
Bu gün Azərbaycan dünya kosmik ailəsinin üzvüdür. Orbitdə
"Azerspace-1", "Azerspace-2" və
"Azersky" müşahidə
peyklərimiz Azərbaycanın
müasir dövlət
kimi inkişaf etdiyini təsdiqləyən
reallıqdır.
Hazırda Azərbaycan
milli maraqlara və beynəlxalq hüquqa əsaslanan müstəqil, prinsipial və təşəbbüskar
xarici siyasət aparır, digər dövlətlərin daxili
işlərinə qarışmır
və eyni yanaşmanı özünə
qarşı da tələb edir. Beynəlxalq ictimaiyyətin
məsuliyyətli üzvü
və etibarlı tərəfdaşı kimi
tanınan Azərbaycan
böyük hörmət
və etimada malik dövlət olduğunu təsdiqləyib.
İkinci Qarabağ
müharibəsindəki şanlı
zəfərlə ərazi
bütövlüyünü tam təmin edən Azərbaycan bu gün iqtisadi
müstəqilliyinin yaratdığı
imkanlar hesabına Qarabağ və Şərqi Zəngəzurda
misli görünməmiş
quruculuq işləri aparır. Bu prosesdə isə heç bir dövlətdən, heç
bir beynəlxalq maliyyə qurumundan maddi yardım almır.
2024-cü il Azərbaycanda
"Yaşıl dünya
naminə həmrəylik
ili"dir. İqlim dəyişiklikləri ilə
mübarizədə beynəlxalq
həmrəyliyin gücləndirilməsi
məqsədilə ölkəmiz
hər zaman olduğu kimi qlobal təşəbbüslərlə
çıxış edir.
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə
keçirilməsi qərarı
da hər şeydən öncə Azərbaycana yüksək
etimadın, inamın göstəricisidir. Son illərdə ölkəmizin
bir çox mühüm beynəlxalq konfransa, tədbirə evsahibliyi etməsi Azərbaycanın bu sahədə də kifayət qədər təcrübəyə malik
olduğunu göstərir.
COP29 miqyasına, iştirakçılıq
sayına və statusuna
görə dünyanın
ən böyük tədbirlərindən biridir.
COP tədbirlərinə 70-100 min arasında iştirakçı qatılıb.
50-dən artıq dövlət
rəhbərləri konfransda
iştirak edib. Bu isə onu
deməyə əsas verir ki, bu
beynəlxalq toplantının
Bakıda keçirilməsi
həm də müasir Azərbaycanın
dünyaya hərtərəfli
təqdimatı olacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2024.-
23 yanvar, № 13.- S.10.