İndi ölkəmizin ərzaqla təminatı əsasən
Azərbaycan kəndinin
üzərinə düşür
Son 20 ildə Azərbaycanda əksər
kənd təsərrüfatı
və ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin
yüksəldilməsi təmin
olunub. Bununla yanaşı, qlobal dəyər zəncirinə
inteqrasiyanın güclənməsi
nəticəsində kənd
təsərrüfatı məhsulları
ixracının həcmi 10 dəfədən
çox artıb.
Keçən əsrin
80-ci illərinin sonu -
90-cı illərinin əvvəllərində
Azərbaycanda baş verən məlum hadisələr ölkənin
kənd təsərrüfatına
da böyük zərbə endirmişdi. Aqrar sektorun pambıqçılıq
kimi aparıcı sahəsi tənəzzülə
uğramış, üzüm
bağları məhv
edilmiş, tütünçülük,
baramaçılıq, çəltikçilik
və s. demək olar ki, tam
unudulmuşdu.
Yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan
sonra Azərbaycan kəndində həyat yenidən qaynadı, torpaq yenidən canlandı. Ümummilli Lider keçmiş
SSRİ məkanında ilk
dəfə olaraq torpaq islahatı həyata keçirdi, kəndli öz torpağının, öz
taleyinin sahibi oldu.
Lakin kənd təsərrüfatında işlərin
tam qaydasına düşməsi üçün
çox vaxt lazım gəldi. Çünki kolxoz və sovxozlar dağılmış, onlara
məxsus əmlak talan edilmişdi. Torpağı əkib-becərmək
üçün texnika,
gübrə, toxum və s. çatışmırdı.
Tədricən öz məcrasına düşən
işlərə əsl
təkanı
isə 2004-cü ildən
başlayaraq regionların
sosial-iqtisad inkişafına
yönəldilən dövlət
proqramları verdi. Daha sonra aqrar
sahənin inkişafı
dövlətin əsas
prioritetlərindən birinə
çevrildi. Unudulmuş
sahələrin hamısının
dirçəldilməsi tam
ciddiliyi ilə gündəmə gəldi.
Belə ki, 2017-ci ilin iyul ayında
"Azərbaycan Respublikasında
pambıqçılığın inkişafına dair
2017-2022-ci illər üçün
Dövlət Proqramı"
qəbul edildi. Pambıqçılıq rayonlarında
sahənin inkişafını
hədəfləyən müşavirələr
keçirildi. 2011-ci ilin dekabrında qəbul edilən "2012-2020-ci illərdə
Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət Proqramı",
həmçinin 2018-ci ilin mayında təsdiqlənən "2018-2025-ci illərdə Azərbaycan
Respublikasında şərabçılığın
inkişafına dair Dövlət Proqramı"
ölkədə üzümçülüyün
yenidən genişləndirilməsinin,
innovativ texnologiya əsasında inkişafının,
sənaye miqyasında
istehsal edilən müxtəlif çeşidli
üzüm məhsullarının
daxili və xarici bazarlara çıxarılmasının əsas istiqamətlərini
müəyyənləşdirdi. 2017-ci ilin avqust ayında barama, tütün və fındıq istehsalının
inkişafı məsələlərinə
dair respublika müşavirəsi keçirildi.
Həmin ilin noyabrında təsdiq edilən sənəd isə "Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin inkişafına dair
2018-2025-ci illər üçün
Dövlət Proqramı"
idi. Son illər, eləcə də respublikanın hər tərəfində
ənənəvi, intensiv
və superintensiv bağlar salınması geniş vüsət alıb.
Bir sözlə,
kənd təsərrüfatının
elə bir sahəsi yoxdur ki, dövlətin diqqət mərkəzində
olmasın. Eyni zamanda aqrar sahə
üzrə dövlət
dəstəyi, o cümlədən
maliyyələşmə mexanizmi
təkmilləşdirilib, müasir
tələblərə uyğun
aqrar sığorta sistemi yaradılıb və investisiyaların cəlbi üzrə stimullar sistemi formalaşdırılıb. Sahədə
idarəetmə sistemi
təkmilləşdirilib, Elektron
Kənd Təsərrüfatı
İnformasiya Sistemi tam tətbiq olunub, geniş əhatəli məlumat bazaları yaradılıb.
Kənd təsərrüfatında
intensiv inkişaf trendi formalaşdırılıb,
innovasiyalardan istifadə
genişlənib, "ağıllı
kənd təsərrüfatı"
həllərinin tətbiqinə
başlanıb. Bütün
bunlar da öz bəhrəsini verir.
Ümumiyyətlə, son 20 ildə kənd təsərrüfatındakı
irəliləyişin rəqəmlərdə
ifadəsinə nəzər
salaq: bu illər ərzində istehsal həcmi real ifadədə 2,1 dəfədən
çox artıb. Bununla da qeyri-neft
sektorunda yaradılmış
əlavə dəyərin
orta hesabla 10 faizi aqrar sahənin
payına düşüb.
İki onillik müddətində əkin
sahələri 25,9 faiz
artıb. Görülən
ardıcıl tədbirlər
sayəsində kənd
təsərrüfatına investisiya
qoyuluşu 11 dəfə
yüksəlib. Əsas
kənd təsərrüfatı
bitkilərinin istehsalında
əhəmiyyətli artım
əldə edilib. Belə ki, dənli
və dənli paxlalıların istehsalında
57,9 faiz artıma nail olunub. Digər
bitkilərin də istehsalı artıb (kartof 31,4 faiz, meyvə və giləmeyvə 2,2 dəfə,
tərəvəz 74,5 faiz,
pambıq 2,8, üzüm
3,5 dəfə, çay19 faiz).
Heyvandarlıq sahəsində
də son 20 ildə xeyli irəliləyiş olub. Əsas heyvandarlıq məhsullarından kəsilmiş
ət istehsalında
2, süd istehsalında
2, bal istehsalında 12,3 dəfə
artım müşahidə
edilib.
Təkcə keçən
il kənd təsərrüfatının ümumi
məhsulunun faktiki qiymətlərlə dəyəri
12 milyard 210,6 milyon manat təşkil edib. Bunun 6 milyard
276,7 milyon manatı heyvandarlıq, 5 milyard
933,9 milyon manatı bitkiçilik məhsullarının
payına düşüb.
2022-ci illə müqayisədə
kənd təsərrüfatının
istehsalı 3, o cümlədən
heyvandarlıq məhsulları
üzrə 3,2, bitkiçilik
məhsulları üzrə
2,7 faiz artıb.
Keçən il
qarğıdalı da
daxil olmaqla, 948,3 min hektar sahədən,
hər hektardan orta hesabla 33 sentner olmaqla ilkin çəkidə 3 milyon 248,6 min ton dənli və dənli paxlalı bitkilər toplanıb. Ondan əvvəlki illə müqayisədə 2,8 faiz
çox məhsul götürülüb. İstehsal
olunmuş dənli və dənli paxlalı bitkilərin 56,4
faizini buğda təşkil edib, buğdanın məhsuldarlığı
33,8 sentner olub. Bundan əlavə, 2022-ci ildəkindən çox tərəvəz, meyvə
və giləmeyvə,
üzüm, yaşıl
çay yarpağı,
tütün yığılıb.
Heyvandarlıq sahəsində
2022-ci illə müqayisədə
ət istehsalı 3,1,
süd istehsalı
0,9, yumurta istehsalı
8,4, barama istehsalı
4,6 faiz artıb.
Ölkədə 2024-cü ilin məhsulu üçün payızlıq
bitkilərin kütləvi
səpini aparılıb.
Cari il yanvarın
1-i vəziyyətinə 1 milyon
25,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin
99 faizini, yaxud 1 milyon 15,6 min hektarını dən üçün payızlıq
bitkilər təşkil
edib. Bunun da 598,3 min hektarı
buğda, 417,1 min hektarı arpa, 0,2 min hektarı çovdar əkinlərinin
payına düşüb.
Deməli, bu ilin də məhsulunun
təməli qoyulub. Sanki təbiət də insanlara bu işdə dəstək verir. Ölkənin hər tərəfinə yağan
qar çöllərə,
tarlalara bar-bərəkət,
bizlərə bol ruzi vəd edir.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
25 yanvar, ¹ 15.- S.8.