Ümummilli
Lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfərinə
həsr olunmuş filmin təqdimatı keçirilib
Ümummilli Lider
Heydər Əliyevin
1998-ci ildə Yaponiyaya
rəsmi səfərinə
həsr edilmiş filmin təqdimatı olub.
AZƏRTAC xəbər
verir ki, Nizami Kino Mərkəzində təqdimatı
keçirilən “Bir səfərin izi ilə - Yaponiya” sənədli
filmi Ulu Öndərin səfərinin maraqlı məqamlarını
əks etdirir.
Ekran əsərinin
ideya müəllifi tanınmış səyyah və jurnalist
Azər Qəribdir. Filmin yaradıcı heyəti redaktor Ayaz
Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator
Əli Əliyev və Violetta Matsue, montaj mütəxəssisi
Elmar Tarıyeloğludan ibarətdir.
Sənədli
film barədə təəssüratlarını AZƏRTAC ilə
bölüşən Azər Qərib bildirib ki, bu əsər
Ulu Öndərin səfərinin qeyri-rəsmi tərəflərini
əks etdirir. Ekran əsərinin çəkilişləri
Tokio və Kioto şəhərlərində aparılıb.
Filmdə tamaşaçı səfərin qeyri-rəsmi
anlarına nəzər salmaqla Yaponiyanın bu iki tarixi şəhərində
heyrətamiz səyahətə çıxır.
“Bir səfərin
izi ilə - Yaponiya” ekran əsərinin təqdimatının
maraqla qarşılandığını bildirən müəllif
qeyd edib ki, layihə çərçivəsində
Ümummilli Liderin digər səfərləri barədə də
oxşar mövzuda filmlər lentə alınacaq. İndiyədək
layihə çərçivəsində dahi şəxsiyyətin
İtaliya səfəri barədə ekran əsəri
hazırlanıb. Layihə “Azərbaycan Hava Yolları” QSC-nin
baş sponsorluğu ilə həyata keçirilib.
Azərbaycan.-2024.-
25 yanvar, ¹ 15.- S.10.