Milli
Xalça Muzeyində
“Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın açılışı olub
Yanvarın 23-də Azərbaycan
Milli Xalça Muzeyində
“Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı”nın
açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çinin ölkəmizdəki
səfirliyinin dəstəyi
ilə təşkil olunub.
Tədbirdə çıxış
edən Milli Xalça
Muzeyinin direktor vəzifəsini müvəqqəti
icra edən sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Mira Məmmədxanova bildirib
ki, festival müddətində qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların
ieroqliflərlə yazılması),
uşu, kunq-fu kimi bir-birindən maraqlı ustad dərsləri,
mühazirələr, ənənəvi
bayram atributları iştirakçılara əsl
Çin Yeni ili ab-havası yaşadacaq. Ecazkar ölkənin ənənəvi sənət
nümunələri üzrə
ustad dərsləri Bakıdakı
Konfutsi İnstitutunun müəllimləri tərəfindən
aparılacaq. Silsilə
tədbirlərdə muzeyin
Uşaq şöbəsinin
əməkdaşları tərəfindən
Azərbaycan xalçalarındakı
əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstəriləcək, əjdaha
naxışlı xalçanın
toxunması və bu mövzuya aid digər ustad dərsləri
keçiriləcək.
Çin Xalq Respublikasının ölkəmizdəki
səfiri xanım Qo
Min çıxışında qeyd edib ki, ölkəsi
Azərbaycan ilə əlaqələrin inkişafına
böyük əhəmiyyət
verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində
münasibətlərin möhkəmlənməsinə
xidmət edəcək.
Səfir vurğulayıb
ki, Yeni ilin başlanması
Şərqi Asiya ölkələrində,
xüsusən də Çində böyük
təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı
Çində bütün
ailənin bir yerdə toplaşması üçün gözəl
fürsətdir.
Çində bu hadisənin həm də yaz festivalı
adlandığını bildirən
diplomat deyib: “Çinlilərin
ən əziz bayramı olan yaz festivalı bir çox ənənələr və
ayinlər ilə də zəngindir. İnsanlar Yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr
alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər,
küçə və
meydanlar, parklar kağızdan hazırlanmış
qırmızı fənərlərlə
bəzədilir, qapı
və pəncərələr
qırmızı rənglə
boyadılır. Bayram günü
qırmızı geyinmək
növbəti ildə
uğurlara yol açır. Bu gün Çin Yeni il bayramının
müxtəlif ölkələrdə
keçirilməsi, xüsusilə
Bakıda Milli Xalça
Muzeyində baş tutması bizi çox sevindirir”, - deyə xanım Qo Min əlavə edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri
Hicran Hüseynova bu gün
soyuq hava olsa da bu bayramın
ürəklərə istilik
gətirdiyini qeyd edib.
H.Hüseynova bu gün Bakıda Çin bayramının keçirilməsini yüksək
qiymətləndirib. Milli Məclisdə
Azərbaycan-Çin parlamentlərarası
komissiyanın ən geniş qrup olduğunu diqqətə çatdıran H.Hüseynova,
iki ölkə arasında mövcud dostluq, əməkdaşlıq
əlaqələrinin yüksək
səviyyədə olduğunu
vurğulayıb.
H.Hüseynova bu cür bayramların il ərzində mütəmadi
keçiriləcəyini deyib
və tədbir iştirakçılarını bir daha bayram
münasibətilə təbrik
edib.
Tədbir iştirakçılarına
Çin dilində müraciət edən
Rafiq Abbasov onlara yaşıl
əjdaha ilinin əfsanəsi barədə
məlumat verib. Tədbirdə gənclər
və uşaqların
təmsil olunduğunu
vurğulayan R.Abbasov
onların bədii çıxışlarının maraqla qarşılandığını
deyib.
Yanvarın 28-dək davam
edəcək “Baharı
salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin
inkişafına və
möhkəmlənməsinə töhfə olacaq.
Daha sonra ecazkar ölkənin
ustad dərsləri və
ənənəvi bayram
atributları əsl Çin Yeni ili ab-havası yaşadıb.
Tədbir bədii
hissə ilə davam edib.
Azərbaycan.-2024.-
24 yanvar, ¹ 14.- S.10.