“Böyük
Qələbəmizin ilk
addımları”
Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin Mərkəzi Kitabxanası
və A.Şaiq adına 2 nömrəli kitabxana filialı Yasamal rayon Heydər
Əliyev Mərkəzi
ilə birgə “Böyük Qələbəmizin
ilk addımları” adlı tədbir keçirdilər.
Tədbir Azərbaycan
Milli Ordusu tərəfindən Qarabağ
cəbhəsinin Füzuli
rayonunun Horadiz qəsəbəsinin və
bir sıra Arazboyu kəndlərinin erməni işğalından
azad edilməsinin 30 illiyinə həsr olunmuşdu.
Tədbirin əvvəlində
Azərbaycan Respublikasının
Dövlət himni səsləndirildi, şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Yasamal
rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə
doktoru Lətifə Məmmədova açaraq,
ötən əsrin
90-cı illərində ölkəmizdəki
siyasi vəziyyət, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi,
onun qətiyyətli addımları haqqında
məlumat verdi. O qeyd etdi ki,
Ulu Öndər daima çıxışlarında
bu sözləri deyirdi: “Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaq!..Əminik ki, bütün torpaqlarımız azad ediləcək, o cümlədən
Şuşa da, Laçın da azad olunacaq, şuşalılar, laçınlılar
öz evlərinə,
yurdlarına, torpaqlarına
qayıdacaqlar. Buna heç şübhə yoxdur.” L.Məmmədova Azərbaycan ordusunun ilk qələbələrindən
məlumat verdi və qeyd etdi
ki, qəhrəman şəhidlərimiz adlarını
tarixə yazdılar.
O, bizə Zəfər
sevincini yaşadan Ali Baş Komandana
minnətdarlığını bildirdi.
A.Şaiq adına
2 nömrəli kitabxana
filialının müdiri
vəzifəsini icra edən İradə Hüseynova Azərbaycan Milli Ordusunun ilk qələbəsindən
danışdı. Şəhidlərimizin
Vətən uğrunda
canlarından keçdiklərini,
işğal altında
olan torpaqlarımızın
rəşadətli ordumuzun
sayəsində alınmasından
qurur hissi ilə məlumat verdi.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin bələdçisi
Mayrux Cavadova “Böyük Qələbəmizin
ilk addımları” adlı məruzə ilə çıxış
etdi.
“Azərbaycan Respublikasının
şəhid ailələri,
müharibə əlilləri
və veteranlarının
müdafiəsi” İctimai
Birliyin Cəbrayıl
rayonu şöbə sədri, qazi, leytenant Səməd Atakişiyev keçdiyi döyüş yolundan, onunla bir yerdə
ön cəbhədə
döyüşənlərin mərdliyindən, Vətən
uğrunda hər an canından keçməyə hazır
olan igid oğullardan danışaraq
ötən 30 ilin xatirələrini yada saldı.
Respublikanın Əməkdar
müəllimi, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Elmi-Tədqiqat
Mərkəzinin elmi işçisi Zülfiyyə
Vəliyeva öz fikirləri ilə tədbir iştirakçıları
ilə bölüşərək
mənfur, yağı
düşmənin qəddar
olmasından danışdı.
“Haqq-ədalət yolu,
türk dünyası”
İctimai Birliyinin sədri, xeyriyyəçi
Şükufə Qarabağlı
şəhid ailələrinə,
qazi və könüllü Vətən
fədailərinə yaxından
dəstək olmasından,
onlarla qürur duymasından söhbət
açdı.
“Qızıl Qələm”
mükafatı laureatı,
vətənpərvər şair
Nazlı Yazar ”Qələbə qazandılar Ulduz Hilalıyla” şeirini söyləyərək, şeirdə
canlandırdığı uca
məqamlı şəhidlərimizin
əsl Vətən oğulları kimi Vətən uğrunda ölümün gözlərinə
dik baxmasından, onların şücayətindən
danışdı.
Qazi, veteran, Xocalı soyqırımının
şahidi Valeh Hüseynov müharibə zamanı əsirlikdə olarkən başına gələn acı xatirələrindən bəhs
etdi. O bildirdi ki, müharibə illəri necə ağrılı-acılı olsa
da, oğullarımız
düşmənə qarşı
döyüşərək igidlik nümayiş etdirdilər. Qazi vurğuladı ki, onun gitarada ifa
etdiyi “Qarabağ şikəstəsi”nə görə əlləri yandırılmış, barmaqları
sındırılmışdır. Uzun illər gitaranı əlinə almayan qazimiz “Qarabağ şikəstəsi”ni
ifa edərək kövrəldi.
Şəhid Əmrulla
Əliyevin atası Vahid Əliyev oğlu haqqında danışaraq qeyd etdi ki, evin
yeganə oğlu olan Əmrulla şəhid oldu. O, oğlunun müharibədə
göstərdiyi igidlikdən
danışaraq, onun yoxluğundan sarsıntı
keçirməsinə baxmayaraq,
Zəfərdən fəxrlə
danışdı. Övlad
acısının böyük
olduğunu, lakin onun şəhid adıyla qürurlandığını
qeyd etdi.
Qazi, Birinci Qarabağ və Vətən müharibəsi
döyüşçüsü Zərxanım Rəsulova ilk qələbədən
fəxrlə danışdı.
O qeyd etdi ki, torpaqlarımız şəhidlərin qanı
bahasına azad olundu. Və belə faciəli anların bir də yaşanmamasını
arzu etdi.
44 günlük Vətən
müharibəsində iştirak
etmiş qazilərdən
Emin Piriyev, Roman İsmayılov, Tacir Bayramov çıxışlarında qeyd
etdilər ki, Vətən müharibəsi
bizim şanlı tariximizdir və bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri
44 gün ərzində
düşmən ordusunu
məhv edərək,
ərazi bütövlüyünü
bərpa etdi. Biz milli ləyaqətimizi
bərpa etdik. Bu gün Azərbaycan
xalqı müzəffər
xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər
xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.
Tədbirdə iştirak
edən qazilər Kənan Əhmədov, Akif Yunusov, Səbuhi
Məhərrəmov, Cəfər
Məmmədov, İlham
Ulchuxanov, Seyfulla Niftalıyev, Azər Əhmədov, Ədalət
Məhərrəmov və
başqa qazi və veteranlarımızın
keçdikləri döyüş
yolundan və şahid olduqları ağrı-acılardan, müharibə
zamanı yaralı əsgərlərə göstərdikləri
qayğıdan danışdılar.
“Azərbaycan Respublikasının
şəhid ailələri,
müharibə əlilləri
və veteranları müdafiəsi” İctimai
Birliyin Cəbrayıl
rayonu şöbə sədri S.Atakişiyev tərəfindən hər
zaman şəhid ailələrinin, qazilərin
tədbirlərində təmənnasız
xidmətlərinə görə
İradə Hüseynova
Fəxri fərmanla təltif olundu.
Tədbirin bədii
hissəsində vətənpərvər
mövzusunda şeirlər
səsləndirildi, mahnılar
ifa olundu. Vətənpərvər şair
Nazlı Yazarın söylədiyi şeirlərin
sədasıyla opera sənətçisi, “Türk
dünyasının dərvişi”
İlham Əsgər oğlu, “Musiqiçilər”
İctimai Birliyinin sədri, 2019-cu ildə Bakıda keçirilən
Gürcüstan-Azərbaycan Musiqi Festivalının laureatı Elxan Rəsuloğlu, gitara ifaçısı Valeh Xocalı, Vətən müharibəsi iştirakçısı,
xanəndə Nail Laçınlı, 239 nömrəli
tam orta məktəbin 8-ci sinif şagirdi turba çalğı alətinin
və vətənpərvər
mahnıların ifaçısı
Kərim Cəlilov, gitarada qazilər Emil Piriyev və
Roman İsmayılov musiqi nömrələri ilə çıxış
etdilər.
Tədbirdə böyük
Qələbəmizin ilk
addımlarının 30 illiyinə
həsr olunmuş videoçarx nümayiş
olundu.
Tədbir
iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər
Əliyev mərkəzindəki abidəsini ziyarət etdilər.
Azərbaycan.-2024.-
25 yanvar, ¹ 15.- S.12.