Filarmoniyada
Xalq artisti Nəriman Məmmədovun
əsərləri səsləndirilib
Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
Xalq artisti, bəstəkar Nəriman Məmmədovun yaradıcılığına
həsr olunmuş konsert keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyətinin müşayiəti ilə
solistlər - Əməkdar
artistlər Gülüstan
Əliyeva, Ehtiram Hüseynov, Sevinc Sarıyeva, xanəndələr
Rəvanə Qurbanova,
Sərxan Bünyadzadə,
Nurlan Əzizbəyli,
Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov və Murad Laçın
öz ifalarını
dinləyicilərə təqdim
ediblər.
Konsertdə
Nəriman Məmmədovun əsərləri səsləndirilib.
Azərbaycan.-2024.-
25 yanvar, № 15.- S.10.