Dövləti
dövlətli edən
humanitar siyasətidir
Bu gün
Azərbaycan həm də beynəlxalq donor ölkə kimi tanınır
Vaxt var idi müstəqilliyə
yenicə qədəm
qoymuş Azərbaycan
ərazisinin böyük
bir hissəsini itirərək məcburi köçkün problemini
yaşadığı üçün yardıma möhtac idi. Zaman o zaman idi
ki, ölkənin müxtəlif yerlərində
qurulmuş qaçqın-köçkün
düşərgələrini, çadır qəsəbələrini
daxili imkanlar hesabına saxlamaq çox çətin idi.
Digər tərəfdən,
Birinci Qarabağ müharibəsinin fəsadlarını
yığıb-yığışdırmaq
olmurdu. Ona görə də kənardan gələn humanitar yardımlara ehtiyac böyük idi.
İndi o keşməkeşli dövrü
xatırlayanda görürük
ki, müstəqilliyini
çətinliklə də
olsa, qoruyub saxlayan ölkəmiz necə bir inkişaf yolu keçmiş, siyasi, iqtisadi, hərbi və digər istiqamətlər
üzrə əldə
edilən uğurların
sayəsində bölgədə
və dünyada söz sahibi olan dövlətə çevrilmişdir. Bu gün inkişafının
yeni mərhələsini
yaşayan Azərbaycanda
kompleks islahatlar həyata keçirilir, geniş quruculuq işləri aparılır,
Qarabağ və Şərqi Zəngəzur
başdan-başa yenidən
qurulur. Regionların sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının qəbulu
və həmin sənədlərdə qarşıya
qoyulan vəzifələrin
uğurlu icrası nəticəsində abadlaşan
bölgələrimiz də
artan gücümüzdən,
imkanımızdan xəbər
verir. Dünənə
kimi başqalarından
humanitar yardım alan Azərbaycan bu gün özü
ehtiyacı olan ölkələrə yardım
göstərir.
Yardım etmək
isə həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi deməkdir.
Bu baxımdan Azərbaycan beynəlxalq humanitar aksiyalara təkcə
mərhəmət və
şəfqət hissi
ilə deyil, özünün xarici siyasətinin əsas, davamlı istiqamətlərindən
biri kimi yanaşır.
Azərbaycan bu
yanaşmanı 2011-ci ildə humanitar strategiya siyasəti kimi rəsmiləşdirərək Xarişi İşlər Nazirliyi çərçivəsində Azərbaycan Respublikasının
Beynəlxalq İnkişafa
Yardım Agentliyini
(AİDA-Azerbaijan İnternational Development
Agency) təsis etmişdir.
Agentliyin əsas məqsədi zərərçəkən
ölkələrin içməli
su, ərzaq, dava-dərman, təmizlik ləvazimatı, tibbi yardım, müvəqqəti
sığınacaqlar kimi
ən ümdə ehtiyaclarını vaxtında
və səmərəli
şəkildə qarşılamaqdır.
Həmin ildən etibarən AİDA tərəfindən Asiya, Afrika, Latın Amerikasının 100-dən çox
ölkəsinə ərzaq,
dərman, təhsilyönümlü
və digər humanitar sahələrdə
yardımlar edilmişdir.
Məsələn, bəzi
ölkələrdə xüsusi
proqram çərçivəsində
akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri
pulsuz müayinələr
aparmış, zəruri
hallarda katarakta və qlaukomaya qarşı pulsuz əməliyyatlar aparmışlar.
Daha bir fakt: 2014-cü ildə Serbiya
və Bosniya Herseqovina leysan yağışları
üzündən daşqınlara
məruz qalmışdı.
Bəzi yerlərdə
yaşayış məntəqələrindəki insanları
təxliyə etmək
məcburiyyəti yaranmışdı.
Həm humanitar yardım, həm də təxliyə prosesi agentlik tərəfindən
zamanında aparıldığına
görə bölgədə
fəlakətin acı
nəticələri həddindən
artıq olmamışdı.
Dünyanı çənginə
almış COVID-19 pandemiyasına
qarşı mübarizə
zamanı da Azərbaycan dünyaya örnək olası addım atmışdır
- humanitar yardıma ehtiyac duyan ölkələrə
təmənnasız kömək
əlini uzatmışdır.
Pandemiya dövründə
dövlətimiz onlarla
ölkəyə vaksin
göndərmiş və
bunun sayəsində çoxlu sayda insanın həyatı xilas olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu gün beynəlxalq
donor ölkə kimi çətin günün dostudur.
Məlumdur ki, iqlim dəyişikliyi bəşəriyyət üçün
böyük bir təhdiddir və o, su qıtlığı, ərzaq çatışmazlığı,
məcburi miqrasiya kimi ciddi problemlərə
səbəb olur. Dünyanın kiçik ada ölkələri iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün hər zaman yer üzündən
silinmək təhlükəsi
ilə üzləşirlər.
Odur ki, Azərbaycan həmin ölkələrə, eləcə
də Qoşulmama Hərəkatının ehtiyacı
olan üzv dövlətlərinə müntəzəm
olaraq maliyyə və humanitar yardımları göstərir.
Təkcə pandemiyadan
sonra Afrika və inkişaf edən kiçik ada ölkələrinə
Azərbaycan donor ölkə kimi 1 milyon dollar məbləğində
vəsait ayırmışdır.
Bura Azərbaycanın
ötən il Moldovadakı ukraynalı qaçqınların ehtiyaclarının
qarşılanması üçün
1,7 milyon manatlıq humanitar yardımı, Ukraynaya dəfələrlə göndərdiyi
dərman vasitələrini
və ərzaq məhsullarını
da əlavə etsək, dövlətimizin
humanitar siyasəti daha aydın olur.
Keçən il
fevralın 6-da Türkiyədə
baş verən zəlzələ vaxtı
qardaş ölkəyə
ilk yardım edən də Azərbaycan oldu. Fəlakət vaxtı 40 mindən çox insanın həlak olması, dağıntıların
böyüklüyü ürəkparçalayan
mənzərə yaratmışdı.
Belə bir vaxtda Azərbaycan kənarda qala bilməzdi və qalmadı da. Xalq və dövlət
ayağa qalxdı. Qısa vaxtda - cəmi ay yarım
ərzində ölkəmizin
humanitar maliyyə yardımının ümumi
məbləği 76,3 milyon
manat oldu. 6665 çadır, 145 konteyner tipli modul ev, iki
səhra hospitalı və 4 səhra mətbəxi qurularaq qardaş ölkəyə göndərildi.
Bundan başqa, 786 elektrik generatoru, 11,3 min qızdırıcı
və texniki avadanlıq, 95 min 580 yataq və yataq
ləvazimatı, 207 min
dəst isti paltar, 252 ton yanacaq çatdırıldı.
Bu rəqəmlər təbii
ki, dövlətin rəsmi göstəriciləridir.
Xalqın şəxsi
təşəbbüsü ilə baş tutan yardım kampaniyasının davam etdiyi günlərdə azərbaycanlıların insanpərvərliyi,
humanizmi, mərhəmət
və şəfqətinin
nə qədər aşıb-daşdığını da
dünya gördü.
Azərbaycan iqtisadi
müstəqilliyini çoxdan
təmin edib. Həmin təminat ölkəmizin maliyyə
imkanlarının artmasında
da özünün göstərir. Məhz bu maliyyə imkanları hesabına Azərbaycan işğaldan
azad olunmuş ərazilərdə bərpa-quruculuq
işlərini xaricdən
yardım almadan özü həyata keçirir. Üstəlik,
ehtiyacı olanlara yardım əlini uzadır, adını inkişaf etmiş qoyub yalnız özünü fikirləşən
ölkələrdən fərqli
olaraq heç bir xalqdan, heç
bir dövlətdən
köməyini əsirgəmir.
Və bununla bir daha sübut
edir ki, dövləti dövlətli
edən həm də onun humanitar
siyasətidir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
23 yanvar, № 13.- S.10.