Küveyt həmişə Azərbaycanın
haqlı mövqeyini dəstəkləyib
Yanvarın 23-də Milli
Məclisin Beynəlxalq
münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin üzvləri
Küveyt Ümmət
Məclisinin Azərbaycanla
parlamentlərarası dostluq
qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik
etdiyi nümayəndə
heyəti ilə görüşüblər.
Parlamentin Mətbuat
və ictimaiyyətlə əlaqələr komitəsindən
AZƏRTAC-a bildiriblər ki, komitənin sədr müavini
Sevinc Fətəliyeva Azərbaycanın və Küveytin həm
ikitərəfli, həm də çoxtərəfli formatda, həmçinin
beynəlxalq təşkilatlar çərçivəsində
uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Bu il iki
ölkə arasında
diplomatik əlaqələrin
yaradılmasının 30 illiyinin
qeyd olunacağını
deyən S.Fətəliyeva
ötən illər ərzində siyasi, iqtisadi, mədəniyyət,
turizm, kənd təsərrüfatı və
digər sahələrdə
əməkdaşlığın inkişafından danışıb.
O, qonaqlara Azərbaycanın
öz ərazilərini
işğaldan azad və suverenliyini tam bərpa etməsi, həmin ərazilərdə aparılan
tikinti-quruculuq işləri,
Ermənistanla sülh
danışıqları prosesi,
Ermənistanla münasibətlərin
normallaşdırılması üçün Azərbaycanın
səyləri, həyata
keçirilən yaşıl
enerji layihələri
haqqında məlumat verib, İslam həmrəyliyinin əhəmiyyəti
barədə fikirlərini
bölüşüb.
Məhəmməd Haif
Əl-Muteyri ölkəmizə
səfərindən və
burada keçirdiyi görüşlərdən məmnunluqla
danışıb. Qonaq
Azərbaycanın torpaqlarını
işğaldan azad etməsi münasibətilə
təbriklərini çatdıraraq,
Küveytin həmişə
ölkəmizin haqlı
mövqeyini dəstəklədiyini
vurğulayıb.
Qonaq Küveytlə
Azərbaycanın oxşar
cəhətləri, ölkələrimizi
və xalqlarımızı
birləşdirən ümumi
dəyərlər, investisiyaların
təşviqi, parlamentlər
arasında, həmçinin
digər sahələrdə
qarşılıqlı əməkdaşlığın
daha da inkişaf
etdirilməsi imkanları
barədə fikirlərini
bölüşüb.
Görüşdə iştirak edən Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
üzvü Asim Mollazadə Azərbaycanın
xarici siyasət strategiyası, ölkəmizin
dünya enerji tarixindəki yeri, Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasındakı rolu
və digər məsələlər barədə
məlumat verib.
Söhbət zamanı
qarşılıqlı maraq
doğuran digər mövzularda da müzakirələr aparılıb.
Azərbaycan.-2024.-
24 yanvar, № 14.- S.3.