Seçkilərin
demokratik keçirilməsi
üçün bütün
tədbirlər görülür
2024-cü il fevral
ayının 7-də keçiriləcək
növbədənkənar prezident
seçkiləri əvvəlki
illərdən fərqli
olaraq ilk dəfə bütün ölkə ərazisini əhatə edəcək.
Səsvermənin tam şəffaf və demokratik şəraitdə
keçməsi üçün
bütün seçki
dairə və məntəqələrində yüksək
səviyyədə təşkilati
işlər aparılır.
Görülən mühüm
və zəruri işlər nəticəsində
məntəqələr seçkilərə
tam hazırlıq vəziyyətinə gətirilib.
Qısa müddət
ərzində məntəqələrdə
lazımi avadanlıqlar
quraşdırılıb və
metodiki vəsaitlərlə,
yanğın təhlükəsizliyi,
fasiləsiz rabitə,
həmçinin elektrik
enerjisi ilə təchiz olunub. Məntəqələrə seçki
qutuları və lazımi inventar avadanlıqlar paylanılıb,
seçici siyahıları
və məlumat lövhələri asılıb.
Seçki məntəqələrinə
mürəkkəb və
ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib.
Katib və üzvlər, habelə seçkini izləyəcək
müşahidəçilər üçün yerlər
müəyyənləşdirilib. Seçki məntəqələrinin
ərazisində seçkiqabağı
təşviqatın aparılması
və təşviqat materiallarının lövhələrdə
yerləşdirilməsi üçün
müvafiq yerlər ayrılıb.
Mərkəzi Seçki
Komissiyası tərəfindən
hazırlanmış slaydların
və əyani vəsaitlərin köməyi
ilə iştirakçılara
səsvermə günü
məntəqə seçki
komissiyaları üzvlərinin
rolu və vəzifələri, səsvermə
otağının təşkil
edilməsi qaydası,
seçki günü
müşahidəçilərin hüquqları, səsvermə
günü məntəqənin
açılması, səsvermə
ilə bağlı məlumatların çatdırılması
vaxtı, səsvermədə
iştirak edən vətəndaşların barmaqlarının
mürəkkəblə işarələnməsi,
səslərin hesablanması
və sairə ilə bağlı informasiyalar verilib.
7 fevral növbədənkənar
prezident seçkiləri
müstəqillik dövründən
bəri ilk dəfə olaraq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da keçiriləcək. Doğma
ocaqlarına qayıtmış
insanlar prezident seçkilərində iştirak
etməyin sevincini yaşayacaqlar. İşğaldan
azad olunmuş ərazilərdə seçki
məntəqələri yaradılıb.
Bu məntəqələr
seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi
üçün əlverişli
avadanlıq və texniki vasitələrlə
təmin olunub. Vətəndaşların seçki
günü rahat səs vermələri üçün hər cür şərait yaradılıb.
Mərkəzi Seçki
Komissiyası Katibliyinin
müdiri İlqar Əlizadənin sözlərinə
görə, işğaldan
azad olunmuş ərazilərdə seçki
məntəqələri üçün
yüksək səviyyədə
binalar ayrılıb:
"Hər bir seçki məntəqəsi
lazımi kommunikasiya ilə təmin olunub. Seçki məntəqələrinin yerləşdiyi
otaqların təchizatı
başa çatdırılıb.
Məntəqələrə elektrik enerjisinin fasiləsiz verilməsi nəzarət altındadır.
Mərkəzi Seçki
Komissiyası olaraq, biz də seçki
məntəqələrini lazımi
təchizatla təmin etmişik. Seçki məntəqələri seçki
günü istifadə
olunacaq ultrabənövşəyi
lampalar, səsvermə
kabinələri, şəffaf
seçki qutuları,
seçici siyahıları
və digər zəruri ləvazimatlarla təchiz olunub".
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
və Mərkəzi Seçki Komissiyasının
nümayəndələri seçkilərə
hazırlığın vəziyyətini
öyrənmək üçün
işğaldan azad olunmuş Ağdərə,
Kəlbəcər, Laçın,
Şuşa, Ağdam,
Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl,
Xocavənd, Xocalı və Xankəndi ərazisində yaradılmış
seçki məntəqələrinə
baxış keçiriblər.
Seçkiyə hazırlığın
vəziyyəti məntəqə
seçki komissiyalarının
sədrləri və üzvləri ilə birgə müzakirə edilib.
Verilən məlumatlara
görə, işğaldan
azad olunmuş ərazilərdə 26 seçki
məntəqəsi təşkil
edilib. Təşkil olunmuş seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700 nəfəri
həmin ərazilərə
daimi yaşamaq üçün doğma ocaqlarına qayıdanlardır.
18 min nəfərdən
çoxu isə tikinti-quruculuq işlərində
çalışan vətəndaşlardır.
7 fevral 2024-cü ildə
keçiriləcək növbədənkənar
prezident seçkilərində
ölkə hüdudlarından
kənarda yaşayan və ya uzunmüddətli
xarici ezamiyyətlərdə
olan Azərbaycan vətəndaşlarının seçki hüququnun təmin edilməsi məqsədilə də müvafiq tədbirlər görülmüşdür. Azərbaycanın
diplomatik nümayəndəlikləri
və konsulluqları tərəfindən ölkə
hüdudlarından kənarda
yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə
olan 18 yaşına çatmış vətəndaşlarımızdan
ibarət seçici siyahıları Mərkəzi
Seçki Komissiyasına
təqdim olunub. Təqdim edilmiş bu məlumatlar əsasında seçkilərin
ölkə hüdudlarından
kənarda təşkili
məqsədilə ümumilikdə
37 ölkədə 49 seçki
məntəqəsi yaradılıb.
Seçki Məcəlləsinə
əsasən, konsul qeydiyyatında olan seçicilərin sayı
50-dən artıq olan
diplomatik nümayəndəlik
və konsulluqlarda səsvermə həyata keçiriləcək. Ölkələrin
yerli vaxtına uyğun olaraq saat 08:00-19:00-da Azərbaycanın
seçki məntəqələri
yaradılmış diplomatik
missiyalarında keçiriləcək
növbədənkənar prezident
seçkiləri ölkəmizin
Çin Xalq Respublikasındakı səfirliyində
başlayacaq, ABŞ-nin
Los Anceles şəhərindəki
Baş konsulluğunda
tamamlanacaq.
Faktlardan, məlumatlardan
göründüyü kimi,
artıq seçki məntəqələri seçiciləri
qəbul etməyə
tam hazır vəziyyətdədir. Azərbaycan
vətəndaşlarının rahat səs vermələri üçün
dairə və məntəqələrdə hərtərəfli
şərait yaradılıb.
Seçkilərin azad,
demokratik və şəffaf şəkildə
keçirilməsi təmin
olunub. Bir qalır vətəndaşların
seçkilərdə fəal
iştirakı. Əminliklə
demək olar ki, seçicilər fevral ayının 7-də
hərtərəfli şərait
yaradılmış məntəqələrə
gələrək vətəndaş
mövqeyini ifadə edəcək və ən yaxşı namizədə səs verəcəklər.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.6.