İranda Azərbaycanın sədrliyi
ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib
İqtisadi Əməkdaşlıq
Təşkilatının Regional Planlama Şurasının
34-cü iclası çərçivəsində
İran İslam Respublikasının
Tehran şəhərində
təşkil olunan Turizm Komitəsinin toplantısı Azərbaycanın
sədrliyi ilə keçirilib.
Dövlət
Turizm Agentliyindən AZƏRTAC-a verilən xəbərə
görə, tədbirdə Azərbaycanı Agentliyin Aparat rəhbərinin
müavini - Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Cəlil Məlikov təmsil edib.
Toplantı
zamanı, təşkilatın 2024-cü il üçün nəzərdə
tutulmuş tədbirlər üzrə iş planına əsasən,
İƏT regionu ölkələri üçün turizm sahəsi
üzrə Məsləhətləşmə Komitəsinin
yaradılması, turizm standartlaşdırması üzrə
işçi qrupu tərəfindən hazırlanmış
İƏT regionunda fəaliyyət göstərən yerləşdirmə
müəssisələrinin davamlılığı ilə
bağlı ümumi kriteriyalar, üzv dövlətlər
arasında İpək Yolu turizmi istiqamətidə əməkdaşlığın
genişləndirilməsi məqsədilə işçi
qrupun yaradılması müzakirə edilib.
Tədbirdə,
həmçinin İƏT və UNESCO-nun birgə əməkdaşlığı
ilə qədim İpək Yolu abidələrinin və mədəni
irsinin qorunması üçün müvafiq tədbirlərin
təşkili, eləcə də üzv dövlətlərin
mövcud turizm potensialının təşkilat çərçivəsində
daha geniş təbliğatının aparılması məqsədilə
yeni layihə olan "İƏT-in turizm səfirləri"nin
təyin edilməsi məsələləri barədə ətraflı
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.4.