Ombudsman:
“Mirzoyanın fikirləri işğal dövründə
Azərbaycan ərazilərində
basdırılmış minaların
dəqiq xəritələrinin
mövcud olduğunu təsdiqləyir”
Ermənistanın xarici
işlər naziri Ararat Mirzoyanın mətbuat konfransı zamanı səsləndirdiyi
fikirlər işğal
dövründə Azərbaycan
ərazilərində basdırılmış
minaların dəqiq xəritələrinin mövcud
olduğunu və insanların qəsdən qətlə yetirilməsi məqsədilə ölkəmizə
təqdim edilmədiyini
təsdiqləyir.
Bu barədə
Azərbaycan Respublikasının insan hüquqlari üzrə
müvəkkili (ombudsman) Səbinə Əliyeva
AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.
Ombudsman qeyd
edib ki, Ermənistan tərəfindən törədilən
mina terroru işğaldan azad edilmiş ərazilərimizdə
aparılan tikinti-quruculuq işlərinə mane olur, mülki
şəxslərin həyat və
sağlamlığını risk altında qoyur, əhalinin
öz tarixi yurdlarına təhlükəsiz
qayıdışını ləngidir. Birinci
Qarabağ müharibəsindən
bu günədək Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda
basdırdığı minaların
partlaması 357 nəfəri
uşaq, 38 nəfəri
isə qadın olmaqla, ümumilikdə
3400-dən çox vətəndaşımızın
minadan zərər çəkməsi ilə
nəticələnib. Bununla
da beynəlxalq humanitar hüququn norma və prinsipləri
Ermənistan tərəfindən
kobud şəkildə
pozulub.
Dəfələrlə müraciət ünvanlanmasına
baxmayaraq, Ermənistan
tərəfindən minalanmış
ərazilərlə bağlı
dəqiq xəritələrin
varlığı inkar
edilib və ölkəmizə təqdim
olunmayıb, bu günədək verilmiş
mina xəritələrinin
dəqiqlik göstəricisi
isə cəmi 25 faiz təşkil edib. Ermənistanın xarici işlər nazirinin son etirafı
həmin dövlətin
Azərbaycana qarşı
müharibə cinayətləri
və mina terroru törətdiyini bir daha sübut
edir.
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.4.