Azərbaycanla Özbəkistan
arasında əməkdaşlıq dinamik inkişaf edir edir
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər
ki, Sahibə Qafarova Özbəkistanla Azərbaycan arasında
siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın
dinamik inkişaf etdiyini deyib.
Parlamentlərarası əməkdaşlığın
dərinləşdirilməsi istiqamətində görülən
işlərdən söz açan S.Qafarova qanunverici orqanlar
arasında münasibətlərin də yüksək səviyyədə
olmasını, hər iki ölkənin parlamentində dostluq
qruplarının fəaliyyət göstərməsini təqdir
edib. Milli Məclisin
sədri qeyd edib ki, qarşılıqlı
səfərlər və
müsbət dialoq münasibətlərimizin daha
da genişlənməsinə
töhfəsini verir.
O, iki ölkənin parlamentarilərinin beynəlxalq
təşkilatlarda əməkdaşlıq
etdiyini diqqətə çatdırıb.
Özbəkistanın
hər zaman Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini bildirən
Milli Məclisin sədri işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistanın tikdiyi
məktəbin xalqlarımız
və dövlətlərimiz
arasındakı doğmalığın
nümunəsi olduğunu
da diqqətə çatdırıb.
O, Azərbaycanın
öz torpaqlarını
işğaldan azad etdikdən sonra bəzi Avropa ölkələrinin və
beynəlxalq təşkilatlarının
ölkəmizə qarşı
qərəzli münasibətindən
danışıb.
Görüşdə
fevralın 7-də Azərbaycanda
keçiriləcək növbədənkənar
Prezident seçkiləri
ilə bağlı fikir mübadiləsi aparılıb.
Akmal Saidov dost ölkələrimiz
arasında münasibətlərin
daim inkişaf etdiyini söyləyib. O, parlamentlərimiz arasında
münasibətlərin daha
da inkişaf etdirilməsinin əhəmiyyətini
vurğulayıb.
A.Saidov
Özbəkistanda ötən
il aparılmış
konstitusiya islahatları
zamanı Azərbaycanın
2018-ci ildə bu sahədəki təcrübəsindən
istifadə olunduğu
barədə fikirlərini
bölüşüb, qarşılıqlı
təcrübə mübadiləsinin
əhəmiyyətini qeyd
edib.
O, Milli
Məclisin sədrinə
Özbəkistan və
Azərbaycan alimlərinin
birgə əməyinin
bəhrəsi olan tarix və mədəniyyət
sahələrinə dair
kitablar təqdim edib. Kitablarda ölkəmizdə əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş
sabitliyin və təhlükəsizliyin qorunması,
davamlı iqtisadi artım, müasir infrastrukturun yaradılması,
enerji müstəqilliyinin
təmin olunması, geniş sosial təminat proqramlarının
həyata keçirilməsi,
texnoloji tərəqqi
və elektron hökumətə keçid
və digər uğurlar təhlil olunub.
Görüşdə Milli Məclisin
Özbəkistanla parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri Eldar
İbrahimov, Parlament Aparatının rəhbəri Fərid
Hacıyev və digər rəsmi şəxslər iştirak
ediblər.
Azərbaycan.-2024.- 25 yanvar, № 15.-
S.2.