Azərbaycan - Rusiya iqtisadi əməkdaşlığı
uğurludur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də
Rusiya Federasiyası Hökuməti sədrinin müavini,
Hökumətlərarası Komissiyanın həmsədri
Aleksey Overçuku qəbul edib.
AZƏRTAC xəbər
verir ki, görüşdə ölkələrimiz arasında
iqtisadi əməkdaşlıqla bağlı nəticələr
baxımından 2023-cü ilin uğurlu olduğu bildirildi.
Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət
Başçılarının qeyri-rəsmi
görüşü çərçivəsində Azərbaycan
və Rusiya prezidentlərinin təmasları məmnunluqla
xatırlandı.
Söhbət
zamanı iqtisadi əməkdaşlığın geniş
gündəliyə malik olduğu vurğulanaraq, qarşıda
bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə
tutulduğu bildirildi. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin
yük və tranzit daşımalarının davamlı
artımı əməkdaşlığımızın
yaxşı göstəricisi kimi dəyərləndirildi. Azərbaycan-Rusiya
əməkdaşlığının inkişafının əsas
istiqamətləri üzrə 2024-2026-cı illər
üçün Yol Xəritəsinin imzalanmasının əhəmiyyəti
vurğulandı. Aleksey Overçukun səfərinin əlaqələrimizin
genişləndirilməsi işinə xidmət edəcəyinə
əminlik bildirildi.
Görüşdə
nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin
təşviqi ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.-
24 yanvar, № 14.- S.1.