Xristian
klubunun növbəti məkri
Avropa Azərbaycan kimi vacib tərəfdaşı
itirməkdən çəkinməlidir
"Avropa Şurasının
ölkəmizə münasibətdə
qərəzli mövqeyi,
əslində, Avropanın
Azərbaycanın öz
torpaqlarını işğaldan
azad etməsi faktını bu gün də qəbul edə bilmədiyini bir daha göstərir. Avropa ölkələrinə
Cənubi Qafqaz regionunda öz mövcudluqlarını təmin
etmək üçün
münaqişə lazım
idi".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Elşad Mirbəşiroğlu
deyib. O bildirib ki, Azərbaycan münaqişəni aradan qaldırmaqla vəziyyəti
tamam dəyişib. Bu da müxtəlif
Avropa platformalarında,
eyni zamanda ABŞ-də ölkəmizə qarşı siyasi diplomatik hücumları intensivləşdirib. AŞ PA tərəfindən
Azərbaycana münasibətdə
obyektiv mövqe sərgilənmədiyi hər
zaman müşahidə
edilirdi. Azərbaycan torpaqlarını işğaldan
azad etdikdən sonra isə ölkəmizə qarşı
qərəzli siyasi mövqelərin formalaşdırılması
istiqamətində Avropa
müstəvisində daha
çox fəallaşma
oldu. Bu gün Avropanın müxtəlif platformalarında
xüsusilə Fransa və ona bənzər
dövlətlərin təşəbbüsləri
ilə Azərbaycana qarşı davamlı olaraq siyasi hücumlar
edilir. Başlıca məqsəd isə yenə də Cənubi Qafqaz regionunda gərginliyin yaradılmasından ibarətdir.
Deputat qeyd edib ki, Ermənistan
bu məsələdə
alət kimi istifadə olunur və bu, region
üçün çox
ciddi təhlükələr
yarada bilər. Çünki Ermənistanın
Avropa, ABŞ qarşısında
bir alət rolunda xidmətləri qarşılığında onun
olduqca təhlükəli
iddialarına dəstək
nümayiş etdirilir.
Hazırda bunu görməkdəyik. "Azərbaycan
öz suveren ərazilərində antiterror
tədbirləri həyata
keçirərək separatizm
kimi bəşəriyyəti
daim ciddi təhlükə qarşısında
saxlayan bir halı aradan qaldırdı. Ölkəmizin
bu addımı, əslində, Avropa tərəfindən alqışlanmalı
idi, amma biz bunun əksini
görürük. Avropanın
özü daim separatizmdən əziyyət
çəkir, təhlükəsizliyi
üçün çox
ciddi təhdid yaranır. Bütün bunlara baxmayaraq, antiterror tədbirlərindən
sonra Azərbaycana qarşı siyasi hücumların genişləndiyini
görürük. Bu həm də onun göstəricisidir ki, nə Avropa,
nə də ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması prosesində obyektiv vasitəçilik göstərə
bilmirlər, çünki
bu istəkdə deyillər", - deyə
o əlavə edib.
E.Mirbəşiroğlu bildirib ki, keçmiş
münaqişə vəziyyətinin
mövcudluğu dövründə
də nə Avropa strukturları, nə də ABŞ tərəfindən məsələyə
obyektiv yanaşıldığı
görünüb. Bu gün Avropa İttifaqının Azərbaycandan
enerji asılılığı
böyükdür, məhz
bunu nəzərə alaraq o, hələ "sərhədli" davranır.
Deputat hesab edir ki, enerji
asılılığı olmasa, Avropa Azərbaycana qarşı daha aşkar qərəzli mövqe sərgiləyər. Avropa
İttifaqının ali
nümayəndəsi Cozef
Borel heç bir əsas olmadan
daim ölkəmizi ittiham edir. Onun
sərgilədiyi mövqe
isə təmsil etdiyi strukturun Azərbaycana qarşı aşkar qərəz mövqeyindən çıxış
etdiyini göstərir.
Borel və onun kimilərinin davranışları sübut
edir ki, əgər Azərbaycanla əməkdaşlıq Avropa
İttifaqı üçün
həyati vacib əhəmiyyət kəsb
etməsəydi, onda Avropa daha sərt,
daha qərəzli mövqe sərgiləyərdi.
Onun sözlərinə
görə, AŞ PA Azərbaycan
səsinin dondurulması
təşəbbüsünü dəstəklədiyi təqdirdə,
bu, ölkəmizə
mahiyyətcə heç
bir mənfi təsir göstərməyəcək:
"Sadəcə olaraq,
gələcəkdə Avropa
strukturlarının Ermənistanın
daha aşkar şəkildə bir alət kimi istifadəsinə zəmin
yarada bilər. Yəni bununla Ermənistan üzərindən
növbəti manipulyasiyalar
etməyə çalışacaqlar.
Avropa Şurası
Parlament Assambleyasında
Azərbaycana qərəz
mövqeyi mahiyyət etibarilə bizi öz yolumuzdan heç bir halda döndərə bilməz. Biz öz maraqlarımızı
daim qətiyyətlə
müdafiə edəcəyik".
E.Mirbəşiroğlu bildirib ki, Avropa
Azərbaycan kimi etibarlı və vacib tərəfdaşı
itirməkdən çəkinməlidir.
Bizim olduqca səmimi tərəfdaşlarımız
var və haqlı mövqelərimizə
çox böyük hörmətlə yanaşılan
platformalar mövcuddur.
Bu çərçivədə
Azərbaycanın rolu
və mövqeyi kifayət qədər təsirli və qəbulolunandır.
Bu baxımdan deputat hesab edir
ki, Avropa strukturları heç bir işlərinə yaramayacaq Ermənistanı
təhlükəli məqsədlər
üçün dəstəkləməkdənsə,
Azərbaycanla əməkdaşlığa
üstünlük verməlidirlər.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
24 yanvar, № 14.- S.8.