Ətraf mühit,
elmi dildə desək, insanları əhatə edən, onlarla qarşılıqlı
əlaqədə olan
günəş şüaları,
su, torpaq, hava və canlılar,
antropogen maddə, əşyalar və qurğulardır. Biz özümüz də ətraf
mühitin ayrılmaz və çox güclü təsirə malik olan hissəsiyik.
Alimlər ətraf
mühiti təbii və süni mühit olaraq iki hissəyə ayırıblar. İnsanların
həmişə asılı
olduqları mühit təbiidir. Süni mühit isə cəmiyyətin inkişafı
ilə əlaqədər
insanların fəaliyyəti
nəticəsində yaradılıb.
Müasir elmin köməyi ilə yaradılmış yeni çoxsaylı bitki və heyvan növləri, süni dəryalar, göllər, qoruqlar və s. bu mühitin obyektləridir.
Təəssüf ki,
keçən əsrin
ortalarından ekoloji böhran özünü büruzə verməyə
başlayıb. Hətta
o dərəcədə ki,
SOS siqnalı verilib və 1972-ci ildə BMT Baş Məclisinin İsveçin paytaxtı
Stokholmda keçirilən
iclasında hər
il iyunun 5-nin Dünya Ətraf Mühitin Mühafizəsi
Günü kimi qeyd olunması qərara alınıb.
Dünya Ətraf Mühitin
Mühafizəsi Gününün
hər il geniş tədbirlərlə
qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli diqqət mərkəzindədir. Ölkəmizdə
bütün sahələrdə
olduğu kimi, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa
edilməsi istiqamətində
də mühüm işlər görülür.
Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi
inkişafa, meşələrin
bərpa edilməsi və artırılmasına
dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın
inkişafına dair dövlət proqramı qəbul edilərək icra olunur. Beynəlxalq
ekoloji proqramların həyata keçirilməsi,
təbii sərvətlərin
bərpasının təmin
edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin
yaradılması istiqamətində
görülən işlər
də ətraf mühitin qorunmasında üstün çəkiyə
malikdir.
Təsadüfi deyil
ki, 2010-cu il Azərbaycanda "Ekologiya
ili" elan olunmuşdu. "Ekologiya ili" çərçivəsində
ölkəmizdə milyonlarla
ağac əkildi, yeni yaşıl zolaqlar salındı, meşələrin qırılmasına
qarşı mübarizə
gücləndirildi və
digər ekoloji tədbirlər reallaşdırıldı.
Təbii ki, bütün bunlar nəticəsiz qalmadı.
Ümumiyyətlə, son
illər Azərbaycanda
həyata keçirilən
ekoloji tədbirlər
sosial-iqtisadi islahatların
tərkib hissəsi kimi qəbul olunur.
Ekoloji tarazlığın
mühafizəsində qarşıda
duran vəzifələrdən
biri də gələcək illərdə
iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılmasıdır.
Mütəxəssislərin fikri
belədir ki, bu məqsədlə ölkədə yaşıllıqların
payı artırılmalı,
iqtisadi artımla ekoloji mühit arasındakı
tarazlıq qorunmalı,
yararsız torpaq sahələri dövriyyəyə
cəlb edilməklə
mövcud resurslarımız
bərpa edilməlidir.
Eləcə də ölkənin keyfiyyətli
suya tələbatı
su resurslarından səmərəli istifadə
etməklə ödənilməlidir.
Söz düşmüşkən
xatırladaq ki, 2022-ci
ildə suyun təbii resurs olmasını insanlara çatdırmaq üçün Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
"Azərsu" ASC, Meliorasiya
və Su Təsərrüfatı Nazirliyi,
IDEA İctimai Birliyinin
birgə təşkilatçılığı
ilə "Bir damcı" adlanan layihə hazırlanmışdır.
Layihənin "Bir damcı öyrənək"
və "Bir damcı dəyər verək" adlanan mərhələlərinin əsas
məqsədi su mənbələrinin dəyərinin
bilinməsi, sudan istifadə ilə bağlı vərdişlərin
aşılanması və
bunların sayəsində
vətəndaşlara davamlı
olaraq su ilə təminatda fayda verməyin vacibliyini vurğulamaqdır.
Yaşadıgımız dünya, bizi əhatə edən aləm son dərəcə
gözəl, zəngin
və rəngarəngdir.
Bu dünya, bu mühit, bu aləm təbiət adlanır.
Əslində, biz özümüz də təbiətin bir zərrəsi, onun tərkib hissəsiyik. Təbiət hamımızın
anasıdır. Təəssüf
ki, meşələrin
qırılması və
ətraf mühitin çirklənməsi bitki
aləminə zərbələr
vurur, nəticə etibarilə insanların saglamlığına təhlükə
yaradır. Bu səbəblərə görə
təbiətin qorunması
bizim planetin ən vacib məsələlərindən
biridir. Təbiət bizi yedizdirir, içizdirir, geyindirir və müalicə edir. Təbiəti sevmək,
qorumaq hər bir vətəndaşın
borcudur. Bu baxımdan ətraf mühitin mühafizəsində meşələrin
qorunması və bərpası əsas vəzifədir. Müasir dövrümüzdə innovasiyalar
insan həyatında nə qədər müsbət rol oynasa da, bir
o qədər də təbii resurslara əks təsir edir. Müharibələrdə
istifadə olunan müasir silahların öldürücü fəsadları
insanlardan sonra meşələrdə özünü
göstərir, əks
olunur. Ona görə də meşə örtüyünü
qorumaq, meşə sahələrinin azalmasının
qarşısının alınması
mütləqdir.
Azərbaycanda bu
sahədə də görülən işlər
təqdirəlayiqdir. 20 il
öncə ölkənin
meşə ehtiyatları,
adambaşına düşən
meşə sahəsi və oduncağın həcminə görə göstəriciləri aşağı
səviyyədə idi.
Meşələrin təbii
və süni bərpası da qənaətbəxş deyildi.
Amma təxirəsalınmaz
tədbirlər nəticəsində ötən
iki onillikdə 204 min 692,5 hektar ərazidə ümumi meşə bərpa tədbirləri aparıldı,
103 milyondan çox ağac əkildi.
Təbii meşələrdən
başqa, milli parklar və qoruqlar da əvəzsiz
sərvətimizdir. Milli
parklarımız bənzərsiz təbii mənzərəsi, fərqli
iqlimi, təmiz havası və suyu ilə seçilir.
Bu gün Azərbaycanda ümumi sahəsi 892 min 855,6 hektar olan xüsusi
mühafizə olunan təbiət əraziləri
var. Ümumiyyətlə,
hazırda ölkəmizdə
10 milli park, 10 dövlət təbiət
qoruğu və 24 dövlət təbiət
yasaqlığı fəaliyyət
göstərir. Xüsusi
mühafizə olunan təbiət əraziləri
ölkə ərazisinin
10,31 faizini təşkil
edir.
Gəlin təbiətimizi,
o cümlədən yaşıllığı
qoruyaq. Həm də təkcə qorumayaq, ərazisini genişləndirməkdə dövlətə
kömək edək, arxa olaq, əlindən
tutaq və unutmayaq ki, vətənin
hər qarış torpağını yaşıllaşdırmaq
müqəddəs borcumuzdur.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
24 yanvar, № 14.- S.5.