Qubadlının
ilk dəfə səs verəcək gənci deyir ki...
"Yaşımla bağlı Vətən savaşında iştirak edə bilmədiyimə görə əvəzini seçkidə çıxacağam
- Zəfərin davamına
səs verəcəyəm"
1993-cü ildə Qubadlının
işğalından sonra
rayon sakinləri ölkənin müxtəlif
regionlarında, o cümlədən
Sumqayıtda məskunlaşıblar.
İndi isə qubadlılılar yenidən
köç ovqatındadırlar.
Amma bu ovqat
tam fərqlidir - yurda dönüşdən
doğan sevinc ovqatıdır.
Hələlik isə
125 saylı Zəngilan-Qubadlı
Seçki Dairəsinin
36 saylı seçki məntəqəsi Sumqayıtın
İnşaatçılar qəsəbəsində
yerləşən İşıqlı
kənd tam orta məktəbin binasında təşkil edilib. Məntəqənin
sədri Fərhad Yusifov bildirdi ki, rayonun bir
neçə kəndini
əhatə edən məntəqədə 1180 seçici
qeydə alınıb.
Seçkilərə start
veriləndən bəri
məntəqədə aparılan
işlər qaydalar çərçivəsində görülüb. Məntəqənin
katibləri Şəkər
Quliyeva, Vəfa Behbudova, üzvləri Sabit Bağırov, Əliyar Məmmədov və Səməd Qasımov seçki siyahılarının hazırlanması,
səsvermə kabinələrinin
quraşdırılması işlərinə nəzarət
edirlər.
Məntəqə üzrə
ilk dəfə səsverənlər hələlik
4 nəfərdir. F.Yusifov
dedi ki, əvvəlki seçkilərdən
fərqli olaraq ilk dəfə səs verənlərin sayı azdır, çünki gənclərin
çoxu həqiqi hərbi xidmətdədir.
Nihad Qənbərov
ilk dəfə səs verəcək. Onunla məntəqənin girişində görüşdük.
Bildirdi ki, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ölkəmiz
erməni separatçılarından
təmizlənib, ərazi
bütövlüyümüz bərpa olunub: "Təəssüf edirik ki, bir gənc
olaraq mən və dostlarıma döyüşlərdə iştirak
etmək nəsib olmadı, yaşımız
imkan vermədi. Amma əvəzini seçkidə çıxıb
Zəfərin davamına
səs verəcəyik".
Fərhad Yusifov
dedi ki, gənclərimizin belə
mövqe sərgiləmələri
alqışlanmalıdır. Onlar seçkinin məsuliyyətini dərk
edir və bu demokratik prosesdən
kənarda qalmaq istəmirlər.
Sonda onu da bildirək ki, məntəqə texniki avadanlıqlarla tam təmin edilib -
telefonlaşdırılıb, generator quraşdırılıb,
seçki günü
müxtəlif istiqamətlərə
getmək üçün
ayrıca maşın
ayrılıb və digər işlər görülüb.
Məntəqə sədri
dedi ki, qubadlılıların növbədənkənar
prezident seçkilərində
fəal iştirak edəcəklərinə və
ölkəmizin daha işıqlı gələcəyinə
səs verəcəklərinə
şübhə etmir.
Akif ƏLİYEV,
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.6.