Azərbaycan
seçicisi iradəsini
ifadə etməkdə
sərbəstdir
Prezident seçkilərindən sonra
ölkəmizi daha parlaq gələcək gözləyir
"Bu il fevralın 7-də keçiriləcək
növbədənkənar prezident
seçkilərində bir
ilk yaşanacaq. Müstəqil Azərbaycan
tarixində seçkilər
ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində
keçiriləcək. Səsvermə
prosesinin həm də işğaldan azad edilmiş ərazilərdə təşkil
edilməsi bu seçkini əlamətdar
edən hadisələrdəndir.
Ona görə də növbədənkənar
prezident seçkiləri
böyük ictimai-siyasi
məna kəsb edir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Müşfiq Cəfərov
deyib. Deputat bildirib ki, seçkiləri
daha erkən vaxta təyin etmək xalqa etimadın ən ali göstəricisidir:
"Bu, həm də xalqın seçdiyi layiqli namizədə səs verməsi üçün
bir fürsətdir. Mən tam əminliklə
deyirəm ki, xalq ən doğru
qərarı verəcək.
Fevralın 7-də Azərbaycan
xalqının müdrik
olduğu bir daha sübuta yetiriləcək".
Deputat söyləyib
ki, bu gün
ölkəmizdə suverenliyimiz
möhkəmlənib, iqtisadi
müstəqilliyə nail
olunub, ərazi bütövlüyü, sərhəd
toxunulmazlığı, beynəlxalq
hüquqla tanınan bütün ərazilərimizdə
konstitusiya quruluşu bərqərar olunub. Artıq güclü təməllər üzərində
müasir, suveren, bütöv və yeni Azərbaycan qurulub. Təbii ki,
bu zəfərlərin
davamlılığı növbəti
seçkilərin nəticəsindən
əhəmiyyətli dərəcədə
asılıdır.
Müşfiq Cəfərov
onu da qeyd
edib ki, Azərbaycanı prezident seçkilərindən sonra
daha parlaq gələcək gözləyir.
Xalqın doğru seçimi ölkəmizin
daha güclü dövlət kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinə zəmin yaradacaq. Davamlı inkişafa yönəlmiş siyasət
Azərbaycana bundan sonra da böyük
uğurlar, yeni zəfərlər, zirvələr
bəxş edəcək.
"Hazırkı mürəkkəb
beynəlxalq münasibətlər
şəraitində gənc
və müstəqil Azərbaycanın təhlükəsizliyini
təmin etmək, mövqeyimizi daha da möhkəmləndirmək
vacib şərtlərdəndir.
Ümumiyyətlə, indiki
halda ölkələrin
hərtərəfli inkişafını
təmin etmək böyük siyasi təcrübə tələb
edir. Ona görə də xalq öz səsini
güclü təməllər
üzərində qurulmuş
siyasi kursa, aydın və qəti mövqeyə sahib namizədə verməlidir", - deyə
müsahibim bildirib.
Müşfiq Cəfərovun
fikrincə, hər zaman olduğu kimi, növbəti dəfə də ölkəmizdə prezident
seçkiləri tam şəffaf və demokratik keçiriləcək:
"Bu zamana qədərki müşahidələr
də bu baxımdan əminlik yaradır. Azərbaycan seçicisi seçimində
hər zaman sərbəstdir. Vətəndaşların
öz namizədlərini
dəstəkləmələri üçün siyasi-hüquqi
bazis mövcuddur və bunun üçün
lazımi şərait
yaradılıb. Burada
vətəndaşların üzərinə
düşən məsuliyyət
isə seçki aktivliyini təmin etməkdir".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
23 yanvar, № 13.- S.9.