Fransa
kimi ölkələrin
oyuncağına çevrilmiş
mənasız qurum
"Azərbaycanın AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətdə
dayandırması reallıqlara
əsaslanır və
ölkəmizə qarşı
qərəzli mövqedən
irəli gəlir. Uzun illərdir ki, AŞPA Azərbaycan həqiqətlərinin dərk
edilməsində, ölkəmizin
haqlı mövqeyinin müdafiəsində heç
bir təşəbbüs
göstərmir".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat
bildirib ki, otuz ildən çox torpaqlarımız
işğal altında
olduğu bir dövrdə bəzi beynəlxalq təşkilatlar
kimi, AŞPA da susmuş, Azərbaycan həqiqətlərini, onun
haqq-ədalət mübarizəsini
dəstəkləmək əvəzinə
ermənipərəst mövqeyi
ilə fərqlənib.
Bu gün də bu yolu
tutub. AŞPA-da ölkəmizə qarşı
ardıcıl olaraq qərəzli, reallıqları
əks etdirməyən
qətnamələr qəbul
edilir, yalan, saxta məlumatlar yayılır. Belə olan halda AŞPA-da fəaliyyətini dayandırmaq Azərbaycanın
haqqıdır, çünki
biz uzun illər bu təşkilatdan
müsbət heç
nə görmədik,
əksinə, yaramazlıqlarının,
AŞPA deputatlarının qərəzli fikirlərinin,
düşüncələrinin, qətnamələrinin şahidi
olduq. Azərbaycan nümayəndə heyətinin
bu qurumla bağlı bəyanat verməsi, AŞPA-nın qərəzli mövqeyini ortaya qoyması və bu təşkilatda
öz fəaliyyətini
dayandırması obyektiv
faktlara əsaslanır.
T.Rzayev bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla
münasibətləri daim
yüksək səviyyədə
olub və dünyanın ən böyük qurumları ilə bu əlaqələri
yaxşılaşdırmağa səy göstərib. Ölkədə keçirilmiş
bir çox beynəlxalq əhəmiyyətli
tədbir də bunu sübut edir: "Azərbaycanın
BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü kimi fəaliyyəti Qoşulmama
Hərəkatına sədrliyi
dövründə göstərdiyi
təşəbbüslər, eləcə də bir çox beynəlxalq tədbirə
evsahibliyi etməsi göstərir ki, ölkəmiz beynəlxalq
təşkilatlarla əlaqələrin
genişləndirilməsində maraqlıdır. Eləcə
də dövlətimiz
daim AŞPA ilə yaxşı münasibətdə
olmuş, bu təşkilatın fəaliyyətində
yaxından iştirak etmişdir. Ancaq təəssüflər olsun
ki, özünün ermənipərəst mövqeyi
ilə gündəmdə
olan və Azərbaycan əleyhinə
təbliğat aparan bu təşkilat öz yolundan dönməmiş və bu gün də
mənfur niyyətlərini
göstərməkdə davam
etməkdədir".
AŞPA-nın bu
gün Fransanın oyuncaq mexanizminə çevrildiyini vurğulayan
komitə sədri deyib ki, bu
qurum Almaniyanın və Fransanın diktəsi ilə işləyir və hər hansı eybəcər qətnamənin
qəbul edilməsinə
rəvac verir: "Azərbaycan nümayəndə
heyətinin AŞPA-da
öz fəaliyyətini
qeyri-müəyyən müddətə
dayandırması hər
bir Azərbaycan vətəndaşı tərəfindən
rəğbətlə qarşılanır.
Çünki biz haqqı, ədaləti tələb edirik. Dünyaya verdiyimiz töhfələrin, digər
xalqlara göstərdiyimiz
qayğının nəticələrini
görmək arzusundayıq.
AŞPA kimi bir təşkilatdan belə yaramazlıq görəndə
təbii ki, onun fəaliyyətində
iştirak etmək olmaz. Bu baxımdan
nümayəndə heyətinin
verdiyi bəyanat çox düzgündür".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
26 yanvar, № 16.- S.9.