Dünyanın ən müasir ekoloji layihəsi

 

Prezident İlham Əliyev Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında tikinti, abadlıq işləri və Ofis binasında yaradılan şərait ilə tanış olub

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında həyata keçirilən inşaat, infrastruktur və abadlıq işləri, həmçinin tikintisi yekunlaşan Bakı Ağ Şəhər Ofis binasında yaradılan şərait ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, hazırkı Şəhərin ərazisi 150 ildən çox idi ki, Qara şəhər kimi tanınırdı. Buraya Qara şəhər adının verilməsi təsadüfi deyildi. Ərazi neft sənayesi tullantılarından çirklənmişdi. Burada çox sayda bataqlıq, gölməçə neft tullantıları var idi. Bir sözlə, Qara şəhər əsl ekoloji fəlakət zonasına çevrilmişdi.

Bütün bu amilləri nəzərə alan Prezident İlham Əliyevin təşəbbüsü ilə Qara şəhərin yerində hazırda dünyanın ən müasir ekoloji layihəsi olan Şəhərin salınmasına başlanıldı.

Nadirliyi ilə seçilən Bakı Şəhər layihəsinin təməli Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva tərəfindən 2011-ci il dekabrın 24-də qoyulub. Bakının ekoloji cəhətdən ən çox çirklənmiş bu yerində aparılmış irimiqyaslı tədbirlər nəticəsində həm şəhərsalma, həm memarlıq, həm sakinlərin rahat yaşayışı, həm ekoloji baxımdan sözün əsl mənasında möcuzəvi layihə reallaşdırılıb.

Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuşAzərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planıçərçivəsində həyata keçirilən Bakı Şəhər layihəsi irimiqyaslı ekoloji şəhərsalma layihəsi kimi artıq dünyada tanınıb. Dünyanın aparıcı şirkətlərinin yerli mütəxəssislərlə birgə layihələndirdiyi bu yaşayış məkanı bir çox beynəlxalq sərgilərdə dünyanın qabaqcıl müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq yerli mükafatlara layiq görülüb. İndi bu ərazi Bakı sakinlərinin şəhərimizin qonaqlarının ən sevimli yaşayış gəzinti zonalarından birinə çevrilməkdədir.

Ümumilikdə, 1650 hektar ərazini əhatə edən Bakı Şəhərdə müxtəlif üslublu 10 rayonun salınması, 120 min yaşayış xidmət obyektinin tikintisi, 350 hektar landşaft işlərinin görülməsi, 10 kilometr bulvar xəttinin yaradılması nəzərdə tutulub. İndiyədək 91 binanın inşası yekunlaşıb. Layihənin tam yekunlaşmasından sonra burada 280 min sakin yaşayacaq 240 min yeri yaradılacaq.

Məlumat verildi ki, inşası mərhələli şəkildə həyata keçirilən Bakı Şəhərin Mərkəzi Park Rayonunda bir sıra binaların, ictimai yerlərin tikintisi artıq başa çatıb, infrastruktur işləri həyata keçirilib. Müxtəlif küçələrin tikintisi, yeraltı kommunikasiya infrastrukturunun qurulması ilə bağlı işlər yekunlaşıb. Layihələndirmə işləri zamanı Bakı Şəhərdə inşası nəzərdə tutulmuş Bakı Metropoliteni stansiyalarının memarlıq üslubu üzrə konsepsiya hazırlanıb. Tamamlama işləri çərçivəsində əlil arabaları üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu dayaqlar tikilib, videomüşahidə kameraları qurulub, İT kanal sistemləri çəkilib.

Mərkəzi Park Rayonu, 2017-ci ildə istifadəyə verilmiş Paris evlərindən başqa 36, 20 8 mərtəbəli binalardan, 6-cı Park küçəsi boyunca iki mərtəbəli qeyri-yaşayış binalarından, ticarət iaşə obyektlərindən, orta məktəbdən, ofis inzibati binalardan ibarətdir. Layihələndirmə zamanı Şəhərin Mərkəzi Park Rayonunun yaşayış massivinin ərazisində yaşıl zonalar - parklar xiyabanlar nəzərdə tutulub. Onların arasında Dağdağan bağı da var.

Vətəni Qarabağ olan dağdağan ağacı Azərbaycanın rəmzlərindən biridir. Prezident İlham Əliyev 2021-ci ilin mayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində Ağdam şəhərində dağdağan ağacı əkib. Dağdağan ağacları Şəhərə Qarabağdan gətirilib.

Dövlətimizin başçısı bağın ərazisində dağdağan ağacı əkdi.

Son illər Bakı Şəhər həm bir sıra yerli beynəlxalq incəsənət ustalarının öz əsərlərini nümayiş etdirdiyi bir məkana çevrilib. şəhərin mərkəzi küçələrindən olan inşası əsasən tamamlanmış Bulvar küçəsində yerli xarici rəssamların incəsənət əsərləri quraşdırılıb.

Heykəltəraş Enrike KabreranınBöyük almaəsəri onun ən mühüm sənət layihələrindən biridir. Nyu-Yorkda quraşdırılmışBöyük almabu şəhərin rəmzini təcəssüm etdirməklə onun sakinləri qonaqları arasında çox məşhurdur. Bu əsərin ikincisi isə Bakı Şəhərdə sərgilənir.

Azərbaycan MAAS incəsənət qurumunun müasir üslubda hazırladığı hündürlüyü 4,2 metr olanƏjdahaheykəli 2024-cü ilin rəmzinə həsr olunub. Şərq təqviminə görə 2024-cü ilin rəmzi əjdahadır.

Cozef KlibanskininMütəfəkkirəsəri müasir insanın texnoloji inkişaf dövrünü, ekoloji qlobal istiləşmə problemlərindən yaranan həyəcanlarını əks etdirir. Bürüncdən hazırlanmış heykəl artıq bütün dünyada sənətsevərlərin rəğbətini qazanıb. Heykəlin müəllifi 2014-cü ildə Bakının zəngin memarlığından, qədimliyin müasirliyin vəhdətindən ilhamlanaraq Azərbaycanın paytaxtının gözəlliyini tərənnüm edənGözəl Bakıəsərini yaradıb.

Prezident İlham Əliyev tikintisi başa çatan Bakı Şəhər Ofis binası ilə tanış olub. Binanın inşasına 2020-ci ildə başlanılıb, Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə suverenliyinin bərpasına həsr olunub.

Binada dünyanın aparıcı memarlıq şirkətləri tərəfindən layihələndirilmiş müasir tikililərin maketləri təqdim olunur. Yeni binaların layihələndirilməsi zamanı Şəhərin ekoloji ənənələrinə dünyanın müasir ekoloji tələblərinə uyğun olaraq yaşıl bina, enerjidən qənaətli istifadə prinsiplərinə beynəlxalq qurumların setifikatlarına uyğunlaşdırılmasının geniş istifadəsi qarşıya məqsəd qoyulub. Ofis binasının birinci mərtəbəsində iaşə obyektləri üçün sahələr ayrılıb.

Ofis binası ətraf mühitin mühafizəsi siyasətinə tam uyğundur beynəlxalq ekoloji sertifikatlaşdırma təşkilatından (BREEAM) sertifikat alıb. “ şəhər 2020 – Biznes Mərkəzi” 2014-cü ildə istifadəyə verilmiş birinci Bakı Şəhər ofis binasından sonra BREEAM ekoloji sertifikatı alan yaşıl bina standartlarına uyğunluğu təsdiq olunan növbəti binadır.

Qeyd edilib ki, 2030-cu ildən sonra dünya iqliminin temperaturunun 1,5 dərəcə artması proqnozu ilə əlaqədar müvafiq (CRREM) tələblərə uyğunluğu təmin etmək məqsədilə binanın damında günəş panellərinin quraşdırılması nəzərdə tutulub.

Binada, eyni zamanda, Qarabağ atlarının dünyada təbliği məqsədilə İspaniyanın tanınmışLladroşirkəti tərəfindən hazırlanmış Qarabağ atının farfordan stolüstü heykəli təqdim olunur. Bu heykəl məhdud kolleksiyadır şirkətin 100-dən çox ölkəsində olan geniş şəbəkəsi vasitəsilə satışa çıxarılacaq.

Diqqətə çatdırıldı ki, binada 150 ofis yerləşir. Biznes nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün burada hər cür şərait var. Binada informasiya texnologiyalarından dayanıqlı istifadə məqsədilə Data Center yaradılıb.

Binanın ətrafında əsaslı abadlıq yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb, yerli iqlimə uyğunlaşdırılmış müxtəlif ağaclardan ibarət yaşıllıq zolağı salınıb, yaşı min ildən çox olan nadir zeytun ağacı əkilib.

Ərazidə qoyulmuş Qarabağ atı heykəli Qarabağ Atları Meydanında yerləşəcəkQarabağ Atlarımonumenti kompleksindəki 7 atdan biridir. Təməli dövlətimizin başçısı tərəfindən 2022-ci ilin dekabrında qoyulan kompleks Azərbaycanın Qarabağın 30 illik işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki Zəfərinə həsr edilib. Kompleksin yaradılması orijinal əsərləri ilə dünyada məşhur olan amerikalı heykəltaraş Robert Sammers tərəfindən həyata keçirilir.

 

Azərbaycan.-2024.- 23 yanvar, ¹ 13.- S.1-2.