M.C.Əhmədovun
2-ci dərəcəli "Vətənə xidmətə
görə" ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında
dövlət qulluğunda
uzunmüddətli səmərəli
fəaliyyətinə görə
Məhərrəm Camal
oğlu Əhmədov
2-ci dərəcəli "Vətənə xidmətə
görə" ordeni
ilə təltif edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar
2024-cü il
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.2.