AŞ PA Azərbaycandan
Zəfərin intiqamını
alır
Korrupsiyalaşmış
qurum ölkəmiz üçün artıq heç bir əhəmiyyət kəsb
etmir
Azərbaycan torpaqlarının
işğal altında
qaldığı 30 ilə
yaxın müddət
ərzində Avropa təşkilatları, o cümlədən
Avropa Şurası Parlament Assambleyası tərəfindən Ermənistana
tutarlı təzyiq və təsir edilməsi barədə bir təşəbbüs belə göstərməyib.
Bu istiqamətdə təşkilatın qəbul
etdiyi sənədlər
isə deklorativ məzmun daşımaqla, heç bir hüquqi çəkisi olmayıb. Əslində, bu, Avropa Şurasının
üzvü olan bir dövlətin xarici ərazilərin işğalının təşkilat
qarşısında götürdüyü
öhdəliklərinə zidd
olsa da, bununla bağlı Ermənistana "gözün
üstə qaşın
var" deyən olmayıb.
AŞ PA Avropa Parlamenti
kimi simasızlığını
göstərdi
Azərbaycanın Vətən
müharibəsində torpaqlarını
işğaldan azad etməsindən sonra dünənə
qədər Ermənistanın
təcavüzkar siyasətinə
qarşı tutarlı
mövqe ortaya qoymayan Qərb siyasi dairələrinin əsl simaları üzə çıxmaqdadır.
Aydın şəkildə
görünür ki, Fransa, Avropa Parlamenti, o cümlədən
Avropa İttifaqının
rəsmiləri Azərbaycanın
öz torpaqlarını
azad etməsi ilə barışa bilmirlər. Hətta o qədər azğınlaşıblar
ki, Azərbaycanı öz ərazilərini işğaldan azad etdiyinə, tarixi ədaləti yoluna qoyduğuna görə ittiham belə etməyə çalışırlar.
Bu günlərdə
AŞ PA-da Azərbaycanın
səsini dondurmaq barədə təşəbbüsün
səslənməsi də
bu qurumun riyakarlıq baxımından
Fransa və Avropa Parlamentindən geri qalmadığını
göstərdi. Bu, Azərbaycana qarşı ötən 20 ildən artıq müddətdə
daim məkrli siyasət yürüdən,
ölkəmizi qərəzli
şəkildə ittiham
edən AŞ PA-nın
simasızlığının təsdiqidir. Bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa
etmiş Azərbaycandan
qisas almaq cəhdidir.
Qərəzli qətnamələr
bizim üçün
kağız parçalarından
artıq deyil
Azərbaycan 2001-ci ildə
bu təşkilata üzv olandan bəri ermənipərəst,
islamofob qüvvələr
bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. AŞ PA Azərbaycanın
bu quruma üzvlüyündən sonra
mütəmadi şəkildə
ölkəmizlə bağlı
fərziyə, ehtimal və gümanları üzərində qurulmuş
subyektiv mülahizələrə
əsaslanan hesabatlar hazırlayıb. Hansı ki, həmin hesabatları hazırlayan deputatlar nədənsə
Ermənistanın işğal
siyasətini dəstəkləyən
və Azərbaycanın
Vətən müharibəsində
qələbəsini həzm
edə bilməyən
dövlətləri AŞ PA-da təmsil ediblər. AŞ PA-da Azərbaycana qarşı ardıcıl şəkildə
edilmiş hücumlar hələ illər öncədən bu təşkilatın siyasi təzyiq alətinə çevrildiyini göstərib.
Hələ bir
neçə il əvvəl AŞ PA-nın
Azərbaycanla bağlı
qərəzli qətnamə
qəbul etməsinə
dair Prezident demişdi: "Bu gün bu təşkilat
əfsuslar olsun, bir daha demək
istəyirəm ki, heç bir nüfuza malik deyil, onların qəbul etdiyi qərarlar bizim üçün tamamilə
əhəmiyyətsizdir. Azərbaycanla
bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin
bizim üçün
dəyəri bir kağız parçasından
artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik".
2001-ci ildə Azərbaycanın
Avropa Şurasına üzv olduğu vaxt əsas məqsədlərdən biri
torpaqlarımızın işğaldan
azad edilməsi idi. Lakin əvvəldə
qeyd etdiyimiz kimi, bu qurum
və onun parlament assambleyası uzun illər Ermənistanın Azərbaycana
qarşı təcavüzü
və ərazilərimizin
işğalı faktına
qarşı heç bir tədbir görməyib, yalnız əhəmiyyəti olmayan
bəyanatlarla, tövsiyələrlə
kifayətlənib. Bu illər ərzində
AŞ PA bir dəfə
də olsun işğalçı Ermənistanın
səs hüququnun məhdudlaşdırılması haqda düşünməyib.
Baxmayaraq ki, onun qeyd etdiyimiz
sənədlərində Azərbaycan
torpaqlarının işğalı
faktı əksini tapmışdı. Lakin
AŞ PA tutarlı təzyiq
mexanizmləri bir yana qalsın, Ermənistanı səsvermə
hüququndan məhrum
etmək barədə
təşəbbüs belə
göstərməmişdi.
Bizə AŞ PA lazımdırmı?
İndi Azərbaycanın
öz ərazilərini
işğaldan azad etməsindən sonra
AŞ PA-nın ölkəmizin
səsvermə hüququnu
məhdudlaşdırmaq niyyətinə
düşməsi bu qurumun ikiüzlülüyündən,
Avropa Parlamenti kimi erməni təəssübkeşliyindən, erməni lobbisinin alətinə çevrilməsindən
xəbər verir. Görünən odur ki, AŞ PA da Avropa Parlamenti kimi islamofob və türkəfob təfəkkürlü nümayəndələrin
düşərgəsidir. Və
o da aydın olur ki, torpaqlarımızın
işğal altında
olduğu illərdə
AŞ PA bu məsələ
ilə bağlı, əslində, riyakar siyasət yürüdübmüş.
AŞ PA-nın bu
təşəbbüsü Qərbin korrupsiyalaşmış,
anti-Azərbaycan, islamofob
və ermənipərəst
qruplarının qurduğu
növbəti məkrli
oyundur. Onu da qeyd edək
ki, AŞ PA-da bu təkliflə almaniyalı deputat Frank Şvabe çıxış
edib. Deyəsən Fransanın xarici siyasətində ardıcıl
uğursuzluqlarına və
nüfuzdan düşməsinə
görə bu dəfə alman depuatatı qabağa veriblər və ya Paris öz niyyətlərini Almaniya vasitəsilə reallaşdırmağa
çalışır.
Sual olunur, 23 illik üzvlük dövründə AŞ PA Azərbaycana
nə verib? Əlbəttə, heç
nə. Bu dövrdə Ermənistanın
işğalçı siyasətinin
aradan qaldırılması
istiqamətində də
heç bir təsirli addım atmayan bu qurum
Azərbaycana qarşı
qərəzli mövqeyini
indi də davam etdirməkdədir.
Azərbaycan isə
artıq torpaqlarını
azad edib, həm də güclü və özünün qətiyyətli
siyasəti olan dövlətdir. Ona görə onilliklər boyu işğala göz yuman Avropa Şurası kimi təşkilata və onun parlament
assambleyasına Azərbaycanın
ehtiyacı yoxdur. Qarayaxma, ləkələmə,
ikili standartlar nümunələrinin tüğyan
etdiyi bir təşkilat Azərbaycanın
nəyinə lazımdır?
Bu mənada respublikamız Avropa təsisatlarının özünə
qarşı qərəzli
və ədalətsiz
mövqeyini heç vaxt qəbul etməyəcək və onları hər zaman prinsipiallıqla cavablandıracaq. Qüdrətli
Azərbaycan üçün
AŞ PA-da səsinin dondurulması heç bir əhəmiyyət kəsb etmir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2024.-
24 yanvar, № 14.- S.8.