Londonda
Baronessa Koksun və erməni diasporunun növbəti təxribatının qarşısı
alınıb
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığında fəaliyyət göstərən Azərbaycan
icması erməni diasporunun və havadarlarının növbəti
təxribatının qarşısını alıb.
Britaniya Azərbaycanlıları
Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki,
Londonun mərkəzində yerləşən məşhur
Karlton Klubu “Ermənistan: Dağlıq Qarabağın etnik təmizlənməsi”
mövzusunda fevralın 5-də keçirilməsi nəzərdə
tutulan tədbirə ev sahibliyi etməyi
planlaşdırırdı:
"Bu tədbir
qatı ermənipərəst, türklüyə və islam
dininə düşmən münasibəti bəsləyən
Baronessa Karolina Koks, ona dəstək verən Lord de Moli TD və
Ermənistanın Birləşmiş Krallıqdakı səfiri
Varujan Nersesyan tərəfindən təşkil olunmalı
idi".
Bundan xəbər
tutan Britaniya Azərbaycanlıları Cəmiyyəti ölkədəki
Azərbaycan İcmasının adından Karlton Klubunun rəhbərliyinə
açıq etiraz məktubu göndərib. Məktubun surəti
Britaniya xarici işlər naziri Devid Kemerona, parlament üzvlərinə,
Lordlar Palatasının üzvləri Lord Evans, Lord Əhməd,
Lord Kilkluni, Lord Sarfraz və Baronessa Manzila Pola Udinə, Avropa və
Şimali Amerika üzrə nazir Leo Dokertiyə, Britaniya
XİN-in xüsusi komitəsinin rəhbəri Alisiya Kernsə,
“Mühafizəkarların Səsi” təşkilatının rəhbərliyinə
ünvanlanıb.
Nəzərə
çatdırılıb ki, tarixi məkanın əsassız
tədbirə ev sahibliyi etməsi Azərbaycan icmasının
dərin narahatlığına səbəb olub. Azərbaycanla
Ermənistanın sülh müqaviləsini imzalamağa
yaxın olduğu bir zamanda belə tədbirin təşkilinin
iki ölkə arasında sülh perspektivlərini
açıq şəkildə pozduğu, Birləşmiş
Krallığın sülhü dəstəkləyən
mövqeyinə və ölkənin xarici siyasətinə tam
zidd olduğu vurğulanıb.
Azərbaycana
qarşı etnik təmizləmə iddialarının tamamilə
əsassız olduğu, BMT və Beynəlxalq
Qırmızı Xaç Komitəsinin
faktaraşdırıcı missiyalarının Qarabağda
mülki infrastruktura hər hansı ziyanın dəydiyinə
və ya Azərbaycan hakimiyyəti tərəfindən erməni
mülki şəxslərinin məcburi
köçürüldüyünə dair heç bir fakt
aşkar etmədiyi və sənədləşdirmədiyi bir
daha yada salınıb. Bundan başqa, Ermənistanın
Britaniyadakı səfirinin öz ölkəsinin Baş naziri
Nikol Paşinyanın siyasətinin əleyhinə olan
görüşün təşkilatçıları arasında
olması təəccüblü fakt kimi xüsusi
vurğulanıb.
Mötəbər
sübutların olmadığı təqdirdə, əsassız
ittihamların davam etdirilməsi nəticəsində xoşagəlməz
vəziyyətin yarana biləcəyini, ötən il Queen Mary
Universitetinin nümunəsini xatırladan cəmiyyət sədri
Karlton Klubunun rəhbərliyini bu qərəzli tədbiri ləğv
etməyə çağırıb.
Karlton
Klubunun katibi Simon Robinsonun adından Britaniya Azərbaycanlıları
Cəmiyyətinin sədri Fəridə Pənahovaya
ünvanlanan 22 yanvar 2024-cü il tarixli rəsmi məktubda bu
görüşün klubda baş tutmayacağı təsdiqlənib.
“Bu, bizim Britaniya diasporunun erməni diasporu və ermənipərəstlər
üzərində növbəti qələbəsidir”, - deyə
Fəridə Pənahova vurğulayıb.
Azərbaycan.-2024.-
24 yanvar, ¹ 14.- S.11.