Zəngəzur dəhlizi açılarsa...

 

 

Bu, Azərbaycan-Ermənistan əməkdaşlığı üçün yaxşı başlanğıc ola bilər

 

 

 

"Zəngəzur dəhlizinin açılması həm Ermənistanın milli dövlət maraqlarına uyğun olar. Ermənistan rəhbərliyi anlamalıdır ki, müharibə başa çatıb, indi sülh əməkdaşlıq dövrüdür. Azərbaycan sülh istəyir, müharibənin əleyhinədir. İki ölkə mehriban qonşuluq şəraitində yaşamalı əməkdaşlıq etməlidir. Əgər Ermənistan bu yolu seçməsə, uduzan özü olacaq".

Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat bildirib ki, Zəngəzur dəhlizinin açılmasına dair Azərbaycan dövlətinin mövqeyi tam aydın, ədalətli əməkdaşlıq istiqamətinə əsaslanır: "Azərbaycanın quru yolu ilə Naxçıvana gedən yüklər bu dəhlizdən gömrük rüsumu olmadan, yoxlamalar aparılmadan çatdırılmalıdır. Habelə, Naxçıvandan Zəngəzur dəhlizi vasitəsilə Azərbaycana gələn yüklər gömrük rüsumundan digər yoxlamalardan azad olunmalıdır. Lakin Ermənistan üzərindən daşınacaq yüklər gömrük rüsumu ödənilməklə bəlli sərhəd-nəzarət qaydaları yerinə yetirməklə həyata keçirilməlidir".

Deputatın sözlərinə görə, bu dəhlizin açılması Ermənistana da fayda verər. Bununla Ermənistan keçid rolunu oynamaqla gəlirlərini artıra, tranzit ölkə kimi mövqelərini möhkəmləndirə bilər. Eyni zamanda bu dəhlizin işə düşməsi İrəvanı dalandan çıxarar. Bu həm Azərbaycan-Ermənistan əməkdaşlığı üçün yaxşı başlanğıc ola bilər. Çünki Azərbaycan dövlətinin mövqeyi belədir ki, əgər Zəngəzur dəhlizi açılmazsa, Ermənistanla Azərbaycan arasında heç yerdə sərhədlər açılmayacaq. Deməli, indiki şəraitdə Ermənistan iki yoldan birini seçməlidir - ya dəhliz açılmalı Ermənistan özü inkişaf etməli, Cənubi Qafaqaza əməkdaşlıq gəlməlidir, ya da dəhlizdən imtina edərək dalan dövlət olaraq qalmaqda davam etməli, regionda əməkdaşlıq qurulmamalıdır.

Musa Qasımlının fikrincə, ötən illərin təcrübəsi göstərir ki, uzun illər ərazilərinin işğal altında qalmasına, məcburi köçkün qaçqınlarının olmasına baxmayaraq, Azərbaycan inkişaf edən dövlətdir.  Bu gün ərazilərini işğaldan tam azad etmiş, dövlət suverenliyini möhkəmləndirmiş daha güclü Azərbaycan mövcuddur. Ona görə Ermənistan kiminlə qonşu olduğunu anlamalı bilməlidir ki, onların xəyal etdikləri şərait regionda heç zaman yaranmayacaq.

Deputat yekunda vurğulayıb ki, Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı təklifi Ermənistanın suverenliyini təhdid xarakteri daşımır. İrəvanın öhdəliklərdən boyun qaçırmaq üçün əsassız bəhanələr uydurması nəticə verməyəcək. Beynəlxalq təcrübəyə cavab verən Zəngəzur dəhlizinin açılması təklifi reallaşacağı halda, həm Azərbaycan, həm Ermənistan iqtisadi dividendlər əldə edəcək. O zaman bu layihənin qədər yararlı olduğu bir daha məlum olacaq.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 25 yanvar, № 15.- S.4.