Qış
turizmi: imkanımız
malik olduğumuzdan çoxdur
Yay mövsümündən
sonra növbə qış turizminindir. Bu fəsildə
də tətilə çıxıb istirahət
etmək, qarlı havanın dadını çıxarmaq
istəyənlər az
olmur. Son illərə qədər imkan və vaxt
baxımından fərqlənənlər
qış aylarında
daha çox xarici ölkələrə
üz tuturdular. Amma müşahidələr
göstərir ki, daxili qış turizminin inkişafı xaricə gedənlərin sayında bir qədər azalmaya səbəb olub.
Dünyada qış
turizmi ilə məşhur olan məskənlər çoxdur
və onlar öz ölkələrinin
iqtisadiyyatında kifayət
çəkiyə malikdirlər.
ABŞ-nin Çikaqo şəhəri, Yellouston
Milli Parkı, Estoniyanın Tallin, Belçikanın Brügge,
Çexiyanın Praqa
şəhərləri, Finlandiyada
Laplandiya, Avstriyada Halştad, Sloveniyada Bled gölü, İsveçrədə Alp
dağları, qardaş
Türkiyənin Uludağ,
Palandöken, Kartepe, Kartalkaya, Sarıkamış,
Erciyes, Davras bölgələri qış
turizminin döyünən
ürəyi sayılır.
Deyilən bu ərazilərdə hokkey,
konkisürmə, buzda
balıq ovu, qarda atsürmə, xizəksürmə, qış
festivalları və digər qış turizm əyləncələrindən
ləzzət almaq mümkündür.
Azərbaycanda turizmin
inkişafı 2011-ci ildən
başlayıb. Məhz
həmin ildən başlayaraq ölkədə
yay və qış turizmi üçün müasir
infrastruktur yaradılıb.
Xüsusilə hotelçilik
və turizm biznesinə sərmayə qoyuluşu bu sektorda irəliləyişə
səbəb olub. Dünyanın ən məşhur hotel brendləri də Azərbaycana maraq göstəriblər. İndi
əsasən paytaxtda həmin brendlər adı altında fəaliyyət göstərən hotellərin
sayı kifayət qədərdir. Bu sahədə tədbirlər
indi də davam edir. Çünki
bütövlükdə turizm
qeyri-neft sektorunun inkişafında əsas sahələrdən biri sayılır.
Ölkəmizdə qış
turizm mövsümünə əsasən
dekabrın 1-dən başlanılır.
Turistlər qış
aylarında da Quba, Qusar, Qəbələ,
Şamaxı, İsmayıllı,
Şəki, Lerik, Lənkəran rayonlarında
dincəlməyə üstünlük
verirlər. Bu rayonlarda yerləşən
3 və 4 ulduzlu, həmçinin ulduz kateqoriyası olmayan kottec tipli hotellər
fəaliyyət göstərirlər.
Hazırda ölkəmizdə
3 əsas qış turizm mərkəzi - "Şahdağ" Turizm Mərkəzi, "Tufandağ"
Qış-Yay Turizm Kompleksi və Naxçıvan Muxtar Respublikasında yerləşən
"Ağbulaq" İstirahət
Mərkəzi var. Peşəkar xizəkçilərin
çoxuna
"Şahdağ" Qış-Yay Turizm Kompleksi cəlbedici görünür. Qeyd edək ki, bu
kompleks istifadəyə
verildikdən sonra ölkəmizdə qış
turizminə böyük
maraq yaranıb. Şəhər mühitindən
uzaqlaşmaq istəyənlər
üçün "Şahdağ"
mükəmməl qış
istirahət zonasıdır.
Şəraitlə əlaqədar
burada süni qar yağdıran qurğular işə salınır. Süni qar xizəklə sürüşməyə tam
şərait yaradır.
Xizək sürməyə
marağı olmayan turistlər üçün
isə digər əyləncələr - motorlu
xizək, asma kanat, snoubord, dağ yolları ilə turlar, velosiped gəzintisi, yamac paraşütçülüyü
təklif olunur.
Bənzərsiz gözəlliyi
ilə seçilən
yerlərdən biri də "Tufandağ"
Dağ-Xizək Kompleksidir.
Xüsusi hazırlanmış
15 kilometrlik yamaclar snoubordinq və xizəklə sürüşmək
üçün əla
məkandır. İlk
dəfə xizək sürənlər üçün
istirahət kompleksinin
xizəksürmə məktəbi
də fəaliyyət
göstərir. Xizək
həyəcanından söz
düşəndə Naxçıvandakı
"Ağbulaq" İstirahət
Mərkəzi haqqında
söz deməsək fikrimiz yarımçıq qalmış
olar. Şahbuz dağlarının qoynunda
yerləşən bu mərkəz qış aylarında dağ-xizək,
yay aylarında isə dağ turizmini seçənlərə
xidmət göstərir.
Kəndin gözəl
təbiəti, səfalı
yerləri insanları
qış aylarında
da bura cəlb
edir. Mərkəzdə uzunluğu
1580, eni 18-30 metr olan dağ-xizək sahəsi turistlərin xidmətində durur.
Son günlər
yağan qar insanların
ağ təbiətin seyrinə çıxmaq marağını bir qədər də artırdı, xüsusən
şimal istiqaməti üzrə turist axınına səbəb
oldu. Onların arasında xarici qonaqlar da var
idi. Dövlət Turizm Agentliyinin (DTA) məlumatına görə,
təkcə 2023-cü ilin
dekabr ayında Azərbaycana
192 min 869 əcnəbi
vətəndaş səfər
edib ki, bu da 2022-ci ilin
göstəricisindən (143 min 814) 34,11 faiz çoxdur. Onlar Rusiya (47 min 347 nəfər), Türkiyə
(36 min 372 nəfər),
Hindistan (17 min 524 nəfər), İran (17 min
526 nəfər), Birləşmiş
Ərəb Əmirlikləri
(11 min 374 nəfər),
Gürcüstan (10 min
781 nəfər), Pakistan
(6009 nəfər), Qazaxıstan
(4823 nəfər), Özbəkistan
(4441 nəfər) və
Səudiyyə Ərəbistanı
vətəndaşları (4174 nəfər) olublar.
Qış mövsümünün
möcüzələri təkcə
şimal regionunda və
Naxşıvanda deyil,
işğaldan azad edilmiş ərazilərdə
də var. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq
işlərinin sürəti
ondan xəbər verir ki, yaxın
illər bu regionda həm də turizm sahəsi inkişaf edəcək. Laçında,
Kəlbəcərdə qış
turizmi üçün
kəşf edilməmiş,
insan ayağı dəyməyən cəlbedici
məkanlar var. Məlumdur ki, DTA-nın əsas hədəfi ölkəyə
daha çox əcnəbi turist cəlb edilməsinə nail olmaqdır. Bu baxımdan yay turizmi üçün Qarabağın, qış
turizmi üçün
Şərqi Zəngəzurun
turizm potensialı böyükdür. Ümumiyyətlə,
bu yerlərin relyefi, təbiəti, tarixi abidələri onu deməyə əsas verir ki, gələcəkdə
region hətta dünyanın turizm bölgələrindən birinə
çevriləcək. İki
hava limanı və tikilməkdə olan üçüncü
aeroport həm də məhz buna xidmət edir.
Dünya Turizm Təşkilatının hesablamalarına
görə, dünyada
turist gəzintisinə çıxmaq
istəyənlərin 35 faizə
qədəri qış
turizminə üstünlük
verirlər, baxmayaraq ki, bu, dünyada
ən bahalı turizm növüdür. Buna baxmayaraq, yaxın qonşularımız
Gürcüstan və
Türkiyə qış
turizminin inkişafı
sahəsində böyük
irəliləyişlər əldə
ediblər. Etiraf edək ki, Azərbaycanın
da bu sahədə
potensialı az deyil. Sadəcə, qalır həmin potensialdan səmərəli
istifadə edərək
ölkəmizin bu sahədə indiki 71-ci pillədən layiq olduğu yerə qalxması üçün
tədbirlər görmək.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
24 yanvar, ¹ 14.- S.10.