İtaliyalı
ekspert: Azərbaycan göstərdi ki, yanacaq enerjisi nəzərə alınmasa,
əsl “yaşıl” keçid reallaşa bilməz
Bu il Azərbaycanda dünyanın
ən irimiqyaslı tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası - COP29 keçiriləcək.
Noyabr ayında paytaxt Bakının ev sahibliyi edəcəyi
COP29-un Azərbaycanda keçirilməsi
ölkəmizin artan nüfuzunun ən parlaq göstəricilərindən
biridir.
Tədbirin
ölkəmizdə keçirilməsi barədə yekdil qərar
ötən il dekabrın 11-də Dubayda keçirilən
COP28-in plenar iclasında qəbul edilib. Azərbaycan indiyədək
bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və
onları ləyaqətlə həyata keçirib. Lakin
Prezident İlham Əliyevin dediyi kimi, COP29-u indiyədək təşkil
olunmuş tədbirlərlə müqayisə etmək olmaz.
Belə ki, iki həftə ərzində Bakı
dünyanın mərkəzinə çevriləcək və
70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
Ümumiyyətlə,
qarşıdakı illər ərzində ölkədə bərpa
olunan enerji mənbələrinin inkişafı istiqamətində
bir çox yeniliklər gözlənilir, Şərqi Zəngəzur
və Naxçıvanda bu sahədə bir sıra məqsədlərə
nail olunması nəzərdə tutulur. Azərbaycanın
2030-cu ilə qədər
sosial-iqtisadi inkişafa
dair milli prioritetlərindən birinin
“Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi,
2024-cü ilin Prezident
İlham Əliyevin Sərəncamı ilə
Azərbaycanda “Yaşıl
dünya naminə həmrəylik ili” elan olunması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə
Naxçıvan Muxtar
Respublikasının “yaşıl
enerji” zonası elan edilməsi aparılan məqsədyönlü
dövlət siyasətinin
tərkib hissəsidir.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının Azərbaycanda
keçirilməsi ilə
bağlı AZƏRTAC-ın
suallarını beynəlxalq
münasibətlər üzrə
italiyalı ekspert Salvator Santajelo cavablandırıb.
- İlk öncə,
Azərbaycanın COP29-u uğurla
keçirmək səylərini
necə qiymətləndirirsiniz?
Ölkə ən
çətin məsələnin
öhdəsindən artıq
gəlib: beynəlxalq
ictimaiyyətin neft-qaz
ölkələrinə geniş
inamsızlığı səbəbindən
tədbirin keçirilməsi
ilə bağlı konsensusa nail olmaq asan olmadı.
Sonda Azərbaycan tenderdə qalib gələrək dünyaya,
eləcə də “enerji həmkarlarına”, yəni digər enerji ixrac edən
ölkələrə göstərə
bildi ki, yanacaq enerjisi nəzərə alınmazsa,
əsl “yaşıl” keçidin reallaşması
və iqlim dəyişikliyinə qarşı
real mübarizə baş verə bilməz. Bu, tarixi hadisə olacaq və bütün amillər onu deməyə əsas verir ki, ölkə bu fürsətdən uğurla istifadə edəcək. COP29-a təxminən
on ay qalıb,
lakin ölkə artıq marketinqdən tutmuş seçim komitələrinə qədər
tədbirə intensiv şəkildə hazırlaşır.
- Azərbaycanda keçiriləcək
COP29 iqlim dəyişikliyi
ilə mübarizə
üçün gələcək
addımların müəyyən
edilməsində mühüm
rol oynayacaq. Sizcə, konfransda hansı mövzular əsas təşkil edəcək? Konfransın
gündəliyinə hansı
məsələlərin daxil
edilməsini zəruri
hesab edirsiniz?
Beynəlxalq ictimaiyyətin
iqlim əsaslı mövcud beynəlxalq paktların icra vəziyyətini qiymətləndirmək
üçün Azərbaycanda
toplanacağı gözlənilir.
BMT mənbələrinə görə, COP29 üzvləri
tərəfindən digər
məsələlərlə yanaşı, ilk gücləndirilmiş şəffaflıq
çərçivəsini və maliyyə ilə bağlı yeni hədəfləri yekunlaşdıracaqları gözlənilir.
- Azərbaycan qlobal
“yaşıl gündəliy”in
həyata keçirilməsinə
hansı töhfəni
verə bilər və bu baxımdan
Azərbaycanda “yaşıl
enerji”nin inkişafı istiqamətində
həyata keçirilən
tədbirləri necə
qiymətləndirirsiniz? Sizcə,
Azərbaycan bu məqsədə çatmaq
üçün nə
etməlidir?
Azərbaycan böyük
neft və qaz ölkəsidir və bu o deməkdir
ki, onun təmiz iqtisadiyyata keçid öhdəliyi dünyanın digər neft ölkələri üçün nümunə
ola bilər. Azərbaycanda “yaşıl
enerji” layihələrinin
sayı getdikcə artır, onların bir çoxu xarici oyunçular, o cümlədən İtaliya
və digər Avropa enerji korporasiyaları
tərəfindən maliyyələşdirilir
və proqnoz ümumilikdə çox müsbətdir. Fikrimcə,
ölkə günəş
elektrik stansiyalarına
qoyulan sərmayələrlə
yanaşı, daha çox külək elektrik stansiyalarını
və su elektrik stansiyalarını
maliyyələşdirməyə çalışmalı, eyni
məqsədlə daha
çox beynəlxalq investor cəlb etməlidir.
- Ölkəmizin iqlim
gündəliyinə və
dekarbonizasiya planlarına
sadiqliyini necə qiymətləndirirsiniz?
Azərbaycan enerjinin
şaxələndirilməsinə və “yaşıl keçid”ə çoxlu resurs yatırır. Son bir neçə ildə günəş və külək enerjisi ilə bağlı onlarla layihə maliyyələşdirilib
və inkişaf etdirilib. Üstəlik, onların müvafiq hissəsi “yaşıl” hidrogen sənayenin qurulması istiqamətində
ilk addımların atılması fonunda xarici ölkələrin və investorların artan marağının nəticəsidir. İnvestisiyaya
əlavə olaraq, ölkə könüllü
olaraq 2040-cı və
2050-ci illərə qədər
təmiz enerji iqtisadiyyatı qurmağı
öhdəsinə götürüb
və karbon emissiyalarını 40 faiz azaltmağı planlaşdırır.
İqlim məqsədlərinə
nail olmaq üçün ölkə
2016-cı ildə ilk
“yaşıl” inkişaf
göstəricilərini hazırlayıb
və iqlimə uyğun məqsədləri
“Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”
kimi əsas sənədlərə daxil
edib.
- Cənubi Qafqazın
dünya iqtisadiyyatına
inteqrasiyasında Azərbaycanın
rolunu necə qiymətləndirirsiniz?
Azərbaycansız Cənubi
Qafqaz qlobal rola malik ola bilməz. Azərbaycan bir tərəfdən Avropaya aparıcı enerji ixracatçısı kimi
çıxış edir,
digər tərəfdən
isə Avrasiyanın dörd əsas istiqamətini birləşdirən
bir növ mərkəzə çevrilib.
Ölkə Avropa-Mərkəzi
Asiya-Çin ticarətində
və beynəlxalq Şimal-Cənub dəhlizində
böyük rola malikdir. Hazırda Azərbaycan Ermənistanla
sülh prosesini sürətləndirməyə çalışır, çünki
Qarabağ probleminə
görə indiyədək
regionun potensialı lazımi şəkildə
inkişaf etdirilə bilməyib. Bu gün Azərbaycanın suverenliyinin
tam bərpa olunduğu
və Ermənistanla sülhün yaxınlaşdığı
bir vaxtda Cənubi Qafqazda siyasi vəziyyətin sabitləşməsi müşahidə
olunur. Gürcüstandakı
separatizm problemi və Ermənistanın coğrafi məhdudiyyəti
səbəbindən Azərbaycan
regionda Avrasiya körpüsü rolunu oynaya biləcək yeganə ölkədir.
Azərbaycan.-
2024.- 24 yanvar, ¹ 14.- S.11.