Azərbaycanın
Avropa Şurasına ehtiyacı yoxdur
"44 günlük Vətən müharibəsində,
eləcə də ötən ilin sentyabrında keçirilən
antiterror tədbirləri
nəticəsində əldə
etdiyimiz zəfərlər
təkcə Azərbaycanın
deyil, ümumilikdə
türk dünyasının
tarixinə yazılan şanlı qələbədir.
Lakin görünən
odur ki, Azərbaycanın torpaqlarını
işğaldan azad etməsi və suverenliyini bərpa etməsi Qərbi, Amerika Birləşmiş Ştatlarını və
Avropanın "erməni
sevgisi"ndən əziyyət
çəkən bəzi
ölkələrini ciddi
şəkildə narahat
edib. Qələbələrimizdən
sonra həmin qüvvələr bərk
sarsılıblar. AŞ PA-da
Azərbaycanın səsini
dondurmaq təşəbbüsü
də bunu deməyə tam əsas verir".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Deputat bildirib ki, bəzi Qərb
ölkələri ilə
yanaşı, bəzi
beynəlxalq qurumlar da Azərbaycanın əleyhinə hərəkətə
keçiblər. AŞ PA isə
bu baxımdan sırf ermənisifətliliyi
ilə daha qabarıq formada fərqlənir. Başa düşülən odur ki, Avropanın "erməni sevgisi" virusuna yoluxan siyasətçiləri Azərbaycana
təzyiq etmək üçün indi də AŞ PA qalxanından
istifadə etmək istəyirlər.
Deputatın sözlərinə
görə, AŞ PA-da
Azərbaycanın səsini
dondurmaq təşəbbüsünü
irəli sürənlər
bu çirkin niyyətlərini "insan
hüquqları" bəhanəsi
ilə pərdələməyə
çalışırlar: "Amma hər kəsə
gün kimi aydındır ki, bunun insan hüquqları
ilə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə
olaraq öz suverenliyini və ərazi bütövlüyünü
bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Görünür, tarixi zəfərimiz Qərbin bəzi siyasətçilərində,
dövlət adamlarında
və beynəlxalq qurumlarında ciddi narahatlığa səbəb
olub. Lakin həmrəylik nümayiş
etdirərək torpaqlarını
işğaldan azad edən Azərbaycan hər şəraitdə xarici hücumlara sinə gərmək gücünə də malikdir. Ona görə
də Avropanın bəzi dairələrinin çirkin cəhdləri iflasa məhkumdur".
Vüqar İskəndərov
vurğulayıb ki, Azərbaycan üçün
nəinki AŞ PA-da səsinin dondurulması, heç bu qurumun
özünün belə
əhəmiyyəti yoxdur:
"Azərbaycan vaxtilə
Qarabağ probleminin həlli ilə bağlı Avropa Şurasına üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı
faktına qarşı
heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞ PA bu
illər ərzində
üzvü olan bir ölkənin digər ölkəyə qarşı haqsız ədavətinə, yəni
Ermənistanın Azərbaycan
ərazisini işğal
altında saxlaması
faktına göz yumub, işğalçı
dövlətin səs
hüququnun məhdudlaşdırılması
haqda belə düşünməyib".
Deputat yekunda bildirib ki, belə
qərarların verilməsində
AŞ PA nümayəndələrinin islamofob və türkofob təfəkkürlü
olmaları da xüsusi rol oynayır. Heç kimə sirr deyil ki, Azərbaycan
2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst qüvvələr
bu təşkilatdan daim ölkəmizə qarşı istifadə ediblər.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2024.-
24 yanvar, № 14.- S.8.