AŞPA-ya tərs şillə

 

 

"Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səsvermə hüququnun dondurulması ilə bağlı təklif ölkəmizə qarşı riyakar davranışın göstəricisi idi. Buna görə nümayəndə heyətimizin AŞPA ilə əməkdaşlığı təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması barədə qərar verməsini təqdirəlayiq hesab edirəm".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Onun sözlərinə görə, ölkəmiz üçün ümumiyyətlə heç bir əhəmiyyət kəsb etməyən AŞPA-nın əleyhimizə qərəzli qərarlar qəbul etməsinin dəfələrlə şahidi olmuşuq: "Müxtəlif vaxtlarda bu qurum Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən hesabatlar hazırlayıb.  Son qərəzli davranışları ilə AŞPA Azərbaycanı guya insan hüquqlarını pozmaqda ittiham edirdi. Lakin Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququnun dondurulması barədə təşəbbüsün insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı gün kimi aydındır. Sadəcə olaraq, AŞPA suverenliyini ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın zəfərlərini həzm edə bilmədiyindən Azərbaycana qarşı riyakar mövqe tutmuşdu".

Deputat bildirib ki, Ermənistan torpaqlarımızı işğal altında saxlayanda, 1 milyona yaxın azərbaycanlı öz doğma evlərindən qovulanda, onlara qarşı soyqırımı törədiləndə, 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunanda AŞPA bir dəfə olsun belə səsini çıxarmayıb. Ermənistanın törətdiyi bu vəhşiliklərə görə bu ölkəyə qarşı heç bir qərar qəbul etməyib. 44 günlük müharibədə isə Azərbaycan Ermənistanın işğal siyasətinə son qoyub bütün bunların fonunda Azərbaycanı ittiham etmək qərəzdən başqa heç deyil.

Kamilə Əliyevanın sözlərinə görə,  Fransa, Almaniya  digər bir sıra Qərb dövlətlərində insanlar hər zaman polis zorakılıqlarına məruz qalır, döyülür, həbs olunurlar: "AŞPA nədənsə bunları görmək istəmir. Necə olur ki, Fransa Afrikada digər yerlərdə neokolonializm siyasəti həyata keçirir, amma AŞPA Fransaya "gözün üstə qaşın var" deməyi lüzum görmür. Bu gün Fransa Avropanın özündə Korsikada milli azadlıq hərəkatını boğur, onun üzvlərini təqib edir, onları həbsə atır. Lakin AŞPA Korsikada insan hüquqlarının pozulmasına görə Fransaya irad belə bildirmir.

Deputat qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, beynəlxalq hüquq normalarına əsaslanaraq işğalda olan torpaqlarını azad edib. Bununla Azərbaycan həm dünyada beynəlxalq hüququn ədalətin bərpa olunmasına yardımçı olub. Lakin AŞPA Fransa kimi erməni təəssübkeşlərinin məkrli siyasətinə dəstək verərək Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir.

Azərbaycanın 2001-ci ildə AŞPA-ya üzv olarkən bu təşkilatın ədalətin yanında olacağını düşündüyünü deyən Kamilə Əliyevanın sözlərinə görə, ötən illər ərzində AŞPA ona bəslənən ümidləri nəinki doğrultmayıb, həm daim ölkəmizə qarşı qərəzli olub: "Ona görə Azərbaycana qarşı qərəzli olan, onun səsini dondurmaq istəyən bir təşkilatın layiqli cavabı verilməli idi. Bu baxımdan nümayəndə heyətimizin bu qurumla əməkdaşlığı dayandırması vaxtında yerində verilən doğru qərardır. Bu AŞPA-ya tərs şillə oldu. Azərbaycan öz yolu, qətiyyətli siyasəti olan dövlətdir beynəlxalq aləmdə heç bir nüfuzu, çəkisi olmayan AŞPA ilə əməkdaşlığa da ehtiyacımız yoxdur".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 25 yanvar, № 15.- S.3.