bp
Azərbaycanda fəaliyyətini
genişləndirir
Şirkətin operatoru olduğu ACE platformasından tezliklə
ilk neft hasil ediləcək
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı
vitse-prezidenti Qordon Birrel Bakıda beşgünlük işgüzar
səfərdə olub.
Q.Birrel və bp qrupunun bir
sıra yüksəksəviyyəli
mütəxəssisləri səfər zamanı şirkətin regiondakı
biznesinin gedişi və əməliyyatçılıq
etdiyi layihələr üzrə 2024-cü il üçün planlaşdırılmış
işlərlə tanış
olublar.
Səfər zamanı
bp-nin regiondakı işçi heyəti ilə görüşlər
keçirilib və layihələrdəki hazırkı
vəziyyət, görüləsi
perspektiv işlər haqqında şirkətin regional rəhbərliyi ilə müzakirələr
aparılıb. Q.Birrel
bp-nin əməliyyatçısı
olduğu və dənizdə yeni quraşdırılmış "Azəri Mərkəzi Şərqi" (ACE) platformasına
səfər edib və bu ilin
əvvəllərinə planlaşdırılmış
ilk ACE neftinin əldə olunması üçün aparılan
hazırlıq işləri
ilə tanış olub.
Xatırladaq ki,
ACE layihəsi Xəzər
dənizinin Azərbaycan
sektorundakı "Azəri-Çıraq-Günəşli"
(AÇG) yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş
edilmiş və yenidən tərtib olunmuş sazişə əsasən həyata keçirilir. Saziş
2017-ci il sentyabrın
14-də imzalanb, Milli Məclis tərəfindən
həmin il oktyabrın 31-də ratifikasiya
olunub və 2019-cu ildə yeni layihə üzrə tikinti işlərinə start verilib. Bununla da AÇG-nin işlənilməsində
yeni dövr başlanıb.
Yeni sazişlə nəhəng
AÇG blokunun işlənilməsi
2049-cu ilin sonuna qədər uzadıldı.
Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq
tərəfdaş şirkətlər layihənin
icrası dövründə
Azərbaycan Respublikası
Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəklər.
Azərbaycana çatacaq
mənfəət neftinin
səviyyəsi isə
75 faiz təşkil edəcək. Bir vacib
məqam da odur ki, tərəfdaşların
tərkibində
dəyişiklik olmadı.
O cümlədən bp
şirkəti layihənin
operatoru olaraq qaldı.
Bütün bunlar
bir daha təsdiq etdi ki, Azərbaycanın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
yeni neft strategiyası uğurla davam və inkişaf
etdirilir. Son illər Azərbaycan dövləti möhkəm
beynəlxalq əməkdaşlıq
və tərəfdaşlıq
platforması yaradıb.
Təbiətin xalqımıza
bəxş etdiyi təbii sərvətlərdən
böyük səriştə
və uzaqgörənliklə
istifadə olunur və onların istismarından əldə
edilən gəlirlər
ölkənin inkişafına,
xalqın rifahına yönəldilir. ACE bu işlərin uğurlu davamıdır.
ACE layihəsi çərçivəsində
eyniadlı platforma fəaliyyət göstərəcək.
Bir neçə ay əvvəl Bayıl
tikinti-quraşdırma sahəsindən
Xəzərdəki daimi
yerinə yola salınmış platformanın üst modullarının dənizdə bütün
quraşdırma işləri
və istismar sınaqları təhlükəsiz
şəkildə tamamlanıb.
Hasilata başlayacaq qurğu dənizin təxminən 140 metr dərinliyində, mövcud
"Mərkəzi Azəri" və "Şərqi
Azəri" platformalarının
arasında yerləşir,
elə adını da yaxın qonşularından
alıb. ACE 48 şaxtalı
hasilat, qazma və yaşayış platformasıdır.
ACE layihəsinə, həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri də daxildir. Xətlər qurğudan hasil ediləcək neft
və qazın Səngəçal terminalına
ötürülməsi üçün
AÇG-nin mövcud sualtı ixrac kəmərlərinə qoşulacaq. Bundan əlavə, laya vurulan suları
"Mərkəzi Azəri"
kompressiya və suvurma platformasından ACE qurğularına nəql etmək məqsədilə
ACE və "Şərqi Azəri" platformaları arasında suvurma boru xətti
olacaq.
ACE-nin qurğuları
gündəlik 100 min barelədək neft hasilatı gücündə
layihələndirilib. Layihənin
istismar müddəti ərzində 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır. İşlərin pik dövründə Azərbaycanda
ACE layihəsinin tikintisinə
8500 nəfərdən çox
fəhlə, texnik, mütəxəssis cəlb
edilmişdi.
Yeni platformanın dayaq
bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər
Zavodunda (BDÖZ) tikilmiş
və üç il çəkən inşaat
işləri 2022-ci ilin sonunda təhlükəsiz şəkildə tamamlanmışdı.
Blokun çəkisi
16 min ton, hündürlüyü 153 metrdir.
Bu qurğuya biri suvurma, ikincisi
neft, sonuncusu qaz ixracı üçün nəzərdə
tutulmuş üç
dik boru daxildi.
Platformanın üst
modullarının və
qazma avadanlıqlarının
istehsal-quraşdırma işləri
isə qeyd edildiyi kimi, Bibiheybətdəki tikinti-quraşdırma
sahəsində aparılmışdı.
Üst modullara neft və qaz
emalı qurğuları,
inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş
çəkisi 19 min
600 tondur.
ACE "Azəri-Çıraq-Günəşli"nin yeddinci hasilat platforması olacaq. Hazırda bu
yataqlar blokunda "Çıraq",
"Mərkəzi Azəri",
"Qərbi Azəri",
"Şərqi Azəri",
"Dərinsulu Günəşli"
və "Qərbi Çıraq"
platformaları
fəaliyyətdədir. Beləliklə, bu
il onların sırasına "Mərkəzi
Azəri Şərqi"
də qoşulacaq.
Qeyd edək ki, yuxarıda sözügedən səfər
proqramı çərçivəsində
Qordon Birrellə Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev və SOCAR-ın prezidenti Rövşən Nəcəf
arasında işgüzar
görüşlər də
olub. Bu görüşlərdə bp-nin
dünya üzrə, həmçinin regiondakı
biznesinin gedişi, icraçısı olduğu
enerji layihələri
çərçivəsində görülən işlərin
hazırkı vəziyyəti
və şirkətin Azərbaycanın enerji keçidinə dəstək
məqsədli fəaliyyətləri
ilə bağlı məsələlər müzakirə
olunub. Beləliklə,
Azərbaycanla bp-nin əməkdaşlıq və
tərəfdaşlığı uğurla davam etməklə yanaşı,
həm də genişlənir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
23 yanvar, ¹ 13.- S.10.