Fransasayağı "ədalət"

 

 

Senat topun-tüfəngin bacarmadığını kağız parçası ilə etmək istəyir

 

 

 

Məlum olduğu kimi, erməni lobbisinin güclü olduğu ölkələr vaxtaşırı Azərbaycanın əleyhinə bəyanatlar verir, bizim üçün lazımsız kağız dəyərində olan sənədlər qəbul edir bununla guya haqqın-ədalətin müdafiəçisi olduqlarını gözə soxmaq istəyirlər. Ancaq onların bu yalançı erməni sevgi təəssübkeşliyinin bir həddi olur. Hətta arada Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirlər.

Amma Fransa istisnadır. Bu ölkə Emmanuel Makronun timsalında bütün beynəlxalq hüquq prinsiplərini pozur diplomatik etik qaydalarına məhəl qoymur. Hətta o dərəcədə ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi özünün erməni işğalına son qoyulması barədə səs verdiyi qətnamələri görməzdən gəlir. Bəli, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 30 il aparılan danışıqlarda Fransa vasitəçi ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü formal olsa da, tanıyırdı. Elə ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərlə ərazi bütövlüyümüzü bərpa etdik, Fransanın maskası yırtıldı. Hətta müharibə vaxtı şəhər, qəsəbə kəndlərimizi bir-bir düşmən işğalından azad edərkən Fransa prezidenti absurd "biz imkan verməyəcəyik ki, Azərbaycan Dağlıq Qarabağı ikinci dəfə işğal etsin" bəyanatını verməkdən çəkinmədi. Əslində, Fransa prezidenti erməni sevgisindən vəcdə gəlib belə bir bəyanat verdikdən sonra səhv etdiyini başa düşüb üzr istəməli idi. Ancaq günü bu günəcən bunun əksini görürük - ərazilərimiz işğaldan tam azad olunduqdan sonra belə sərsəm bəyanatların sayı da artıb. Bu azmış kimi, Makron ölkəsinin Senatını da ardınca aparıb ədalətsiz mövqeyinə ortaq edir.

Nədənsə 30 il Ermənistan tərəfindən Azərbaycanın tarixi qanuni ərazisi işğal ediləndə Fransanın yadına düşmədi ki, "kiçik bacı"sı özgə torpaqlarını zəbt edib, qoşunları qonşu ölkənin ərazisindədir 1 milyona yaxın insanı doğma yurdlarından didərgin salıb. Ancaq biz Hayastanın ərazisini işğal etmədiyimiz orada bircə əsgərimiz olmadığı halda, Fransa Senatı "Azərbaycan onun müttəfiqini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağa" çağırış edir. Birincisi, təkrar edirik, Azərbaycanın hərbi qüvvələri Ermənistan ərazisində yoxdur. İkincisi, hansı müttəfiqdən söhbət gedir? Əlinizdə sübut varsa, açıq deyin. Deyə bilmirsinizsə ( yəqin ki, bu belədir), deməli, yoxdur. İkincisi , Azərbaycan hərbi cəhətdən elə zəif deyil ki, Ermənistan kimi zəif ölkə ilə sərhədini qorumaq üçün müttəfiqə ehtiyacı olsun.

Ümumiyyətlə, Senatın qətnaməsini oxuyanda heyrət etməmək mümkün deyil. Bu kağız parçasında "Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ", "Dağlıq Qarabağ Respublikası", "Dağlıq Qarabağın demokratik surətdə seçilmiş liderləri", "Dağlıq Qarabağ Respublikasının siyasi liderləri" kimi beynəlxalq hüquqazidd reallıqdan uzaq ifadələr işlədilir. Əvvəla, Fransa xalqların öz müqəddəratını təyin etmək hüququna belə hörmət edirsə, qoy hələ müstəmləkə kimi saxladığı Korsikaya, Yeni Kaledoniyaya müstəqillik verib nümunə göstərsin. İkincisi, vaxtdan Qarabağda bir ovuc quldurun silah altında keçirdiyi "seçkilər" demokratik olub? O ki qaldı "Qarabağın siyasi liderləri"nə, onların harada olduqları məlumdur. Daha doğrusu, separatçılar, dinc sakinlərin qətlinə əmr verənlər bunu "qəhrəmanlıq" kimi öyünüb bəyan edənlər harada olmalıdırlarsa, oradadırlar. Ona görə əli dinc əhalinin qanına batanlar "siyasi məhbus" yox, qatildirlər layiq olduqları cəzanı da alacaqlar.

Buna baxmayaraq, Fransa Senatının bütün beynəlxalq qanunlara tərs gələn qətnaməsi Ermənistanda əsl "bayram ovqatı" yaradıb. Hamı - məmurlar, siyasətçilər, politoloqlar, jurnalistlər bayram edir, bunu Azərbaycanın məğlubiyyəti kimi qələmə verirlər. Guya Azərbaycan dövləti bu qətnamədən qorxub ermənilərin Qarabağa gəlmələri üçün ayaqlarının altına qırmızı xalı sərəcək, üstəlik, onlara yenidən "öz müqəddəratını təyin etmək hüququ" verəcək s. i.a. Belə yerdə deyiblər, karın könlündəki.

Əgər kar deyillərsə, bir daha xatırladırıq: yerli dinc ermənilərin Qarabağdan getməməsi barədə çağırışı edən Azərbaycan dövləti olub. İndi Azərbaycanın onların geri qayıtması üçün beynəlxalq qanunlara uyğun bir tələbi var - Azərbaycan vətəndaşlığını Konstitusiyasını qəbul etmək. İstəyirlərsə əllərinin qana batmadığına əmindirlərsə, buyursunlar. Dövlət onlara Konstitusiyada Azərbaycan dövlətinin bütün vətəndaşlarına xalqlarına verilən hüquqlardan istifadə etmək imkanı yaratmaq barədə təminat verir. Həm onu bəyan edir ki, Azərbaycan Fransada qəbul edilən absurd bir qətnaməyə görə öz prinsiplərindən milli maraqlarından geri çəkilən deyil. Ölkəmizin mövqeyi qətidir - kimin deməsindən, hansı qətnamə qəbul etməsindən asılı olmayaraq, tutduğu doğru yola davam etmək.

 

Rüstəm KAMAL,

Azərbaycan.-2024.- 23 yanvar, № 13.- S.11.