Bütöv
Azərbaycanda Zəfər
seçkisi
Demokratik, ədalətli, şəffaf
seçkilər üçün
bütün şərait
yaradılıb
Bu il fevralın 7-də Azərbaycan
xalqı müstəqillik
tarixində ilk dəfə olaraq qalib ölkənin qalib vətəndaşları
kimi səs verəcək.
Eləcə də
illərdən sonra Ağdərədə, Kəlbəcərdə,
Laçında, Şuşada,
Ağdamda, Füzulidə,
Qubadlıda, Zəngilanda,
Cəbrayılda, Xocavənddə,
Xocalıda, Xankəndidə
- Qarabağ və Şərqi Zəngəzurda
Zəfər seçkisinin
qüruru yaşanacaq.
Ard-arda qazandığımız
parlaq Şuşa, Xankəndi zəfərləri
sayəsində xalqımız
yeni başlanğıclarla
bol möhtəşəm
bir dövrə qədəm qoyub.
Cəmi üç
il əvvələ qədər arzusunda olduğumuz möcüzəvi
hadisələrin hamısı
artıq gerçəyə
çevrilib. Ərazi
bütövlüyümüz, suverenliyimiz təmin edilib, Xankəndidə, Xocalıda, Xocavənddə,
Əsgəranda, Ağdərədə
üçrəngli bayrağımız
dalğalandırılıb.
2024-cü il fevralın
7-də Azərbaycanda suverenliyimizin
təmin edilməsi kimi tarixi şəraitdə
ilk dəfə prezident seçkiləri keçirməyimizin özünün
də böyük rəmzi mənası var.
Bu baxımdan, heç şübhəsiz,
növbədənkənar prezident
seçkilərinin keçiriləcəyi
7 fevral təqvimi salnamələrimizə tarixi
gün kimi yazılacaq. Çünki
Azərbaycan xalqı müstəqillik həyatında
ilk dəfə olaraq bu seçkilərə
- ərazi bütövlüyümüzün
tam bərpası fonunda gedəcək. Bu seçkilərin işğaldan azad edilmiş yurdlarımızda
keçirilməsi isə
bir ayrı milli qürurumuzdur.
Böyük qayıdışın
yaratdığı zəmin
Azərbaycan dövlətinin
qısa müddət ərzində 10 min kvadratkilometr ərazidə
apardığı genişmiqyaslı
tikinti və quruculuq işlərinin nəticəsidir ki, illərboyu erməni vandalları tərəfindən
viran qoyulan ərazilərimizin də siması tamamilə dəyişir. Bir zamanlar mənfur düşmənin yanmış
torpaq siyasəti ilə bütün canlı aləmini məhv etdiyi, sularını qurutduğu,
meşələrini qırdığı
Qarabağ və Şərqi Zəngəzura
həyat qayıdır.
Çoxsaylı yaşayış
məntəqəsinin yenidən
qurulduğu, "ağıllı
kənd və şəhərlər"in salındığı
bu ərazilərdə
böyük infrastruktur
layihələri həyata
keçirilir, dəmir
yolları, avtomobil yolları, tunellər çəkilir, beynəlxalq
hava limanları tikilib istifadəyə verilir.
Xatırladaq ki,
"Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini
tapan "İşğaldan
azad olunmuş ərazilərə Böyük
Qayıdış" Milli
Prioritetinin icrasının
təmin edilməsi məqsədilə "Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair
Dövlət Proqramı"
qəbul edilib.
Artıq Zəngilanın
Ağalı, Tərtərin
Talış, Laçının
Zabux kəndlərinə,
eləcə də Füzuli və Laçın şəhərlərinə
minlərlə insan qayıdıb, əzəli
torpağında əbədi
yaşamağa başlayıb.
Qayıdış proqramının
böyük müvəffəqiyyətlə
icra olunmasının və görülən mühüm işlərin
daha bir mühüm nəticəsidir
ki, işğaldan azad edilən ərazilərimizdə də
prezident seçkilərində
səsvermə keçiriləcək
və bunun üçün həmin yerlərdə mühüm
hazırlıq işləri
görülüb.
26 seçki məntəqəsi
təşkil edilib
İşğaldan azad
edilən ərazilərdə
26 seçki məntəqəsi
təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb.
Seçki prosesinin
tam şəffaf və demokratik şəraitdə keçməsi
üçün bütün
seçki məntəqələri
lazımi texniki və metodiki vəsaitlərlə, yanğın
təhlükəsizliyi, fasiləsiz
rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların
seçimlərini sərbəst
şəkildə etmələri
üçün səsvermə
kabinələri quraşdırılıb,
məntəqələrə seçki qutuları və lazımi inventar paylanılıb, divarlardan seçici siyahıları və məlumat lövhələri
asılıb. Seçki
məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar
və digər zəruri vəsaitlər gətirilib. Məntəqə
seçki komissiyalarının
katibləri və üzvləri, habelə seçkini izləyəcək
müşahidəçilər üçün yerlər
müəyyənləşdirilib. Seçki məntəqələrinin
ərazisində seçkiqabağı
təşviqatın aparılması
və təşviqat materiallarının lövhələrdə
yerləşdirilməsi üçün
müvafiq yerlər ayrılıb.
Bir sözlə,
növbədənkənar prezident
seçkilərinə işğaldan
azad olunmuş ərazilərimizdə də
yüksək səviyyədə
hazırlıq işləri
görülüb və
lazımi şərait
yaradılıb. Və
qayıdış karvanları
ilə dədə-baba
torpağına dönən
minlərlə keçmiş
məcburi köçkün
fevralın 7-də öz
yurdunda - Qarabağda və Şərqi Zəngəzurda layiqli namizədinə səs verərək Prezidentini seçəcək.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
24 yanvar, № 14.- S.1-4.