"Mühasibat
uçotu haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Mühasibat uçotu
haqqında" Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 8, maddə 605; 2008, ¹ 12, maddə 1049; 2010, ¹ 4, maddələr
265, 276; 2012, ¹ 6, maddələr 512, 529;
2013, ¹ 1, maddə 18; 2015, ¹ 7, maddə 819; 2016, ¹ 10, maddələr
1601, 1609, ¹ 11, maddə
1754; 2017, ¹ 3, maddə 333; 2018, ¹ 6, maddə 1179; 2019, ¹ 1, maddə
28, ¹ 4, maddə 599, ¹ 5, maddə
797, ¹ 8, maddə 1365; 2021, ¹ 1, maddə 6, ¹ 12, maddə
1298; 2023, ¹ 4, maddə 453, ¹ 8 (I kitab), maddə 1105) aşağıdakı məzmunda
3.1-1-ci və 3.1-2-ci maddələr
əlavə edilsin:
"3.1-1. Aşağıdakı mühasibat uçotu subyektlərində mühasibat
uçotu elektron formada aparılmalıdır:
3.1-1.1. iri sahibkarlıq
subyektlərində və
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun
olaraq orta sahibkarlıq subyektlərində;
3.1-1.2. qanunla təsdiq
edilmiş hasilatın
pay bölgüsü,
əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında,
ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən
vergi ödəyicilərində;
3.1-1.3. illik maliyyə
hesabatlarını və
ya birləşdirilmiş
(konsolidə edilmiş)
maliyyə hesabatlarını
bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi
şəxslərdə.
3.1-2. Bu Qanunun
3.1-1.3-cü maddəsi Azərbaycan
Respublikasının Mərkəzi
Bankına şamil edilmir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2023-cü il
Azərbaycan.-2024.-
23 yanvar, ¹ 13.- S.4.