"Azərbaycan
Respublikası Rəqabət
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı
hüquqi tənzimləmə
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 8 dekabr tarixli
1051-VIQ nömrəli
Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin
tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikası Rəqabət
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 8 dekabr tarixli
1051-VIQ nömrəli Qanununun
tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1.Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin
1.1.37-ci, 1.1.46-cı, 4.4-cü (hər iki halda) maddələrində,
8.2-ci maddəsinin ikinci
cümləsində, 9.2-ci (hər üç halda), 9.3-cü maddələrində,
11.5-ci maddəsinin ikinci
cümləsində, 13.2-ci, 13.6-cı,
15.3-cü, 15.6-cı, 16.7-ci, 27.2-ci, 27.3-cü, 28.6-cı maddələrində, 29.7-ci maddəsinin
birinci cümləsində,
30.2-ci maddəsində, 33.3-cü maddəsinin birinci cümləsində, 34.4-cü, 36.2-ci, 37.1-ci maddələrində, 39.3-cü maddəsinin ikinci cümləsində, 39.7-ci, 39.12-ci, 44.1.3-cü,
44.2-ci maddələrində, 44.3-cü və 46.1-ci maddələrinin
ikinci cümlələrində,
48.3-cü, 48.8-ci, 65.10-cu, 77.8-ci və
77.14-cü maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2.həmin Məcəllənin
4.4-cü (hər iki halda) maddəsində,
11.5-ci maddəsinin ikinci
cümləsində, 13.2-ci, 15.6-cı,
27.3-cü, 28.6-cı, 48.3-cü, 48.8-ci, 65.10-cu və
77.14-cü maddələrində nəzərdə tutulmuş
orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Məcəllənin
1.1.46-cı maddəsində, 8.2-ci maddəsinin ikinci cümləsində, 9.3-cü maddəsində,
13.6-cı, 15.3-cü, 16.7-ci, 27.2-ci, 30.2-ci maddələrində,
33.3-cü maddəsinin birinci
cümləsində, 36.2-ci maddəsində, 39.3-cü maddəsinin
ikinci cümləsində,
39.7-ci, 39.12-ci, 44.2-ci maddələrində,
44.3-cü və 46.1-ci maddələrinin
ikinci cümlələrində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.4. həmin Məcəllənin
9.2-ci (ikinci və üçüncü hallarda)
və 34.4-cü maddələrində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi nəzərdə
tutulur;
1.5. həmin Məcəllənin
1.1.37-ci maddəsində və
9.2-ci maddəsində (birinci
halda) "orqan (qurum)" dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
nəzərdə tutulur;
1.6. həmin Məcəllənin
29.7-ci maddəsinin birinci
cümləsində "orqan
(qurum)" dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
nəzərdə tutulur;
1.7. həmin Məcəllənin
37.1-ci, 44.1.3-cü və 77.8-ci maddələrində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Tarif (qiymət) Şurası nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası
Rəqabət Məcəlləsinin
pozulmasına görə
məsuliyyət növlərini
müəyyən edən
qanun layihəsini altı ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2.Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikası
Rəqabət Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini üç
ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi
və təmin edilməsi ilə bağlı təkliflərini
bir ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.4. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin:
2.4.1. Azərbaycan Respublikasının
Rəqabət Məcəlləsinin
4.4-cü maddəsinə uyğun
olaraq, həmin Məcəllənin tələbləri
tətbiq edilməyən
və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət
sahələrini və
məhsulları;
2.4.2. həmin Məcəllənin
11.5-ci maddəsinin ikinci
cümləsinə uyğun
olaraq, sazişlərin
rəqabəti məhdudlaşdıran
nəticələrə səbəb
olmasına və ya ola bilməsinə
dair meyarları;
2.4.3. həmin Məcəllənin
13.2-ci maddəsinə uyğun
olaraq, sazişlərin
həmin Məcəllənin
13.1-ci maddəsində qeyd
olunan şərtlərə
cavab verməsinə dair meyarları, həmçinin texnologiyanın
transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin
istisna edilməsinə
dair meyarları;
2.4.4. həmin Məcəllənin
15.6-cı maddəsinə uyğun
olaraq, müvafiq bazarda bazar paylarının
hesablanması, müvafiq
bazarın sərhədlərinin,
həcminin, strukturunun
və iştirakçılarının
müəyyən edilməsi
qaydasını;
2.4.5. həmin Məcəllənin
27.3-cü və 28.6-cı maddələrinə
uyğun olaraq, müvafiq bazarda sahələrin təmərküzləşmə
səviyyəsinin müəyyən
edilməsi və təmərküzləşmələrin qiymətləndirilməsi qaydasını;
2.4.6. həmin Məcəllənin
48.3-cü və 48.8-ci maddələrinə
uyğun olaraq, rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların
keçirilməsi qaydalarını;
2.4.7. həmin Məcəllənin
65.10-cu maddəsinə uyğun
olaraq, həmin Məcəllənin 65-ci maddəsinə
əsasən götürülmüş
malların digər məqsədlər üçün
istifadəsi, satılması,
qaytarılması, məhv
edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını;
2.4.8. həmin Məcəllənin
77.14-cü maddəsinə uyğun
olaraq, həmin Məcəllənin 77.1-77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində
qeyd edilmiş hər bir hal
üçün işin
xüsusiyyətinə uyğun
olaraq maliyyə sanksiyalarının hesablanması
və tətbiqi meyarlarını və qaydalarını;
2.5. aşağıdakı normativ hüquqi aktları dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin:
2.5.1. Azərbaycan Respublikası
Rəqabət Məcəlləsinin
8.2-ci maddəsinin ikinci
cümləsinə uyğun
olaraq, rəqabət komissiyasının yaradılması,
tərkibi, rəqabət
komissiyası tərəfindən
işlərə baxılması
və qərarların
qəbul edilməsi qaydalarını;
2.5.2. həmin Məcəllənin
9.3-cü maddəsinə uyğun
olaraq, həmin Məcəllənin 9.2-ci maddəsi
ilə müəyyən
edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasını;
2.5.3. həmin Məcəllənin
13.6-cı maddəsinə uyğun
olaraq, həmin Məcəllənin 13.5-ci maddəsi
əsasında sazişlərin
rəqabət qanunvericiliyinə
uyğunluğunun təsdiqlənməsi
qaydalarını;
2.5.4. həmin Məcəllənin
15.3-cü maddəsinə uyğun
olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan
Respublikası Mərkəzi
Bankının təklifi
əsasında maliyyə
institutlarının hökmran
mövqeyinin müəyyən
edilməsi şərtlərini
(bazar payının hədləri və müəyyən edilməsi
meyarları);
2.5.5. həmin Məcəllənin
16.7-ci maddəsinə uyğun
olaraq, hökmran mövqedən sui-istifadənin
obyektiv zəruriliyinin
və səmərəliliyinin
qiymətləndirilməsi qaydalarını;
2.5.6. həmin Məcəllənin
27.2-ci maddəsinə uyğun
olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan
Respublikası Mərkəzi
Bankının təklifi
əsasında maliyyə
bazarlarında təmərküzləşmədə
iştirak edən maliyyə institutları tərəfindən rəqabət
orqanından razılıq
alınmasını şərtləndirən
meyarları (təmərküzləşmədə
iştirak edən maliyyə institutlarının
aktivlərinin ümumi
dəyəri, ümumi
dövriyyəsinin həcmi);
2.5.7. həmin Məcəllənin
30.2-ci maddəsinə uyğun
olaraq, həmin Məcəllənin 30.1-ci maddəsində
nəzərdə tutulan
ərizənin formasını;
2.5.8. həmin Məcəllənin
36.2-ci maddəsinə uyğun
olaraq, Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin təklifləri
əsasında təbii
inhisar subyektlərinin
siyahısını;
2.5.9. həmin Məcəllənin
39.3-cü maddəsinin ikinci
cümləsinə uyğun
olaraq, müraciət edilməsi və müraciətə baxılma
qaydasını;
2.5.10. həmin Məcəllənin
39.7-ci maddəsinə uyğun
olaraq, təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin
nəticələrinə dair
maliyyə hesabatlarının
formasını və
təqdim edilmə qaydasını;
2.5.11. həmin Məcəllənin
44.2-ci maddəsinə və
44.3-cü maddəsinin ikinci
cümləsinə uyğun
olaraq, rəqabət orqanının qərarı
əsasında bazarın
monitorinqinin aparılması,
monitorinqin nəticələrinə
dair aktın forması və tərtib edilməsi qaydasını;
2.5.12. həmin Məcəllənin
46.1-ci maddəsinin ikinci
cümləsinə uyğun
olaraq, araşdırmanın
nəticələrinə dair
aktın formasını;
2.6. "Azərbaycan Respublikası Rəqabət
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 8 dekabr tarixli
1051-VIQ nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
"Azərbaycan Respublikası
Rəqabət Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında"
Azərbaycan Respublikasının
2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli
Qanunundan irəli gələn digər məsələlərin həlli
üçün zəruri
tədbirlər görsün.
4. Bu Fərmanın
1-ci hissəsi 2024-cü il
iyulun 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
24 yanvar, № 14.- S.2.